Icma.az
close
up
RU
Əgər ölkədə minimum əməkhaqqı 400 manat civarındadırsa... Deputat və ekspertdən təhsil haqlarının artırılmasına reaksiyalar

Əgər ölkədə minimum əməkhaqqı 400 manat civarındadırsa... Deputat və ekspertdən təhsil haqlarının artırılmasına reaksiyalar

Icma.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Məlum olduğu kimi, Azərbaycan Tibb Universitetində (ATU) təhsil haqları artırılıb.

Belə ki, “Tibb” ixtisası üçün illik təhsil haqqı 6 500 AZN, “Stomatologiya” ixtisası üçün 6 000 AZN, “Əczaçılıq”, “Fizioterapiya”, “İctimai səhiyyə” və “Tibb bacısı” ixtisasları üçün isə 5 000 AZN müəyyən edilib.

“Bu il bir çox universitetlərdə təhsil haqları artırılıb. Təhsil haqları artırılarkən əhalinin vəziyyəti nəzərə alınmalıdır”.

Mia.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib. Deputat hesab edir ki, artım mütləq dövlətin qərarı ilə olmalıdır: “Dövlət bu qiymətləri tənzimləməli və tədrisin keyfiyyətinə uyğun olmalıdır. Əgər ölkədə minimum əməkhaqqı 400 manat civarındadırsa, bu məbləğdə xeyli maaş alan varsa, vətəndaşlar təhsil haqlarını hansı formada və necə ödəyəcəklər? Ona görə düşünürəm ki, bu kimi məsələlərə dövlətin ciddi nəzarəti olmalıdır və dövlət prosesə əl qoymalıdır”.

Deputat bildirib ki, təhsil haqlarının bu qədər artırılması ciddi şəkildə araşdırılmalı məsələdir: “Hesab edirəm ki, bu məsələnin universitetlərin ixtiyarına buraxılması düzgün deyil. Universitetlər istədiyi vaxt qiyməti qaldırmalı deyillər. Anlayıram, universitetlərin özlərinin də xərcləri var. Amma bu formada qiymət artımı ona aparacaq ki, gənclər yerli universitetləri deyil, xarici universitetlərdə təhsil almağı seçəcək”.

Ceyhun Məmmədov bu gün iki-üç tələbə oxudan ailələlərdən də söz açıb: “2-3 uşağı təhsil alan ailələr var. Belə ailələrin il ərzində 6-7 min manat təhsil haqqı verməsi kifayət qədər çətin və mürəkkəbdir”.

Bəs görəsən, gənclərin təhsil üçün xaricə üz tutduğu ərəfədə, ölkədə həkim qıtlığı mövcud olan situasiyada bu artım doğru addımdırmı?

Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru İlqar Orucov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Ceyhun müəllimin fikirlərində böyük həqiqət var. Ümumiyyətlə, dövlət universitetlərində pullu təhsilin tamamilə əleyhinəyəm. Dövlət universitetləri publik hüquqi şəxs olaraq yalnız ödənişsiz təhsil verməlidir. Dünyada bu istiqamətdə müxtəlif təcrübələr mövcuddur. Əgər konkret olaraq tibb təhsilindən söhbət gedirsə, bu sahə dünyada bahalı təhsil sahəsi hesab olunur. Amma elə ölkələr var ki, orada tələbələrə müxtəlif təqaüdlər təqdim edilir. Universitetlərin özlərinin də təqaüd proqramları mövcuddur. Həmin təqaüdlər hesabına tələbələr müəyyən güzəştlər əldə edərək təhsil ala bilirlər.

Təbii ki, anlayıram ki, dövlət sifarişli yerlərin sayı xeyli artırılıb - bu rəqəm təxminən 50 faiz təşkil edir. Hazırda bu göstəricinin 65 faizə çatdırılması nəzərdə tutulur. Əks arqumentlərdən biri odur ki, dövlət sifarişi ilə təhsil alan tələbələrin sayı kifayət qədərdir və yüksək bal toplayanlar pulsuz təhsil imkanı əldə edə bilirlər. Amma təhsil haqlarının artırılması bir çox ailələr üçün ali təhsilin əlçatan olmamasına səbəb olur. Bu halda tələbələrimiz xarici ölkələrin ali təhsil müəssisələrinə üz tuturlar.

Məsələn, öz təcrübəmdən deyə bilərəm: oğlum Almaniyada təhsil alır və bu təhsil tamamilə pulsuzdur. Xarici vətəndaş olmasına baxmayaraq, Almaniya dövləti təhsili pulsuz təqdim edir. Bəzi ölkələrdə isə təhsilə birbaşa biznes kimi yanaşılır. Məncə, təhsil biznes ola bilməz. Biz bu yanaşmanı yalnız əcnəbi ölkələr üçün tətbiq edə bilərik. Amma ölkə daxilində təhsilə biznes kimi yanaşmaq tamamilə yanlışdır. Yaxşı oxuyan tələbələr üçün təqaüdlər təsis olunmalıdır. Aztəminatlı ailələrə, çoxuşaqlı ailələrə və bir ailədə bir neçə tələbə təhsil alırsa, onlara fərqli yanaşma göstərilməli, güzəştlər tətbiq olunmalı, xüsusi proqramlar həyata keçirilməlidir. 5000-6000 manat çox sayda azərbaycanlı ailə üçün böyük rəqəmdir".

