Icma.az
close
up
RU
“Gənclər danışır” layihəsi: Gənclər üçün yeni onlayn platforma istifadəyə verildi

“Gənclər danışır” layihəsi: Gənclər üçün yeni onlayn platforma istifadəyə verildi

Tribuna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“İslahatçı Gənclər” İctimai Birliyi Azərbaycan Gənclər Fondunun dəstəyi ilə “Gənclər danışır” layihəsini həyata keçirir. Birliyin mətbuat xidmətinin məlumatına görə, bu layihə gənclərin tribunası olmaq məqsədi ilə yaradılmış ictimai-sosial yönümlü virtual platformadır. Layihə gənclərin təhsil, səhiyyə, idman, mədəniyyət, məşğulluq, vətənpərvərlik, könüllülük və sahibkarlıq kimi sahələrdə problemlərini işıqlandırmaq, onların fikirlərini ictimai müzakirəyə çıxarmaq üçün müsahibələr, videoreportajlar və debat proqramları hazırlayır.

Layihə çərçivəsində www.youthnews.az Onlayn İnformasiya Portalı yaradılıb. Saytın ilk təqdimatı Azərbaycan Memarlıq və İnşaat Universitetində baş tutub. Tədbirdə çıxış edən “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı bildirib ki, portal yeni fəaliyyətə başlayıb və gələcəkdə kontent, texniki imkanlar və interaktiv funksiyalar üzrə təkmilləşdirmələr davam etdiriləcək. O, həmçinin vurğulayıb ki, portal gənclərin problemlərinin və təşəbbüslərinin ictimaiyyətə çatdırılmasında mühüm rol oynayacaq. Birlik sədri qeyd edib ki, resursun əsas məqsədlərindən biri də gənclər təşkilatlarının layihə və fəaliyyətlərinə informasiya dəstəyi verməkdir.

Daha sonra çıxış edən Azxeber.com İnformasiya Portalının baş direktoru Əfsələddin Ağalarov portalın yaradılmasını gənclərin ictimai fəallığının artırılması baxımından əhəmiyyətli adlandırıb. O qeyd edib ki, www.youthnews.az layihəsi bu baxımdan gənclərin informasiya mübarizəsində rolunu və imkanlarını gücləndirəcək yeni platforma rolunu oynayır. Əfsələddin Ağalarov həmçinin qeyd edib ki, platforma gənclərin real problemlərinin işıqlandırılması, təşəbbüslərinin geniş auditoriyaya çatdırılması və müasir media standartlarının tətbiqi üçün əlverişli mühit təmin edir.

Təqdimat zamanı iştirakçılar həmçinin portalın gənclərin təşəbbüslərinə dəstək vermək, onların müxtəlif sahələrdəki uğurlarını işıqlandırmaq və ictimai müzakirələrə cəlb etmək imkanlarını yüksək qiymətləndiriblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 03 Dekabr 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri