Icma.az
close
up
RU
Əhməd Şara Türkiyəyə gəlir Suriya xəritəsi yenidən dizayn olunur?

Əhməd Şara Türkiyəyə gəlir Suriya xəritəsi yenidən dizayn olunur?

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Suriya Prezidenti Əhməd Şara gələn həftə Türkiyəyə səfər edəcək.

“AzPolitika” xəbər verir ki, Türkiyənin “Türkiye Gazetesi”ndə yayımlanan məqalədə Ankarada yalnız “normallaşma” deyil, bütövlükdə bölgənin gələcəyini formalaşdıra biləcək bir sıra strateji məsələlər müzakirə olunacağı bildirilib. Nəşr yazır ki, bu səfər, pərdəarxasında cərəyan edən yeni Suriya xəritəsi, İsrailin gizli planları və ABŞ Prezidenti Donald Trampla gözlənilən tarixi görüş fonunda Türkiyənin bölgədəki rolunu yenidən müəyyən edə bilər.

Məqalənin maraqlı hissələrinin tərcüməsini təqdim edirik:

MASADAKI ƏSAS MƏSƏLƏLƏR NƏLƏRDİR?

Ankarada aparılacaq danışıqlarda Suriyaya qarşı tətbiq olunan sanksiyaların yumşaldılması, iqtisadi əməkdaşlıq imkanları və müharibədən sonrakı yenidənqurma prosesində Türkiyənin rolu əsas gündəm mövzuları olacaq. Diplomatik mənbələr bu səfərin yalnız ikitərəfli münasibətlərin canlandığını deyil, həm də daha geniş bir planın tərkib hissəsi olduğunu qeyd edir. İsrail mərkəzli “i24New”s saytının məlumatına görə, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman vasitəçilik edərək, ABŞ Prezidenti Donald Tramp ilə Suriya lideri Əhməd Şara arasında tarixi bir görüşün təşkilinə nail olub.

TRAMPLA GÖRÜŞƏ ZƏMİN HAZIRLIĞI

Ankara diplomatik çevrələrindən sızan məlumata görə, Şaranın Türkiyə səfəri zamanı Trampla keçiriləcək planlaşdırılan görüş üçün əsas məsələlərin ilkin müzakirəsi də aparılacaq. Bu görüşlərdə Suriyaya qarşı tətbiq olunan beynəlxalq sanksiyaların yüngülləşdirilməsi, müharibədən sonrakı dövrdə ölkənin bərpasında Türkiyənin mümkün rolu və Əsəddən sonrakı dövr üçün yeni Suriya modelinin xəritəsi əsas müzakirə mövzularıdır.

Türkiyəli rəsmilər bu səfəri “yalnız protokol xarakterli deyil, Şaranın Trampla görüşü ərəfəsində Ankaranın mövqeyini dəqiqləşdirmək məqsədi” kimi qiymətləndirirlər.

TRAMP ORTA ŞƏRQƏ QAYIDIR – GÖRÜŞ SƏUDİYYƏ ƏRƏBİSTANINDA KEÇİRİLƏCƏK

Ağ Ev bu həftənin əvvəlində Trampın may ayında Səudiyyə Ərəbistanı, BƏƏ və Qətəri əhatə edən Orta Şərq səfəri planlaşdırdığını təsdiqləyib. Dəqiq tarix açıqlanmasa da, “i24News”-a görə Tramp–Şara görüşünün Səudiyyə Ərəbistanı mərhələsində keçirilməsi planlaşdırılır. Məlumatlara görə, görüşün təşkilində vəliəhd Məhəmməd bin Salman şəxsən vasitəçilik edir. Bu görüşün Orta Şərqdə yeni bir səhifə aça biləcəyi vurğulanır.


TƏL-ƏVİVİN GİZLİ PLANI: SURİYA DÖRD HİSSƏYƏ AYRILIR

Şara səfəri və Trampla görüşdən öncə, İsrail mərkəzli diplomatik kanallardan şok bir plan sızıb: Müharibədən sonrakı Suriyanın dörd böyük güc arasında faktiki olaraq bölüşdürülməsi təklif olunur.

Plana görə:

- Şimal bölgədə Türkiyənin nəzarətində bir tampon zona;

- Qərbdə Rusiyanın təsiri altında bir sahil bölgəsi;

- Şərqdə ABŞ-nin nəzarətində enerji koridoru;

- Cənubda isə İsrailin təsir dairəsində təhlükəsizlik zolağı yaradılacaq.

Planın ən diqqətçəkən hissəsi isə Şam və ətraf bölgələrdə “nəzarətli keçid hökuməti”nin qurulması təklifidir. Rəsmi olaraq müvəqqəti idarəetmə modeli kimi təqdim olunsa da, ekspertlər bu modelin Suriya ərazisinin parçalanmasına zəmin yaradacağını hesab edir.

ANKARANIN MÖVQEYİ NƏDİR?

Ankaradakı diplomatik və təhlükəsizlik dairələri Təl-Əvivin bu planı sadəcə bir təklif olaraq deyil, beynəlxalq platformalarda lobbiçilik yolu ilə reallaşdırmağa çalışdığını bildirir. Yüksək rütbəli bir mənbə isə “Netanyahunun planı təkcə Suriyanı deyil, Türkiyənin cənub sərhədlərini və uzunmüddətli milli təhlükəsizliyini birbaşa təhdid edir” deyərək, Prezident Ərdoğanın Şara ilə görüşdə bu planı açıq şəkildə rədd etmək üçün diplomatik təzyiq göstərəcəyini bildirib.

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 07 Aprel 2025 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see230

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see201

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see175

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see172

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see147

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see147

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see145

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see143

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see141

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see140

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see137

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see133

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see132

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see131

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see129

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see129

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see126

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see126

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see126

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri