Icma.az
close
up
RU
“Ecoinnovators: Gənclər üçün ekoloji texnologiyalar və sosial sahibkarlıq düşərgəsi” layihəsi başlayır

“Ecoinnovators: Gənclər üçün ekoloji texnologiyalar və sosial sahibkarlıq düşərgəsi” layihəsi başlayır

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 9 iyul, AZƏRTAC

“İRƏLİ” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Ecoinnovators: Gənclər üçün ekoloji texnologiyalar və sosial sahibkarlıq düşərgəsi” layihəsinə start verir.

İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, 2024-cü ilin Prezident İlham Əliyev tərəfindən “Yaşıl Dünya Naminə Həmrəylik İli” elan edilməsi nəticəsində ölkəmizdə ekoloji məsələlər barədə dövlət səviyyəsində tədbirlər, panel müzakirələr, həmçinin gənclərin ekologiya istiqamətində maariflənməsi üçün çoxsaylı layihələr, aksiyalar, infoturlar həyata keçirilib. Xüsusilə, bu tədbirlərin içərisində Azərbaycanın 2024-cü ildə ev sahibliyi etdiyi COP29 ölkəmizi iqlim dəyişmələrinə qarşı mübarizədə liderlərdən biri kimi təqdim edib və gənclərin bu prosesdə fəal iştirakına geniş imkanlar yaradıb. “Ecoinnovators” layihəsi də gənclərə iqlim siyasətində iştirak, yaşıl startapların inkişafı və ekoloji innovasiyalar sahəsində liderlik bacarıqlarını təkmilləşdirmək fürsəti təqdim edərək COP29-un qlobal mirasına töhfə verməyi hədəfləyir.

“Ecoinnovators” layihəsi 16-29 yaş arası gəncləri əhatə edir və əsas məqsədi gəncləri ətraf mühit problemlərinə yaradıcı həllər təqdim etməyə, yaşıl texnologiyalar və sosial sahibkarlıq üzrə bacarıqlarını inkişaf etdirməyə yönəltmək, eyni zamanda, onları təhsil və praktik vasitələrlə öz icmalarında davamlı təşəbbüslərə sövq etmək üçün gücləndirməkdir. Şəki və İsmayıllı rayonlarında təşkil olunacaq düşərgədə 25 gənc lider ekoloji texnologiyalar, iqlim dəyişmələrinə uyğunlaşma və sosial sahibkarlıq üzrə intensiv təlimlər alacaq. Onlar praktiki təcrübə qazanaraq öz icmalarında davamlı təşəbbüslərə rəhbərlik edəcək planlar hazırlayacaqlar.

Layihə iki il ərzində 6 mindən çox insanı ekoloji maarifləndirmə kampaniyaları ilə əhatə edəcək. Gənclər tərəfindən təşkil olunacaq təmizlik aksiyaları, ağacəkmə tədbirləri və sosial mediada paylaşılacaq maarifləndirici kontentlər yerli icmalarda dəyişiklik yaradacaq. Düşərgədən sonra iştirakçılar öz bölgələrində 1000 nəfərə yaxın gənci təlimləndirərək, ən azı 10 davamlı icma təşəbbüsünə start verməyə çalışacaqlar. Layihənin uzunmüddətli hədəfi gənclərdən ibarət liderlər şəbəkəsi yaradaraq ekoloji məsuliyyət mədəniyyətini genişləndirməkdir.

Ətraf mühitin mühafizəsinə töhfə vermək və layihəyə qoşulmaq istəyən gənclər iyulun 16-dək qeydiyyatdan keçə bilərlər: https://shorturl.at/LJtS3

Əlavə məlumat üçün “İRƏLİ” İctimai Birliyi ilə əlaqə saxlamaq olar: (+994) 70 218 01 26

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 İyul 2025 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri