Icma.az
close
up
RU
Efiopiya İslam İşləri Ali Şurasının prezidenti: İslam dininin şiddət ilə əlaqələndirilməsi qərəzli yanaşmaların nəticəsidir

Efiopiya İslam İşləri Ali Şurasının prezidenti: İslam dininin şiddət ilə əlaqələndirilməsi qərəzli yanaşmaların nəticəsidir

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 26 may, AZƏRTAC

İslam qarşılıqlı anlayış, bərabərlik, ədalət və kamillik üzərində qurulmuş dindir. Bu dinin təməlində insanlara humanist və mərhəmətli yanaşma dayanır. Təəssüf ki, hazırda bir çox ölkələrdə müsəlmanlara qarşı nifrət və şübhə ilə yanaşma tendensiyası artır. İslam dininin şiddət və ekstremizm ilə əlaqələndirilməsi yalan və qərəzli yanaşmaların nəticəsidir. Xüsusilə də bu iddialar “söz azadlığı” adı altında təqdim olunur ki, bu da əslində azadlığın mahiyyətinə ziddir.

AZƏRTAC xəbər verir ki, bunu Efiopiya İslam İşləri Ali Şurasının prezidenti, Efiopiya İslam Alimləri və Dinlərarası Şurasının sədri İbrahim Tufa “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” adlı beynəlxalq konfrans çərçivəsində təşkil edilən “İslamofobiyada qlobal meyillər: çağırışlar və cavablar” mövzulu plenar iclasda deyib.

O qeyd edib ki, Məhəmməd Peyğəmbər haqqında hörmətsizliklər, təhqiramiz karikaturalar və onun şəxsiyyətinə yönəlmiş ittihamlar bu gün Qərb ölkələrinin bəzilərində geniş yayılır. Bu isə yalnız müsəlmanların deyil, bütöv cəmiyyətlərin dəyərlərinə qarşı təhlükəli yanaşmadır.

“Bəzi ölkələrdə etnik və dini ayrı-seçkilik davam edir. Kiçik müsəlman icmalarına qarşı psixoloji və fiziki zorakılıq artır, onların hüquqları tapdanır, mədəni və dini azadlıqları məhdudlaşdırılır.

Beynəlxalq hüquq və insan hüquqları prinsipləri isə bu cür davranışları qəti şəkildə rədd edir. Təəssüf ki, bəzi dairələr bu prinsiplərə əməl etmir və ayrı-seçkiliyi təşviq edən siyasət yürüdürlər. Bu səbəbdən biz müsəlmanlar İslamın əsl mahiyyətini, onun gözəlliklərini, dəyərlərini və sülh çağırışını daha çox yaymalıyıq. Maarifləndirici tədbirlərin, mədəniyyətlərarası dialoqun və dini tolerantlığın təşviqi bizim üçün seçim deyil, tarixi və mənəvi borcumuzdur”, - deyə Efiopiya İslam İşləri Ali Şurasının prezidenti vurğulayıb.

Onun sözlərinə görə, İslamın özündə olan mərhəmət, ədalət və hörmət prinsipləri dünyanın bütün xalqları üçün örnək ola bilər. Bu prinsipləri yaymaq və qlobal əməkdaşlığı gücləndirmək islamofobiyaya qarşı mübarizədə ən güclü silahdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 May 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see185

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see166

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see164

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see152

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see146

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri