Əhali yoxa çıxır : Bir vaxtlar ailələrlə dolu olan bu kənddə nə baş verir?
Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Təbiəti və havası ilə gözoxşayan İsmayıllı rayonunun Tubukənd kəndinin sakinləri bir sıra problemlərdən şikayətçidirlər.
BAKU.WS xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.
Kənddə əsasən 1990-cı illərdən etibarən Qarabağ bölgəsindən gələn vətəndaşlar məskunlaşıblar. Sakinlərin sözlərinə görə, məskunlaşdıqları dövrdən bu günədək kənddə nə yol, nə qaz, nə də su təminatı olub. Çətin şəraitdə yaşadıqlarını deyən kənd sakinləri qış mövsümündə isinmək üçün meşədən rəsmi icazə ilə odun tədarük etmək məcburiyyətində qalırlar. Problemlərlə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət edilsə də, hələ ki heç bir nəticə əldə olunmayıb.
"Suyumuz çox çətinliklə gəlir, yolumuz isə demək olar ki, yoxdur. Bir xəstəmiz olsa, vaxtında xəstəxanaya çatdıra bilmirik, yollarda əziyyət çəkirik. Kənddə qaz xətti isə ümumiyyətlə, yoxdur", - vətəndaşlardan biri söyləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 12 Avqust 2026 00:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















