Icma.az
close
up
RU
Əhalinin gəlirləri ədədi silsilə ilə artsa da, qiymətlər həndəsi silsilə ilə artır Günay Hüseynova

Əhalinin gəlirləri ədədi silsilə ilə artsa da, qiymətlər həndəsi silsilə ilə artır Günay Hüseynova

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Bu gün ilk çərşənbədir, hələ bayram gəlməmiş istehlakçılar vitrinlərdəki qiymət artımını artıq müşahidə edib".

Bunu Redaktor.az-a açıqlamasında iqtisadçı Günay Hüseynova ölkəmizdə hər Novruz bayramı öncəsi market və bazarlarda qiymət artımları barədə danışarkən bildirdi.

"Qiymət artımı hər bayram günləri qabağı ənənəvi hal alıb. Əhalinin gəlirləri ədədi silsilə ilə artsa da, qiymətlər həndəsi silsilə ilə artır. Qiymət artımına təsir göstərən müxtəlif faktorlar var, lakin belə desək, “süni qiymət artımı” onlar arasında ən populyar olanıdır. Hava şəraiti, daşınma xərclərinin artması, əmək haqqının artması qiymətə təsir edən amillər arasındadır. Onu qeyd edim ki, bu artım yanvar ayından etibarən müəyyən templə davam etdi. Yəni bu gün sahibkarın söylədiyi “sırf hava şəraiti ilə əlaqədardır” fikri absurddur. Hava şəraiti 4 gündür belədir, 15-20 gün sonra bayramda qar olmayacaq, onda artan qiymətlər enəcəkmi? Əlbəttə, xeyr. Və ya daha şiddətli qar çovğun olsa, ya insanlar ac qalmalı, ya da kəllə-çarxa çıxan qiymətləmi almalıdır məhsulu?", - deyə ekspert sual etdi.

İqtisadçının sözlərinə görə, bu gün bayramqabağı hansı məhsula tələbat yüksəkdirsə, onun istehsalçısı olan sahibkar qiymətləri süni şəkildə qaldırır.

"Azərbaycanlılar adət-ənənələrinə, milli dəyərlərə bağlı insandırlar. Ən imkansız vətəndaş belə çalışır ki, az miqdarda da olsa, bayram abu-havasını evində yaşasın, bayram nemətlərini alıb süfrəsinə qoysun. Bayramqabağı paytaxtın müxtəlif yerlərində yarmarkalar təşkil olunur. Fermer, kəndli birbaşa məhsulu alıcıya satır. Bu yarmarkaların təşkili, monitorinqlər müəyyən qədər qiymətləri tarazlayır. Məhsulun ərsəyə gəlməsi, hava şəraiti və digər çətin şərait ona əsas vermir ki, sahibkar qiymət artımı normasını keçsin", - deyə G.Hüseynova qeyd etdi.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 25 Fevral 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see230

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see163

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see147

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see143

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see142

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see140

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see138

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see138

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see137

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri