Icma.az
close
up
RU
Ədliyyə Nazirliyi və KOBİA biznes assosiasiyaları ilə görüş keçirdi Fotolar

Ədliyyə Nazirliyi və KOBİA biznes assosiasiyaları ilə görüş keçirdi Fotolar

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Noyabrın 3-də Ədliyyə Nazirliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə müxtəlif sektorlarda fəaliyyət göstərən sahibkarların icitimai birliklərinin üzvləri ilə görüş keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, “Ədliyyə sahəsində həyata keçirilən institusional və qanunvericilik yeniliklərinin sahibkarlığın inkişafına təsiri, eləcə də hüququn aliliyinin qorunması və ölkənin davamlı inkişafındakı rolu” mövzusuna həsr olunmuş tədbirdə 20-yə yaxın biznes assosiasiyasının təmsilçiləri və sahibkarlar iştirak ediblər.   

Görüşün məqsədi dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, biznes subyektlərinin fəaliyyətinə dəstəyin artırılması və ölkəmizdə sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına töhfə vermək olub.

Tədbirdə çıxış edən ədliyyə naziri Fərid Əhmədov ədliyyə sahəsində fəaliyyətin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın təmin edilməsi və səmərəliliyin artırılması istiqamətində son illər ərzində nazirliyin fəaliyyət istiqamətləri üzrə qanunvericilik və institusional tədbirlərin həyata keçirilməsi barədə danışıb. Nazir dövlət-özəl tərəfdaşlığının müxtəlif sahələrin inkişafında mühüm rol oynadığını, xüsusən də özəl sektor tərəfindən irəli sürülən təklif və təşəbbüslərin nazirliyin fəaliyyət istiqamətləri üzrə aparılan islahatlara mühüm töhfə verəcəyini qeyd edib. Vurğulanıb ki, həyata keçirilən hüquqi və institusional tədbirlərdə sahibkarların da yaxından iştirakı qarşıya qoyulan hədəflərə nail olmaq baxımından mühüm əhəmiyyət daşıyır.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, sahibkarlıq fəaliyyəti dinamik inkişaf etdiyi üçün yeni çağırışlar və tələblər qanunvericilikdə adekvat şəkildə əks olunmalıdır. Bildirilib ki, KOBİA bu sahədə aparılan institusional islahatları yaxından izləyir və KOB-ların hüquqi mühitlə bağlı ehtiyac və çağırışlarını müvafiq dövlət qurumlarına çatdırır. Eyni zamanda bu istiqamətdə sahibkarların hüquqi maarifləndirilməsi məqsədilə tematik görüşlər və təlimlər təşkil olunur, ədliyyə orqanları ilə birgə institusional dialoqun gücləndirilməsi sahəsində əməkdaşlıq edilir, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər aidiyyəti üzrə təqdim olunur. Biznes mühitinin inkişafında, sahibkarlıqla bağlı qanunverciliyin təkmilləşdirilməsi prosesində sahə üzrə maraqlı tərəflərin, o cümlədən sahibkarların və biznes assosiasiyalarının iştirakı əhəmiyyətlidir. Sahibkarların təklifləri praktiki ehtiyaclara söykəndiyi üçün onların fikir və təkliflərinin nəzərə alınması iqtisadi fəaliyyətin tənzimlənməsində çevik və effektiv yanaşmaların tətbiqinə imkan yaradır.

Görüş çərçivəsində sahibkarların fikir və təklifləri dinlənilib, əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparılıb. Sahibkarların səsləndirdiyi fikir və təkliflərin Ədliyyə Nazirliyi və KOBİA tərəfindən birgə işçi qaydada icrasının təmin olunması, bununla bağlı qurumlararası məsul şəxslərin müəyyən edilməsi qərara alınıb. 






Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:75
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 04 Noyabr 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see234

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see232

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see226

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see216

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see199

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see190

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see169

“Azərbaycanın bank sistemi Ermənistanın bank sistemi ilə müqayisədə zəifdir” DEPUTAT

19 Dekabr 2025 14:13see166

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see161

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see146

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see142

Lando Norris “İlin idman şəxsiyyəti” mükafatını götürməyə getməyib

19 Dekabr 2025 05:09see139

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see137

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see137

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see136

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see134

Keçmiş NASCAR pilotu Qreq Biffl ailəsi ilə birlikdə təyyarə qəzasında həlak olub

19 Dekabr 2025 00:33see131

Konfrans Liqasında Liqa mərhələsi yekunlaşdı

19 Dekabr 2025 02:21see130

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see125

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri