“Gənclər üçün Maliyyə Savadlılığı Proqramı” təqdim olunub
Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Gənclər Fondu və Azərbaycan Banklar Assosiasiyası gənclərin maliyyə savadlılığının artırılması, məsuliyyətli maliyyə davranışlarının formalaşdırılması, müasir maliyyə xidmətləri və imkanları üzrə bilik və praktiki bacarıqların inkişaf etdirilməsi məqsədilə birgə əməkdaşlıq çərçivəsində “Gənclər üçün Maliyyə Savadlılığı Proqramı”na start verib.
XQ xəbər verir ki, noyabrın 25-də proqramın rəsmi təqdimat mərasimi keçirilib. Tədbirdə dövlət qurumlarının rəhbər şəxsləri, bank və maliyyə sektorunun, eləcə də gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.
Təqdimat mərasimində Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadə, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev və Milli Məclisin deputatı Müşfiq Cəfərov çıxış ediblər.
Çıxışlarda bu təşəbbüsün gənclərin maliyyə sektorundakı yeniliklər və müasir tendensiyalar barədə məlumatlılığının artırılmasına, maliyyə resurslarından səmərəli və məqsədyönlü istifadə bacarıqlarının inkişaf etdirilməsinə, eləcə də məsuliyyətli maliyyə davranışlarının formalaşdırılmasına xidmət edəcəyi vurğulanıb.
Proqram çərçivəsində keçirilən təlimlər və interaktiv fəaliyyətlər vasitəsilə gənclərin şəxsi büdcənin idarəedilməsi, yığım və investisiya, rəqəmsal bankçılıq və maliyyə təhlükəsizliyi, məsuliyyətli borclanma, maliyyə istehlakçılarının hüquqları, eləcə də müasir və alternativ maliyyələşmə imkanları üzrə bilik və praktiki bacarıqların inkişaf etdirilməsi nəzərdə tutulur.
“Gənclər üçün Maliyyə Savadlılığı Proqramı” gənclərin qazandıqları bilikləri real həyat situasiyalarında tətbiq etmələrinə, maliyyə seçimlərinə daha məsuliyyətli yanaşmalarına və gələcək hədəflərini düzgün planlaşdırmalarına töhfə verəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 25 Noyabr 2026 17:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