Təhsil eksperti Etibar Əliyevin də mövzu ilə bağlı fikirləri diqqət çəkir: “Azərbaycan Tibb Universitetində (ATU) təhsil haqları artırılıb. Məlumata əsasən, təhsil haqları tibb ixtisası üçün 6 500 AZN, stomatologiya ixtisası üçün 6 000 AZN, əczaçılıq, fizioterapiya, ictimai səhiyyə və tibb bacısı ixtisasları üçün isə 5 000 AZN olaraq dəyişdirilib.

Səbəbi izah olunmur. Bəlkə universitetə fiziologiya və tibb üzrə Nobel mükafatçıları gətirilib? Xarici ölkələrdə zəhmətləri hesabına yüksək elmi dərəcə və elmi adlar qazanmış alimlərin potensialından nə dərəcədə istifadə olunur? Bəlkə yeni nəsil dərsliklər yazılıb, yaxud tərcümə olunub? Bu addımı dəstəkləyənlər dünyanın hər yerində tibb təhsilinin bahalı olmasını önə çəkirlər. Qardaş Türkiyədə yüksək tibb təhsili verən ali məktəblərin təhsil haqqı ATU-da müəyyənləşdirilən təhsil haqqından azı 10 dəfə ucuzdur. Bu universitetin uğurları haradadır? Kardioloqların tam əksəriyyəti, uroloqlar və qastroentreloqların əksəriyyəti ya Türkiyədə, ya da Rusiyada təhsil almış həkimlərdir. COVİD -19 bütün ölkələrin səhiyyə sistemini imtahana çəkəndə gördük ki, ölkədə infeksionist həkimlər barmaqla sayılacaq qədərdir. Bütün digər universitetlərdə də təhsil haqlarının abituriyentlərin ixtisas seçimi ərəfəsində yüksəldilməsi kasıb təbəqə üçün çox ağırdır.

Dövlət tibb mütəxəssislərinin hazırlığı üçün lazım olanı edir. Məsələn, dövlət babanın qurduğu Tibb Universitetinin Tədris Cərrahiyyə və Tədris Terapevtik Klinikası modern baxımdan yüksək tələblərə cavab verir. Gömrük Hospitalı da həmçinin. Həmin klinikalar yüksək gəlir də əldə edir. Tələbələrə dövlətin qurduğu klinikalarda tədris prosesini həyata keçirir. Klinikalarda aparılan tədris prosesi də təhsil haqlarının fantastik yüksəldilməsinə zəmin yaratmır. Pasiyentlər klinikalarda Türkiyədə tibb təhsili görmüş həkimlər axtarırlar.

Başqa bir faktı deyim. Tibb Universitetində tam ştatda olan müəllimlərin sayı nə qədərdir? Məndə olan məlumata görə, xeyli müddət əvvəl tam ştatlar yarıya bölünərək xeyli sayda müəllim işə qəbul ediblər. Yəni məqsəd tamamilə başqa olub.

Yaxşı, fərz edək ki, tibb təhsili bahadır. Hüquq təhsili də bahadır? Hüquq təhsili ki, auditoriyalarda həyata keçirilir. 6500 manat da hüquq ixtisasının qiymətidir. Universitetlər gəlir mənbəyini yalnız tələbənin ödədiyi təhsil haqqında tapıblar. Rektorlar gözlərini açıb dünya təcrübəsi ilə tanış olmalı və yeni gəlir mənbələri axtarmalıdırlar.

Doktorantura təhsili də bahalaşıb. Təhsil haqqı 2000 manat artırılaraq 4000 manata çatdırılıb. Bu da elmlə məşğul olmaq istəyənlər üçün “şad” xəbər".

Dünya təcrübəsinə nəzər saldıqda görürük ki, bir çox inkişaf etmiş ölkələrdə ali təhsil ya tamamilə ödənişsizdir, ya da dövlətin ciddi maliyyə dəstəyi ilə təmin olunur. Məsələn, Almaniyada dövlət universitetlərində təhsil yerli və xarici tələbələr üçün pulsuzdur. Tələbələr yalnız simvolik məbləğdə inzibati rüsum ödəyirlər. Bununla yanaşı, müxtəlif sosial təqaüdlər və yaşayış yardımları da mövcuddur ki, bu da təhsilin daha əlçatan olmasını təmin edir. Norveçdə də vəziyyət oxşardır - bütün tələbələr, o cümlədən əcnəbilər üçün ali təhsil pulsuzdur. Hökumət təhsilə tam subsidiya ayırır və tələbələrə yaşayış üçün dəstək göstərilir. Fransa dövlət universitetlərində təhsil haqları olduqca aşağıdır - illik təxminən 200-500 avro təşkil edir. Sosial rifah sistemi çərçivəsində təqaüdlər və yardım mexanizmləri geniş şəkildə tətbiq olunur".

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://mia.az
archiveBu xəbər 19 Avqust 2025 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see181

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see152

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see150

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see143

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see139

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see136

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri