Icma.az
close
up
RU
Əbu Dabi görüşünün uğurları Azərbaycan Liderinin qətiyyətinin nəticəsidir ŞƏRH

Əbu Dabi görüşünün uğurları Azərbaycan Liderinin qətiyyətinin nəticəsidir ŞƏRH

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 12 iyul, AZƏRTAC

Azərbaycan və Ermənistan liderləri arasında görüşlərin hansı aktorun vasitəçiliyi, harada keçiriləcəyi ətrafında rəqabətin və gərginliyin şahidi idik. Şübhəsiz ki, bu gərginliyin özü ümumi işə mane olur, tərəfləri əsas hədəflərdən yayındırırdı. Belə olan təqdirdə təşəbbüskarlığı ələ almaq, qətiyyətli addımlar atmaq zərurəti yarandı. Azərbaycan Prezidenti bu məsələdə də olduqca çevik davranaraq hərtərəfli iş ərsəyə gətirdi.

Bütövlükdə, son vaxtlar Cənubi Qafqazda sanki bilərəkdən gərginləşdirilən mənzərə ilə üz-üzə qalmışdıq. Tək mərkəzdən idarə olunan qüvvələr şüurlu və məqsədyönlü addımlar ataraq hadisələrin eskalasiyasına çalışırdılar. Burada təəssüf doğuran məqam odur ki, Azərbaycana qarşı münasibətdə olduqca yanlış yanaşmanın şahidi olduq. Buna baxmayaraq, dövlətimizin başçısı milli maraqlarımızın realizəsi istiqamətində atdığı addımlardan yayınmır, verdiyi qərarlarla, sadəcə ölkəmizi deyil, bütövlükdə regionumuzun taleyini həll edir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.

Deputat bildirib ki, Cənubi Qafqaza istənilən an müdaxilə etmək kimi bir vərdişi pozan dövlətimizin başçısı tarixin axarını dəyişdirirərək proseslərin irəliyə doğru aparılmasında sistematik yanaşma sərgiləyir.

Bir daha sübut olunur ki, Azərbaycan və Ermənistan arasında bundan sonra həllini gözləyən məsələlərdə müdaxiləçi siyasət əks nəticə verir, prosesə mane olmaq səyləri qlobal reputasiyaya xələl gətirir və müttəfiqləri özündən uzaqlaşdırır. Belə olan təqdirdə bizə vasitəçi deyil, sadəcə, meydan lazım idi. Hadisələrin bu cür inkişaf tendensiyasında neytral tərəf kimi məhz Birləşmiş Ərəb Əmirliklərinə üz tutuldu ki, bu da təsadüfi deyil. Məsələ ondan ibarətdir ki, son illərdə xarici siyasətini diversifikasiya etməyi bacaran BƏƏ hər kəslə danışmaq kimi bir yanaşma ortaya qoyaraq, əsasən, iqtisadi layihələrin reallaşdırılmasına fokuslanır.

"Cənubi Qafqaz kimi mürəkkəb bir regionu bütün eskalasiyalardan uzaq tutmağın düsturunu isə Prezident İlham Əliyev aydın göstərir. Nəqliyyat və kommunikasiyaların açılması, regiona xarici investorların cəlb edilməsi ilə irihəcmli layihələr məhz bu məsələdə əsas amildir. Bəlli məsələdir ki, qarşılıqlı iqtisadi maraqları olan və investisiyalar qoyan istənilən tərəf eskalasiyadan çəkinəcək. Bu reallıq fonunda BƏƏ-nin uzun müddətdir Azərbaycanla dərinləşdirilən münasibətlərinə şahidlik edirik. Bu fakta onu da əlavə edək ki, BƏƏ Ermənistanda da investisiya qoyuluşunu sürətləndirir. Məhz bu reallıqda və məqamda Azərbaycan və Ermənistan liderlərinin görüşünün BƏƏ-də keçirilməsi ən məqbul variant kimi dəyərləndirildi. Əsas məsələ odur ki, Birləşmiş Ərəb Əmirlikləri vasitəçi olmadı, sadəcə, müzakirələr üçün meydan təqdim etdi.

Azərbaycan və Ermənistan liderləri arasında kifayət qədər uzun keçən ikitərəfli görüş bir daha sübut etdi ki, deməli, heç bir vasitəçiyə ehtiyac olmadığı qədər, həm də məsələləri masa arxasında normal qaydada müzakirə etmək variantı mövcuddur. Görüşün uzun sürməsi həm də ondan xəbər verir ki, deməli, tərəflər bütün istiqamətləri və hər bir detalı müzakirə ediblər.

Əbu-Dabi görüşündə sülh gündəliyinin önəmli istiqamətləri kimi sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh sazişinin paraflanması ilə bağlı olduqca geniş müzakirələrin aparılması ondan xəbər verir ki, ümumi prosesə süni müdaxilələr olmasa, nəticə elə də uzaqda deyil. Bu istiqamətlər üzrə bundan sonra da müxtəlif işçi qrupları formatında və daha yüksək səviyyələrdə səylər davam etdirilməlidir.

Bütün təzyiqlərə baxmayaraq, Azərbaycan bu dəfə də liderliyi ələ aldı. Müsbət atmosferdə keçən görüş sülh gündəliyinin irəliyə aparılmasında vacib mərhələdir. Bir daha sübut olunur ki, görüşlər vasitəçilər olmadan davam etdirilməlidir. İkitərəfli danışıqlar ən səmərəli yoldur. Əbu-Dabi görüşünün uğurları Azərbaycan Liderinin qətiyyətinin nəticəsidir", - deyə A. Badamov əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 İyul 2025 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri