Icma.az
close
up
RU
Efkan Ala: Azərbaycan regionda sülhün və dayanıqlı inkişafın baş memarı olmağa layiqdir

Efkan Ala: Azərbaycan regionda sülhün və dayanıqlı inkişafın baş memarı olmağa layiqdir

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Şuşa, 15 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC

Azərbaycanın Qarabağda tam suverenliyini bərpa etməsi ilə birlikdə bölgədə davamlı sülh və sabitlik üçün tarixi bir fürsət yaranıb. Vaxtilə də Qarabağın inzibati və siyasi mərkəzi kimi tanınan Şuşanın yenidən mühüm beynəlxalq toplantı və konfranslara ev sahibliyi etməsi, bölgənin gələcəyinə güclü bir ümid işığı salmaqdadır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda beynəlxalq konfransda çıxış edən Türkiyə Böyük Millət Məclisinin üzvü Efkan Ala deyib.

Efkan Ala bildirib ki, 44 günlük Vətən müharibəsində qələbə qazanan Azərbaycan yalnız bir zəfərin sahibi deyil, eyni zamanda regionda sülhün və dayanıqlı inkişafın baş memarı olmağa tam layiqdir. Bölgədə qalıcı sülhün təmin olunması, iqtisadi inkişaf prosesini də sürətləndirəcək və Cənubi Qafqazın rifahına ciddi töhfə verəcək. Lakin bəzi Qərb dövlətlərinin ermənipərəst mövqeyi bölgədə sülh səylərinə maneə yaratmaq təhlükəsi ilə üz-üzədir. Bu baxımdan, regional əməkdaşlığın gücləndirilməsi çətin olsa da, xarici təzyiqlərə qarşı dayanmaq üçün böyük əhəmiyyət daşıyır.

“Regionun əsl sahiblərinin təşəbbüsü ilə yaranmış 3+3 əməkdaşlıq platforması isə Cənubi Qafqazda qalıcı sülhün, iqtisadi inteqrasiyanın və qarşılıqlı etimadın formalaşmasında mühüm zəmindir. Hesab edirik ki, regional problemləri məhz regional ölkələr həll edə bilər. Bu səbəbdən də milli sahiblənmə siyasətini dəstəkləyirik. Cənubi Qafqaz ölkələri öz məsələlərini uzaq coğrafiyalardakı güclərin müdaxiləsinə ehtiyac duymadan, öz qonşuları ilə əməkdaşlıq yolu ilə həll etməyə qadirdir və bu iradəyə sahibdir. 3+3 platforması bu iradənin institusional ifadəsi olmaqla, ortaq maraqlar əsasında əməkdaşlığa real imkanlar açır”, - deyə o bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:54
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 İyun 2025 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see298

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see296

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see281

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see251

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see242

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see233

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see228

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see199

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see197

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see193

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see174

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see162

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see157

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see155

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see155

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see150

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see149

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see148

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see145

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri