Icma.az
close
up
RU
Əbülfət Mədətoğlu: Aşiqliyin işığında

Əbülfət Mədətoğlu: Aşiqliyin işığında

Icma.az bildirir, Adelet.az saytına əsaslanaraq.

Bugünlərdə dəyərli söz adamı, tanınmış şair-publisist, «Kredo» qəzetinin baş redaktoru Əli Rza Xələfli ilə görüşdüm. Həmişəki qaydada hal-əhval tutandan sonra yeni yaradıcılıq uğurlarından danışdıq və məlum oldu ki, Əli Rza Xələflinin yeni kitabı, yəni «Aşiqliyin işığında» oxucu dünyasına gəlibdir.

Təbii ki, dəyərlimiz Əli Rza Xələflini təbrik etməklə işimi qurtarmış hesab etmədim. Onun mənə bağışladığı həmin kitabı qısa bir zaman içərisində gözdən keçirtdim. Kitabı oxuyarkən diqqətimi çəkən ilk məqam müəllifin oxuculara ünvanladığı fikir oldu. Müəllif qeyd edir ki:

«Hərdən məndən soruşurlar: Həzrət Əli aşiqliyin Babək sevgisi üzərinə kölgə salmır ki? Mən də cavab verirəm: Bəşəri insanla, milli-əxlaqi dəyər sahibləri, Vətən şəhidləri heç bir məqamda üz-üzə gəlmir, toqquşmurlar. Onlar əbədi dəyər gücündə həmişə qalibdirlər. Mənim düşüncəmdə Əli İbn Əbu Talib – «Nəhcül bəlağə» müəllifi kimi ağıl, məntiq, söz sərrafının ustadıdır. Şərq fəlsəfi məktəbinin, hikmət aləminin ən qüdrətli bağbanlarından biridir. Onun söz çəmənzarı zamanlar durduqca ətri, rayihəsi rəngi heç vaxt solmayacaq güllərlə göz oxşayacaq. Əli İbn-Əbu Talib şəxsiyyət etibarı ilə də həqiqət tərəfdarı olub. Özünün və övladlarının timsalında şəhidliyin yenilməzlik məktəbini yaradıb».

Sizə də təqdim etdiyim bu sətirlər artıq məndə kitabın məzmunu barəsində müəyyən bir fikir formalaşdırdı. Elə həmin o fikirin işığında da müəllifin «Aşiqliyin işığında» (poetik əsərlər) adlandırdığı bu kitabı demək olar ki, həm maraqla, həm də müəyyən mənada öyrənmək anlamında oxudum. Etiraf edim ki, Əli Rza Xələflinin bu aşiqliyi mənim üçün gözlənilməz idi. Ona görə də onun Həzrət Əliyə ünvanlanan misraları içimdə xoş duyğular yaratdı və bu sevginin ötəri olmadığına  məni həqiqətən inandırdı. Yeri gəlmişkən onu da əlavə edim ki, bu kitabdakı hər sözün, hər fikrin mayasında, arxasında və bütövlüyündə məhz həmin  o sevgi dayanır. Yəni  Həzrət Əliyə olan səcdə, güvənc, inam, sevgi qərar tutur.

Təbii ki, hər kəsin özəl pərəstiş, sevgi ünvanı var və Əli Rza Xələflinin də bu inamı, bu sevgisi həm özəldi, həm də necə deyərlər, saf və gözəldi. Ona görə də bu kitabın «rəylər, düşüncələr» bölümündə verilmiş yazılarda da xüsusi olaraq həmin sevgi, həmin məhəbbət qeyd olunur və ona müxtəlif prizmalardan münasibət bildirilir. Yenə qeyd etmək istəyirəm ki, elə həmin o münasibətlərin özünün də mayasında məhz Əli Rza Xələfli sevgisinin möhtəşəmliyi hakimdi. Ümumiyyətlə isə birmənalı olaraq vurğulamaq yerinə düşər ki, bu kitabda, yəni şair-publisist Əli Rza Xələfli sözünün indiki məqamda bütün təsviri və təqdimi məhz Həzrət Əliyə bir qələm adamının fərdi, həm də bir insanın bütövlükdə aşıb-daşan məhəbbəti sərgilənib. Əgər həmin söylədiklərimi əyani görmək, tanış olmaq, yaşamaq istəyirsinizsə, mütləq «Aşiqliyin işığında» kitabını arayıb-axtarın. Onda mənim fikirlərimlə siz də razılaşacaqsınız. Son olaraq şairin bu kitabdakı möhtəşəm duyğularının ifadəsi olan «Hələ dünya bilmir ki…» qəsidəsindən bir parçasına diqqət yetirək:

Min illərin təzəsi – təravətsən, ya Əli!

Min dürlü haldan keçən təbiətsən, ya Əli!

Sənsən idrak sahibi – elmin yolu, qapısı,

Sən «Nəhcül-bəlağə»sən, söz, hikmətsən, ya Əli!

Nə Allah, nə peyğəmbər, nə hakimsən, nə məhkum,

Fəqət Ərşi – Əlaya bir zinətsən, ya Əli!

Bir qələmdir, bir kağız – qəlbimə işıq göndər,

Güc gəlsin varlığıma – dəyanətsən, ya Əli!

Zülfüqar tək qılınc yox, Əlik imi cəngavər,

Haqqın hökmü, qanunu, ədalətsən, ya Əli!

Əfsanəsən dillərdə, adın zirvə, ucalıq,

Əbədi nağıl, dastan, hekayətsən, ya Əli!

Hələ dünya bilmir ki, axıracan əzəlsən,

Adəmdən Xatəməcən əlamətsən, ya Əli!

Hər insan öz dilində oxunsa bir kitabdır,

Sən kitablar kitabı – kəramətsən, ya Əli!

«Gənclik» nəşriyyatında işıq üzü görmüş «Aşiqliyin işığında» kitabına «Xoş gəldin!», müəllifinə isə yeni uğurlar arzu edirəm.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://adalet.az
archiveBu xəbər 22 Aprel 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri