Icma.az
close
up
RU
Əbülfəs Qarayevə yeni ittiham “Dədə Qorqud”un 1 milyonunu...

Əbülfəs Qarayevə yeni ittiham “Dədə Qorqud”un 1 milyonunu...

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

  Şeyx Əbdül: “Onun dövründə kinostudiyanın həyəti də satıldı...”

“Dədə Qorqud” dastanları əsasında çoxseriyalı bədii televiziya filminin çəkilməsi haqqında sərəncamın verilməsindən 12 il keçib. Sərəncamda ədəbi ssenarinin hazırlanması və təşkilati məsələlərin həyata keçirilməsi məqsədilə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin Ehtiyat Fondundan ilkin olaraq Mədəniyyət və Turizm Nazirliyinə 1 milyon manat da ayrılıb.

Sərəncamda serialın çəkilməsi üçün pul ayrılan qurum olan Mədəniyyət və Turizm Nazirliyi 20 aprel 2018-ci ildə ləğv edilib və onun əsasında Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyi yaradılıb. Bizim.media indiyədək serialın çəkilməməsi məsələsini gündəmə gətirərək yazı dərc edib.

“Dədə-Qorqud” serialının ərsəyə gəlməsinə nəyin mane olduğunu, Xalq yazıçısı Anarın təqdim etdiyi ssenariyə nə zaman serialın çəkilməsi ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu ünvanlanıb. Mədəniyyət Nazirliyindən bildirilib ki, hazırda layihənin həyata keçirilməsi istiqamətində müvafiq işlər aparılır: “Xalq yazıçısı Anar tərəfindən təqdim edilmiş ssenarinin qiymətləndirilməsi və maliyyə qaynaqlarının tapılması məsələlərinin həlli məqsədilə müzakirələr gedir. Bu proseslər tamamlandıqdan sonra serialın çəkilişi ilə bağlı növbəti mərhələlər müəyyənləşdiriləcək və yekun qərar ictimaiyyətə açıqlanacaq”.

Qeyd edək ki, 2013-cü ildə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev olub. O, 2006-2018-ci illərdə nazirliyə rəhbərlik edib. Dövlət Təhlükəsizlik Xidmətinin 2020-ci ilin may ayında Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyatla nazirin müavini və xidmət rəisi həbs edilmişdi. DTX-nın əməliyyatından bir neçə gün sonra Əbülfəs Qarayev Prezidentin sərəncamı ilə vəzifəsindən azad olundu. Həmin zaman iki yüksək vəzifəli şəxsi rüşvət və mənimsəməyə görə həbs edilən sabiq nazirin də istintaqa cəlb edildiyi, hətta həbs edilə biləcəyi haqda məlumatlar yayımlanırdı. Lakin Ə.Qarayev nə cinayət məsuliyyətinə cəlb edildi, nə məhkəmədə ifadə verdi.

Məsələ ilə bağlı “Yeni Müsavat” olaraq sabiq nazir Əbülfəz Qarayevin mövqeyini öyrənmək istəsək də, zənglərimiz cavabsız qaldı.

Xalq artisti, kinorejissor və aktyor Şeyx Əbdül Mahmudov “Yeni Müsavat”a açıqlamasında bunları deyib: ""Dədə Qorqud" serialı üçün bu qədər pul ayrılıb, amma ortada nə film var, nə də vəsait. Bu, dəhşətdir! Necə ola bilər ki, dövlət müəyyən qədər vəsait ayırır, amma nəticə yoxdur? Görün kinoya münasibət necədir! Kino məbədi olan bir sahəyə belə yanaşıblar. Ona görə də bu gün kinomuz bu vəziyyətdədir.

Ümumiyyətlə, dövlət kinoya kifayət qədər maliyyə ayırır, amma bu vəsaitlər kino adamlarına çatmır. Çünki bu sahəyə nəzarət edənlərin kinodan anlayışı yoxdur. Gərək kinoya kinodan anlayışı olan insanlar rəhbərlik etsin. Yoxsa ki, təsadüfi adamlar - küçədən gələnlər, yaxud kənd təsərrüfatı üzrə təhsil alanlar kino sənayesində rəhbər vəzifələrdə oturur. Bu da kinoçuların inkişafına deyil, əksinə, çöküşünə səbəb olur".

Şeyx Əbdül Mahmudov vurğulayıb ki, kinoya ayrılan vəsaitlərin hara xərcləndiyi ilə bağlı ciddi suallar var: “Bu, ilk dəfə deyil. Həmişə kinonun adına pullar yazılır, amma o pulların kimlərə və hara getdiyi bilinmir. Sonra da deyirlər ki, kinostudiya niyə bu gündədir? Bir sual da var: bəs niyə indi bu məsələ gündəmə gətirilir? 12 il keçəndən sonra niyə araşdırma aparırlar? Elə mənim "Şah İsmayıl Xətai" filmimin də aqibəti belə oldu. Heydər Əliyevin təşəbbüsü ilə çəkilişlər başladı, müəyyən vəsait ayrıldı, amma film dayandırıldı, maliyyə verilmədi. Neçə illərdir bu məsələni qaldırıram, amma cavab yoxdur. Anar Kərimov bir dəfə mənə dedi ki, hər il cənab prezidentin tapşırığı ilə milli kinonun bərpası üçün 5 milyon manat ayrılır. Sağ olsunlar ki, pul ayırırlar, amma bu vəsaitlərə nəzarət edilmir. Pul var, amma nəticə yoxdur. Demək ki, vəsait düzgün xərclənmir və ya kino sahəsindən kənar şəxslərin cibinə gedir. “Dədə Qorqud” serialına ayrılan 1 milyon manatın yoxa çıxması ilə bağlı kino adamlarından soruşuram, deyirlər ki, bu serial haqqında ümumiyyətlə heç nə eşitməyiblər. Kinoya ayrılan pullar kinostudiyaya getməlidir. Amma hara, kimə xərclənir - bilinmir. Prezidentin sərəncamı ilə ayrılan pullar kinostudiyaya çatmır. Biz kinoçular bu işlərdən xəbərsiz qalırıq. Belə bir film çəkilməyibsə, bəs ayrılan pullar hara gedib?"

Şeyx Əbdül Mahmudov keçmiş mədəniyyət naziri Əbülfəz Qarayevin dövründə kinostudiyanın həyətinin satıldığını da deyib: “Kinostudiyanın həyəti satıldı, yerində evlər tikilib satışa çıxarıldı. O vaxt kinostudiyada çəkilişlər artıq yox idi. Cəmi 3-5 məsul şəxs qalmışdı, onların da orada nə iş gördüyünü heç kim bilmirdi. Çəkiliş meydançaları yoxa çıxdı, kinoya olan son ümidlər də tükəndi”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://moderator.az
archiveBu xəbər 21 Fevral 2025 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see358

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see338

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see335

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see290

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see280

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see268

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see266

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see260

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see259

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see242

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see224

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see220

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see214

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see213

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see201

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see198

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see196

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see195

Səhiyyə üçün 9 milyona yaxın vəsait ayrılır

30 Oktyabr 2026 17:31see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri