Icma.az
close
up
RU
Egeyədə zəlzələ fırtınası: Nə baş verir?

Egeyədə zəlzələ fırtınası: Nə baş verir?

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

Egeyədə, xüsusilə vulkanik Santorini adası ətrafında zəlzələ fırtınası davam edir. Bu hadisə ilə bağlı nə bilinir və mütəxəssislərin şərhləri nədir?

Qaynarinfo xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) Egeyəydəki seysmik aktivliyi yaxından izləyir. AFAD-ın verdiyi açıqlamaya görə, Türkiyə sahillərinə ən yaxın zəlzələ 140 km məsafədə baş verib.

Bu vəziyyət 2011-ci ili xatırladır. AFAD dünənki açıqlamasında belə bir məqamı vurğulayıb: "2011-2012-ci illərdə də eyni bölgədə oxşar intensiv seysmik aktivlik müşahidə olunmuş, 14 ay davam edən bu aktivlik hər hansı vulkanik hərəkətliliyə səbəb olmamışdır".

AFAD-ın Zəlzələ və Risk Azaltma Baş İdarəsinin Zəlzələ Şöbəsinin müdiri professor Aykut Akgün də hadisəni yaxından izləyən mütəxəssislər arasındadır. O, Egey dənizində baş verən zəlzələ fırtınasının təbii zəlzələlər olduğunu, bölgədə belə hadisələrin baş verməsinə əlverişli geoloji mühitin mövcudluğunu bildirir.

Akgün əlavə edib: "Burada vulkanik aktivliyin yeni olduğunu bilirik. Lakin vulkanik aktivliyin inkişaf etməyə başlamasının bu zəlzələlərə səbəb olduğuna dair əlimizdə sübut yoxdur. Əgər belə bir hal baş versə də, bu, bizi təəccübləndirməz, çünki bu bölgə aktiv vulkanizm inkişaf etdirə biləcək bir ərazidir. Bu proses sönə də bilər, bir qədər də arta bilər. Buna görə də daimi müşahidə aparmaq və diqqətli olmaq vacibdir".

AFAD-ın 28 yanvar 2025-ci ildən etibarən bölgədə müşahidə olunan zəlzələ fırtınası ilə bağlı verdiyi son açıqlama belədir:

- Zəlzələlərin sayı 400-ü keçib.

- İndiyə qədər qeydə alınan ən güclü zəlzələ 4.8 bal gücündə olub.

- Zəlzələlər Santorini adasının təxminən 25 km şimal-şərqində baş verir və 5-25 km dərinlikdə qeydə alınır.

- Türkiyə sahillərinə ən yaxın zəlzələ 140 km məsafədə baş verib.

- 2011-2012-ci illərdə də eyni bölgədə oxşar seysmik aktivlik müşahidə olunub və 14 ay davam edən bu proses heç bir vulkanik hərəkətə səbəb olmayıb.

- Türkiyəli alimlər və tədqiqatçılar bu seysmik aktivliyi AFAD ilə koordinasiyalı şəkildə dəyərləndirir və həm zəlzələ, həm də mümkün vulkanik aktivlik və sunami ehtimalları nəzərdən keçirilir.

Bundan əlavə, AFAD və mütəxəssislər vətəndaşları sosial mediada yayılan dezinformasiyalara inanmamağa və rəsmi mənbələri izləməyə çağırır.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 03 Fevral 2025 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1035

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see434

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see341

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see338

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see240

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see233

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see232

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see224

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see221

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see216

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see209

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see208

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see201

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see196

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see194

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see187

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see180

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see178

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see177

Avtobuslarda “buxarlanan” pullar, cibə ziyan vuran nasazlıq... RƏSMİ AÇIQLAMA

10 Oktyabr 2026 17:17see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri