Icma.az
close
up
RU
Əhali sanki robotdur, hamı birbirinə bənzəyir ARAŞDIRMA

Əhali sanki robotdur, hamı birbirinə bənzəyir ARAŞDIRMA

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hərə bir yolla sertifikat alıb, kəsib-doğramaqla məşğuldur


“Mümkün deyil ki, özünü plastik cərrah adlandıran həkim-cərrah həm burun, həm dodaq, həm sinə, həm bədənin hansısa digər nahiyəsi üzərində plastik əməliyyat icra etsin”


Plastik cərrahların fəaliyyətinin yoxlanılmağa başlanması dövlətin bu sektorla bağlı son zamanlar səslənən ittiham və iddialara ciddi yanaşdığını göstərir. Xatırladaq ki, ölkədə fəaliyyət göstərən plastik cərrahlar arasında ixtisasa uyğun olmadan çalışanların olması barədə bir müddət əvvəl sosial mediada geniş məlumatlar yayıldı. Bundan sonra əlaqədar qurumlar hərəkətə keçdi və hüquq-mühafizə orqanlarının Səhiyyə Nazirliyində keçirdiyi əməliyyat nəticəsində 6 nəfər vəzifəli şəxs saxlanıldı. 

Onlardan biri, adı son günlərdə saxta sertifikat məsələsi ilə bağlı gündəmə gələn nazirliyin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmovadır. Ümumilikdə isə 50-yə yaxın estetik cərrahın saxta yollarla bu sahədə çalışması haqqında məlumatlar var. 


Səhiyyə Nazirliyi də hərəkətə keçdi 

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatdan sonra  Səhiyyə Nazirliyi də plastik cərrahların peşə fəaliyyətinin qanuni olub-olmamasını yoxlamağa başlayıb. Nazirliyin məlumatında qeyd edilir ki, ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsasları ilə bağlı mediada ziddiyyətli məlumatlar yer alıb. Səsləndirilən iddialarla bağlı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Baş Prokurorluq tərəfindən ilkin araşdırmalar aparılıb və şübhəli məqamlar müəyyən edilib. Əldə olunan məlumatlara əsasən bəzi hallarda sözügedən ixtisas daşıyıcısı qismində çıxış edən şəxslərin tibbi təhsil sənədləri və praktik tibb fəaliyyəti ilə məşğul olmağa hüquq verən şəhadətnamələri saxtalaşdırılıb. Bununla da, plastik cərrahiyyə ixtisası üzrə fəaliyyət göstərən tibb mütəxəssislərinin sözügedən istiqamətlə məşğul olmağa icazə verən sənədlərinin hüquqi əsaslarının kompleks şəkildə yoxlanılmasına ehtiyac yaranıb. Azərbaycan Respublikası səhiyyə nazirinin müvafiq əmri ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Baş Prokurorluğunun, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb. Nazirliyin məlumatına görə, Azərbaycan Respublikasının ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahlar peşə fəaliyyətinin qanunauyğunluğunu təsdiq edən sənədlərinin notariat qaydasında təsdiq edilmiş surətlərini (baza ali tibb təhsili, diplomdansonrakı təhsilə aid bütün sənədlər, əmək kitabçası, tibbi fəaliyyət ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə, sertifikasiya şəhadətnaməsi və s.) 2025-ci il 31 yanvar tarixinədək Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə şəxsən təqdim etməlidirlər. Mütəxəssis tərəfindən sənədlər tələb olunan qaydada və tarixədək təqdim edilmədiyi təqdirdə, bu hal onun praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiya şəhadətnaməsinin ləğvi üçün əsas olacaqdır. 


Sertifikatlar rüşvətlə alınıb?


Şərti ad qoysaq, “Plastik cərrahiyyə işi” -  aidiyyəti qurumlar tərəfindən həmin cərrahlar və onları sertifikasiyadan keçirən qurumun məsul şəxsləri ilə bağlı iş nəzarətə götürülüb. Məlumata görə, həkimlərin ixtisaslarının dəyişdirilməsi, onlara sertifikatlar verilməsi məsələsində xeyli qanun pozuntularının olduğu üzə çıxıb. Yayılan xəbərlərdə qeyd olunan sertifikatların 30-50 manat rüşvətlə əldə edilməsinə dair faktların araşdırılmasına başlanılıb. Eyni zamanda səhlənkarlıq, qeyri-peşəkarlıq, insanların sağlamlığına zərər vurmaqda adı daha çox hallanan şəxslərin bu sahədə fəaliyyət göstərmələri ilə bağlı icazələrinin ləğv olunmasına qərar verilib. O da bildirilir ki, müvafiq icazəsi olmadan bu sahədə fəaliyyət göstərən digər cərrahların aşkarlanaraq siyahısının tərtib olunması və onlar barəsində tədbir görülməsi üçün araşdırmalar davam etdirilir. Yaxın vaxtlarda həmin siyahının tədbir görülməsi üçün müvafiq dövlət qurumuna göndəriləcəyi, həmçinin plastik cərrahiyə sahəsində sertifikatlaşdırma qaydalarının sərtləşdiriləcəyi bildirilir.


Kim plastik cərrah ola bilər? 


Hazırda araşdırma, istintaq davam etdiyindən qəti fikir bildirməyin qeyri-etik olduğunu deyən mütəxəssis, elə bu səbəbdən adının çəkilməsini də istəmədi. Lakin “Şərq”ə plastik cərrahiyyə ilə bağlı dəyərli məlumatlar verdi: 


- Əvvəlcə onu deyim ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi hansı halda və kimlərin plastik cərrahiyyə ilə məşğul ola biləcəyinə dair geniş izahat verib. Mərkəzin məlumatında bildirilir ki, plastik cərrahiyyə ilə məşğul olmaq hüququ ali təhsilli həkim plastik cərrahlara aiddir. 2011-ci ildən Azərbaycan Tibb Universitetində və Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda Plastik cərrahiyyə ixtisası üzrə rezidentura çərçivəsində həkim kadrların hazırlığı aparılır. Müvafiq Qanuna əsasən, Rezidenturada plastik cərrahiyyə ixtisası üzrə təhsilin müddəti 5 il müəyyən edilib. Xaricdə təhsil alan və plastik cərrahiyyə üzrə rezidenturanı bitirən həkimlər Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən öncə Təhsil Nazirliyində diplomun akademik ekvivalentliyi və Səhiyyə Nazirliyində peşə ekvivalentliyi təsdiq edildikdə, praktik cərrahiyyə üzrə peşə fəaliyyətlərini davam edə bilərlər. Həmçinin, bu ali təhsilə malik mütəxəssislər praktik tibb fəaliyyəti ilə məşğul olduqlarından, beş ildən bir sertifikasiyaya cəlb edilir. Plastik cərrahların çalışdığı müəssisələrdə müvafiq yoxlamalar aparılır. Plastik cərrahiyyə üzrə tibb xidməti 2017-ci ildə Nazirlər Kabinetinin təsdiqlədiyi “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”na daxil edildiyi üçün, bu istiqamətdə fəaliyyət göstərən müəssisələr müvafiq lisenziyaya sahib olmalıdır. Plastik cərrahların çalışdığı müəssisələrdə tibbi xidmətin göstərilməsinə nəzarət, Səhiyyə Nazirliyinin müvafiq qurumları tərəfindən plan üzrə yoxlamalar, həmçinin daxil olan şikayət və təqdimatlar əsasında digər qurumlarla birlikdə plandankənar yoxlamalar şəklində aparılır. Nöqsanlar aşkarlandıqda qanunvericilikdə nəzərdə tutulan qaydada cərimələr tətbiq edilir, lisenziyasız çalışanların fəaliyyəti dayandırılır. 


Hər sahənin öz cərrahı olmalıdır


Mütəxəssis qeyd etdi ki, plastik cərrahiyyə spesifik sahədir və ayrı-ayrı sahələrə bölünür: 

- Mümkün deyil ki, özünü plastik cərrah adlandıran həkim-cərrah həm burun, həm dodaq, həm sinə, həm bədənin hansısa digər nahiyəsi üzərində plastik əməliyyat icra etsin. Bizim plastik cərrahların ən böyük səhvi ondadır ki, əməliyyata yalnız özləri daxil olur, əməliyyat edəcəkləri orqan üzrə mütəxəssis dəvət etmirlər. Beyin cərrahı ayrıdır, burun-boğaz cərrahı ayrı, döş qəfəsi cərrahı ayrı… Burun əməliyyatı zamanı lor həkimi dəvət olunmalıdır, boğazda əməliyyatdırsa, endokrinoloq həkim iştirak etməlidir, mədəkiçiltmədə daxili xəstəliklər üzrə həkim və sair. İş görürsənsə, mütləq mütəxəssis dəvət etməlisən. Amma yox, hərə öz bildiyini edir, üz dərisini, çənənin altını dartırlar, insanların sifəti eybəcər şəkil alır. Bunu da “gözəllik”, “dəb” hesab edirlər. Əhali sanki robotdur, hamı bir-birinə bənzəyir.  Eyni burun, eyni dodaq, eyni üz cizgiləri. İnsanlar təbii görünüşünü itirib. Tanınmaz şəkil alıb. İş o yerə çatıb ki, kompüter vətəndaşı tanımır. Şəxsiyyət vəsiqəsində bir surətdir, realda fərqli surət.  Bununla hara gedirik?! Hərə bir yolla sertifikat alıb, kəsib-doğramaqla məşğuldur. Bunlara sual vermək lazımdır: hansı sahənin plastik cərrahısan? Ola bilməz, mümkün deyil ki, bir cərrah bütün sahələr üzrə əməliyyat etsin. Hər sahənin öz mütəxəssisi var. Olmalıdır. Baxın, estetik cərrahiyyə başqadır, plastik cərrahiyyə başqa, rekonstruktiv cərrahiyyə isə tamam fərqli sahədir. Qardaş Türkiyədə rekonstruktiv cərrahiyyə geniş yayılıb. Bu, nədir, məsələn, qolu kəsilənə bədənin başqa hissəsindən toxumalar köçürülür. Məsələn, dəriköçürmə əməliyyatını yanıqlar üzrə cərrahlar edir. Rusiyada məşhur ortoped həkim vardı, İlizarov. Ayaqların uzadılması, düzləşdirilməsi əməliyyatı həyata keçirirdi, özünün ixtira etdiyi aparat vasitəsilə. Tanıdığım azərbaycanlı həkim var – Elçin Məmmədov, o, bəli, ixtisaslaşmış cərrahdır, üzü endoskopik yığır. Amma elələri var, həm baş yığır, həm qaş! Belə olmaz, olmamalıdır. Plastik cərrahiyyə xarici görkəmdə zəruri olmayan hər hansı dəyişiklik edilməsi məqsədi daşımamalıdır. Dünyada elə həkimlər var, xəsarət almış, qəza keçirmiş insanın qolunu, ayağını, barmaqlarını bərpa edir, dərisini yeniləyir, bədənin başqa bir hissəsindən dəri toxumasını zərər görmüş başqa bir hissəyə köçürür. Amma bizim ölkədə təəssüf ki, insanlarımız zəruri ehtiyac olmadan, bir-birinin bəhsinə bu əməliyyatları etdirirlər və bəzən də uğursuz nəticələrlə qarşılaşırlar. Plastik cərrahiyyə konkret bir ixtisasdır, bu ixtisas üzrə təhsil alanlar, təcrübə keçmiş həkimlər onunla məşğul olmalıdır. Baxırsan, tamam fərqli tibbi ixtisas üzrə təhsil alıb, amma ixtisasını dəyişib plastik cərrahlıq edir. Sonradan peşmanlıq olmasın deyə, müraciət etməmişdən əvvəl araşdırsınlar, bu həkim kimdir, hansı ixtisas sahibidir, sonra əməliyyata razılıq versinlər. “Adi” hesab etdiyimiz burun kəsdirmə, artıq yağların götürülməsi əməliyyatları, əslində, çox ciddi əməliyyatlardır və naşı cərrah əlində həyat üçün təhlükəli ola bilər. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://sherg.az
archiveBu xəbər 29 Dekabr 2024 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Temu dan ucuz paraşüt alıb test etdi (Video)

25 İyun 2026 21:43see287

Azərbaycan Gürcüstan sərhədi ilə bağlı daha bir ŞAD XƏBƏR

25 İyun 2026 21:50see230

Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı

25 İyun 2026 20:44see227

Yaponiya İsveçə qarşı

26 İyun 2026 02:36see189

Rütte Ankarada Trampı NATO nun əhəmiyyətinə inandırmaq istəyir

26 İyun 2026 01:25see187

Niyə Ermənistanda 25, Gürcüstanda 30, bizdə isə 17%?

25 İyun 2026 20:50see184

Qondarma erməni soyqırımını tanımaq üçün qətnamə hazırladı

26 İyun 2026 07:42see181

Zaqar dəri xərçənginin yaranma ehtimalını artırır

26 İyun 2026 02:41see181

Dekolonizasiya coğrafiya tanımır

26 İyun 2026 02:47see177

“Optimal Electronika”nın böyük məbləğdə vergi borcu yığılıb

26 İyun 2026 22:42see172

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

27 İyun 2026 04:52see169

Ronaldodan Oçoaya “Səndən cavan görünürəm”

25 İyun 2026 20:44see168

Leysan olacaq, dolu düşəcək XƏBƏRDARLIQ

27 İyun 2026 09:42see161

24 illik həsrət sona çatdı Türkiyənin DÇ dəki ilk qolu

26 İyun 2026 06:23see160

İspaniya Uruqvaya qarşı Yenilənir

27 İyun 2026 02:43see160

DÇ 2026: İspaniya və Kabo Verde yığmaları pley offda

27 İyun 2026 08:04see157

Mbappe DÇ 2022 nın yarımfinalından bəri ilk dəfə mundial matçında qol vurmayıb

27 İyun 2026 07:15see157

Venesueladakı zəlzələlərin intervalı alimləri heyrətə gətirdi

26 İyun 2026 00:52see157

Şahin Bağırov: Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir

25 İyun 2026 21:49see156

DÇ 2026: Niderland qrup lideri oldu, pley offda rəqib Mərakeşdir

26 İyun 2026 05:33see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri