Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Çörəklərin içində narkotik gizlətdilər

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Əgər o doğulmasaydı... Aydın Quliyevin 65 yaşına

Əgər o doğulmasaydı... Aydın Quliyevin 65 yaşına

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Məhərrəm QASIMLI
Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor

Eşidəndə ki, Aydın Quliyevin 65 yaşı tamam olur, əvvəlcə çox təəccübləndim. Axı o, mənim gözümdə, qəlbimdə hələ də mübariz, alovlu, eyni zamanda da sərrast, fikirlərini ölçülü-biçili, lakin çox orijinal şəkildə səsləndirən bir gənc olaraq qalır. Zarafatla deyirəm ki, bəlkə səhv edirlər, heç onun 65 yaşı tamam olmur, doğum şəhadətnaməsinə yaxşı baxmaq lazımdır...

Aydın Quliyev xalqımızın elə bir dəyəridir ki, onu sözlə ifadə etmək, çatdırmaq çox çətindir. Bircə onu demək kifayətdir ki, əgər Aydın Quliyev doğulmasaydı, çağdaş ziyalılığımız, ictimai-siyasi, fəlsəfi fikrimizdə onun kimi birinin yeri mütləq görsənərdi. Hər ziyalı özündə böyük bir işıq yaşadır və o işıqdan minlər, milyonlar qidalanır.

Aydın Quliyevi şəxsən tanıyana qədər onun çıxışlarını ardıcıl olaraq izləmişəm və onun orijinal fikirlərini, məsələlərə fərqli yanaşmalarını məmnunluqla dinləmişəm. İstənilən milli və beynəlxalq məsələlərə münasibətində onun tamamilə fərqli yanaşmalarını, heç kəsin demədiyi, ağlının ucundan belə keçirmədiyi fikirlərini eşitmişəm. Aydın müəllim hər çıxışında cəmiyyətə ən yeni, ən təzə ideyalar verib, özü də bu ideyalar dövlətçiliyimizin, xalqımızın mənafelərinin qorunması baxımından çox faydalı olub. Ümumiyyətlə, Aydın Quliyev faydalı ziyalıdır. O, təkcə peşəkar baş redaktor deyil, həm də görkəmli ictimai-xadim, məktəb yaratmış ziyalıdır. Ziyalılığın “dizinin titrədiyi” dövrlərdə meydana çıxan və öz düşüncəsi, təfəkkürü, maraqlı, orijinal yanaşmaları, münasibətləri ilə bu aləmə xüsusi rəng qatan Aydın müəllimi dinlədikcə, fikirləşmişəm ki, bu adam nə üçün indiyə qədər layiqli haqqını almayıb? Yubiley ərəfəsində Aydın müəllimlə bağlı bir fikri ilk dəfədir bu yazıda bildirmək istəyirəm. Yeri düşdüyü üçün deməyə bilmirəm.

2018-ci ilin 21 martında Azərbaycan Televiziyasında Novruz bayramı ilə bağlı onunla eyni verilişin çəkilişində idik. Söhbətin mövzusu Novruz bayramının dövlətçilik fəlsəfəsinə həsr edilmişdi. İnanın, Aydın müəllim həmin verilişdə üç cümlə ilə Novruz bayramı ilə dövlətçilik fəlsəfəsinin bağlılığını elə izah etdi ki, məəttəl qaldım. Çəkiliş bitəndən sonra özümü saxlaya bilməyib Aydın müəllimə yaxınlaşdım, fikirlərini, təhlilini, yanaşmasını çox mükəmməl qiymətləndirdiyimi bildirdim. Birdən qəfil ağlıma gəldi ki, bu cür zəka, dərin analitik təfəkkür sahibi, gözəl təhlil bacarığına malik olan Aydın müəllim görəsən, dövlət təltifləri, mükafatları alıbmı (amma həmişə onu Əməkdar jurnalist bilmişəm)? Mən ondan soruşdum ki, Aydın müəllim, yəqin sizin yüksək dövlət təltifləriniz var, ən azından, Əməkdar jurnalist fəxri adı almısınız. “Xeyr” cavabı verdi və əlavə etdi ki, mən həmişə öz faydalı missiyam haqqında düşünmüşəm, nə fəxri ada, nə də şan-şöhrətə can atmışam.

Aydın müəllimin əbədi sənət əsəri olan “Bakı-Xəbər” qəzeti haqqında da ayrıca fikirlərimi bildirməyi özümə borc bilirəm. “Bakı-Xəbər” mən də daxil olmaqla ölkə ziyalılarının, alimlərinin həm yaxından əməkdaşlıq etdiyi, tez-tez fikir və rəylərini bildirdiyi, həm də mütəmadi oxuduğu qəzetdir. Bu gün “Bakı-Xəbər” həm elektron variantda çıxır, həm də qəzetin bazasında “Bakı-Xəbər” TV yaradılıb. Bundan başqa, qəzetin yenilənən məzmunda və formatda çıxması da Aydın Quliyevin və onun peşəkar, cəfakeş kollektivinin zəhmətinin bəhrəsidir.

Aydın Quliyevin rəhbərlik etdiyi “Bakı-Xəbər” qəzeti Azərbaycan Aşıqlar Birliyinə hər zaman dəstək olur, aşıq sənətinin təbliğində çox mühüm rol oynayır. Bu baxımdan, aşıq sənətinin kütləvi təbliğində “Bakı-Xəbər”in xidmətləri xüsusi vurğulanmalıdır.

Aydın müəllimi 65 illik yubileyi münasibətilə təbrik edirəm, ona möhkəm cansağlığı, fəaliyyətində uğurlar arzulayıram!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:299
embedMənbə:https://525.az
archiveBu xəbər 16 İyul 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see340

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see277

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see269

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see267

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see250

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see248

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see241

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see235

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see234

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see231

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see221

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see217

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see211

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see204

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see199

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see196

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see188

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see185

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see183

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri