Icma.az
close
up
RU
Əgər direktor səhər saat 8 dən axşam 6 ya qədər məktəbdə olursa, müəllim də olmalıdır

Əgər direktor səhər saat 8 dən axşam 6 ya qədər məktəbdə olursa, müəllim də olmalıdır

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Dünən elm və təhsil naziri Emin Əmrullayevin verdiyi açıqlamaya əsasən müəllimlərin həftəlik dərs yükü 18-24 saat aralığında olacaq və onların iş saatı saat 09-dan 18-ə kimi davam edəcək. 

Bu addımı məktəblərin publik hüquqi şəxsə çevrilməsi üçün atılan addım kimi qiymətləndirə bilərikmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Ramin Nurəliyev bildirdi ki, hələ orta ümumi təhsil məktəbləri publik hüquqi şəxsə keçirilməyib:

"Yəni qərar hələ ki, tam qəbul olunmayıb, yalnız təklifdir. Yəqin ki, yaxın gələcəkdə bununla bağlı müvafiq qərar qəbul olunacaq. Əslində mən bu təşəbbüsün tərəfdarıyam. Əgər məktəb direktoru səhər saat 8-dən axşam saat 5-ə, 6-ya qədər orta ümumi təhsil məktəbində olursa və yaxud da bəzi işçilər olursa, müəllim də əlbəttə ki, olmalıdır. Çünki müəllimin dərs saatında gəlib məktəbdə olub, dərs saatından sonra digər fəaliyyətlə məşğul olması, məncə, yolverilməzdir. Çünki dərsdən sonra fəaliyyətlər var. Bu fəaliyyətləri də müəllim yerinə yetirməlidir".

Müsahibimizin fikrincə, əgər müəllim bir sinif rəhbəridirsə, təbii ki, sinifi ilə məşğul olmalıdır:

"Yəni sinif rəhbəri olan bir müəllim müəyyən şagirdləri əlavələrə saxlaya bilər, müəyyən şagirdlərdən fərdi görüşlər keçirə bilər. Bunu şagirdləri qruplara bölərək etmək olar. Ola bilər ki, saat 6-ya qədər qalması o qədər də vacib deyil. Amma ən azından saat 4-ə, 5-ə qədər qalması doğrudur. Tutaq ki, coğrafiya müəllimi 2 nəfərdir, biri xəstələndi. Digər coğrafiya müəlliminin də həmin günü dərsi yoxdur, məktəbdə yoxdur. Nə olacaq? Həmin sinif coğrafiya dərsi keçməyəcək, əvəzinə bədən tərbiyə, əmək dərsimi keçəcək? Buna görə də hesab edirəm ki, atılan bu addım tam doğru, düzgündür. Bunu əgər biz beynəlxalq təcrübə ilə müqayisə eləsək, bəli, Türkiyə modeli də var. Digər Avropanın inkişaf etmiş ölkələrində də eyni model var".

R.Nurəliyev vurğuladı ki, işçinin iş vaxtı müəyyən olunmalıdır:

"Həmin iş vaxtında iş yerində olmalıdır. Necə ki, hamımız işləyirik, müəyyən vaxtdan, müəyyən vaxta qədər iş yerində oluruq. Bəzi müəllimlər dərs saatlarını iki günə yığırlar, digər üç günü artıq boş, öz digər fəaliyyəti ilə məşğul olurlar. Məktəbdən də əmək haqqı alır, başqa yerdən də əmək haqqı alır. Əmək haqqı alınsın, hamımız bunun tərəfdarıyıq. Hər bir müəllim əziyyət çəkir, zəhmət çəkir, qarşılığında almalıdır. Amma, əlbəttə, orta ümumi təhsil məktəbində gedən proseslərdə də müəyyən səngimə olmamalıdır. Əgər biz bu formada olan prosesin təhsilin inkişafına müəyyən qədər dəstək verəcəyinə inanırıqsa, artıq bu istiqamətdə müvafiq addımlar atılmalıdır. Bu istiqamətdə atılan addımlar dəstəklənməlidir. Məsələn, ümumi olaraq müəllimə iş saatına görə verilən əmək haqqı 18-24 saat aralığında deyil, konkret olaraq məsələn 20 saat ola bilər. 20 saatın üzərində əgər müəllim 25 saat dərsə girirsə, 5 saatın da əlavə məbləği həmin əmək haqqının üzərinə əlavə oluna bilər".

Onun sözlərinə görə, bəlkə də saat rejimi tətbiq olundu:

"Amma təbii ki, burada da belə bir problem olacaq. Əvvəl necə müəllimlər dərs saatının çox olması üçün mübarizə aparırdılar, indi də dərs saatı az olsun, onsuz da eyni maaşı alırıq fikri formalaşa bilər. "Mən az dərsə girim" kimi təşəbbüslər olacaq. Bu təşəbbüslərin önünü kəsmək üçün məhz standart bir dərs saatı qoyula bilər. Bu 20 saat olsa, 20 saatdan çox olanlara müəyyən bir əlavə dərs saatı kimi ödəniş əmək haqqına əlavə oluna bilər. Yəni bu şəkildə olarsa, məncə, problem aradan qalxar".

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:229
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 14 Noyabr 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see526

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see304

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see295

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see294

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see286

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see267

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see264

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see251

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see248

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see238

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see234

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see233

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see233

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see231

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see230

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see226

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see219

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see218

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri