Icma.az
close
up
RU
Əhali dolları niyə manata ÇEVİRİR?

Əhali dolları niyə manata ÇEVİRİR?

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2026-cı ilin yanvar-fevral aylarında valyuta mübadilə məntəqələrində nağd xarici valyuta üzrə satış əməliyyatları alış əməliyyatlarını 51 milyon ABŞ dollarından çox üstələyib. Yəni, əhali xarici valyuta almaqdansa, onu satmağa daha çox üstünlük verib.

Milli.Az xəbər verir ki, bu barədə Mərkəzi Bankın açıqlamasında bildirilir ki, fiziki şəxslərin banklardakı əmanətlərində dollarlaşma səviyyəsi də azalmaqdadır. Belə ki, son bir ildə bu göstərici 2,8 faiz bəndi enərək 2026-cı ilin fevralında 27,7 faizə düşüb. Qeyd olunur ki, depozitlərin dedollarlaşması prosesi bir müddətdir davam etsə də, xarici valyuta satışının alışdan çox olması tendensiyası 2025-ci ildən müşahidə edilir.

Məsələyə münasibət bildirən iqtisadçı Xalid Kərimli bunun əsas səbəblərindən biri kimi manatın sabit qalacağı ilə bağlı formalaşan müsbət gözləntiləri göstərir. Onun sözlərinə görə, təkcə valyuta bazarında deyil, bank əmanətlərinin strukturunda da xarici valyutanın payı azalır və insanlar daha çox vəsaitlərini manatla saxlamağa üstünlük verirlər.

Qeyd edək ki, manatın ABŞ dollarına nisbətdə məzənnəsi 2018-ci ilin mart ayından etibarən 1.70 səviyyəsində sabit saxlanılır. Bu müddətdə neft gəlirlərində azalma və enerji qiymətlərində dalğalanmalar olsa da, məzənnə dəyişməyib. Eyni zamanda, manatla yerləşdirilən əmanətlər üzrə vergi güzəştlərinin tətbiqi və daha yüksək faiz dərəcələri də əhalini milli valyutada yığım etməyə təşviq edir. Belə ki, sığortalanan əmanətlər üzrə faizlər xarici valyutada 2,5 faizə qədər olduğu halda, manatla 12 faizə qədər yüksəlir.

Həmçinin iqtisadçı Eldəniz Əmirov isə hesab edir ki, valyuta satışının artması müəyyən qədər əvvəlki dövrlərdə alınmış vəsaitlərin dövriyyəyə qaytarılması ilə bağlıdır. Onun fikrincə, inflyasiya və ümumi iqtisadi şərait fonunda vətəndaşlar saxladıqları xarici valyutanı tədricən manata çevirərək gündəlik xərclərə yönəldirlər.

Ümumilikdə, əhalinin xarici valyutanı daha çox satması manatın gələcək məzənnəsi ilə bağlı inamın artdığını göstərir və bu hal milli valyutanın sabitliyinə müsbət təsir edən amillərdən biri kimi qiymətləndirilir.

Asya
Milli.Az 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 09 Aprel 2026 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see377

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see344

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see320

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see312

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see274

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see265

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see255

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see246

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see239

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see233

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see229

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see224

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see217

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see215

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see210

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see205

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see202

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see190

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see182

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri