Əfsanə 40 ildən sonra geri qayıdır Tam elektrikli olacaq
Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Fransanın avtomobil sənayesinin simvollarından olan “Citroen 2CV” təxminən 40 illik fasilədən sonra tam elektrik versiyasında yenidən istehsala qayıtmağa hazırlaşır. Modelin 2028-ci ilin sonunadək satışa çıxarılması gözlənilir.
Bizim.Media xəbər verir ki, oktyabrın 13-dən 18-dək Parisdə keçiriləcək Beynəlxalq Avtomobil Sərgisində təqdim olunacaq konsept avtomobil klassik dizaynı və təxminən 15 min avroluq qiyməti ilə diqqət çəkir.
V formalı kapot, dik ön şüşə və dairəvi faralar onun orijinal görünüşünü qoruyur.
İlk dəfə 1948-ci ildə satışa çıxarılan “2CV” 1990-cı ilədək istehsal olunub və ümumilikdə beş milyondan çox nüsxəsi buraxılıb.
“Stellantis” şirkəti yeni avtomobilin çəkisini bir tondan aşağı saxlamağı və onu gündəlik istifadə üçün nəzərdə tutulan kiçik batareya ilə təchiz etməyi planlaşdırır. Furqon versiyasının istehsalı da nəzərdən keçirilir.
“Citroen”in baş direktoru Ksavye Şardon bildirib ki, “2CV” avadanlıqlarına görə deyil, insanlara yaratdığı imkanlara görə əfsanəyə çevrilib.
Bizim.Media
Baxış sayı:133
Bu xəbər 13 Oktyabr 2026 13:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















