Icma.az
close
up
RU
Ədliyyə Nazirliyi tərəfindən “Elektron Hərrac Portalı istifadəyə verilib

Ədliyyə Nazirliyi tərəfindən “Elektron Hərrac Portalı istifadəyə verilib

Ədliyyə sahəsində şəffaflığın və səmərəliliyin artırılması, göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, vətəndaş yönümlü xidmətlərə əlçatanlığın təmin edilməsi, eləcə də məmur-vətəndaş ünsiyyətinin minimuma endirilməsi məqsədilə Ədliyyə Nazirliyi tərəfindən Elektron Hərrac Portalı istifadəyə verilib.

Bu barədə APA-ya Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bundan sonra icra sənədlərinin icrası ilə bağlı borclunun əmlakının satışı prosesi yeni portal vasitəsilə onlayn qaydada həyata keçiriləcək.

Portalın əsas üstünlüyü hərracda iştirak imkanlarının hər kəs üçün bərabər olmasıdır.

Qanunvericiliyə əsasən elektron hərracda iştirakına icazə verilən fiziki və hüquqi şəxslər, eləcə də tələbkar və borclular “Digital Login” sistemi vasitəsilə qeydiyyatdan keçərək və portalda elektron kabinet yaradaraq hərrac prosesində iştirak edə biləcəklər.

Elektron hərracın keçirilməsi qaydası, portaldan istifadəyə dair təlimat və ilkin hərrac elanları portalın saytısosial şəbəkə hesablarında yerləşdirilib.

Hərrac prosesinin rəqəmsallaşması nəticəsində iştirakçılar arasında ayrı-seçkiliyə yol verilməsinin və rəqabətə məhdudiyyət qoyulmasının, eləcə də hərrac prosesinə kənar müdaxilələrin qarşısı alınacaq.

seeBaxış sayı:101
embedMənbə:https://apa.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri