Icma.az
close
up
RU
Əhməd Şaranın həyat yoldaşını Osmanlılarla nə bağlayır? MARAQLI FAKTLAR

Əhməd Şaranın həyat yoldaşını Osmanlılarla nə bağlayır? MARAQLI FAKTLAR

Icma.az bildirir, Teleqraf.com portalına istinadən.

Suriya prezidenti Əhməd Şaranın həyat yoldaşı Lətifə əd-Durubinin Osmanlı dövlət məmuru Əlaəddin əd-Durubinin nəvəsi olduğu üzə çıxıb.

Teleqraf.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Durubi təkcə dövlət xadimi deyil, həm də sultan Əbdülhəmidin həkimlərindən biri idi.

Bir neçə gün öncə Türkiyəyə səfər etmiş Suriyanın müvəqqəti prezidenti Əhməd Şara və xanımı Lətifə əl-Durubinin ata-babaları dövlət xadimləri olublar. Köklü dövlət ənənəsi olan nəsildən gələn Durubi ailəsi Homsda aristokrat təbəqəni təmsil edib.

Lətifə xanımın ulu babası Əlaəddin əl Durubi vali və səfir olub. Osmanlı sancaqlarında mühüm vəzifələr tutan Durubinin babası Suriya siyasətində də nüfuzlu şəxslərdən biri olub.

1870-ci illərdə Durubinin ulu babası Homsun rəhbəri olub.

Əlaəddin əl Durubi ali təhsilini İstanbul Universitetinin Tibb Fakültəsində alıb. Tibb və siyasət təhsili alan Durubi türk və fransız dilləri bilib. Sivas, Kosovo, Bəsrə, Yəmən kimi Osmanlı coğrafiyasının bir çox yerində mahal valisi, qubernator və səfir kimi vəzifələrdə çalışan Durubi həm də həkim idi. O , II Əbdülhəmidin həkimlərindən biri kimi Osmanlı sarayında xidmət edib.

Birinci Dünya Müharibəsindən sonra Osmanlılar Suriyadan çəkildikdən sonra o, Dəməşqə qayıdıb və 1920-ci illərdə Kral Feysələ beyət edib. Daha sonra daxili işlər naziri vəzifəsində çalışıb.

Fransa işğalı zamanı Suriyanın baş naziri olmuş Durubi 1920-ci il avqustun 21-də öldürülüb .

Durubi ailəsi Fransa işğalına qarşı müstəqillik mübarizəsində mühüm rol oynayıb.

Homslu aristokrat ailənin qızı olan Lətifə əl-Durubi 1984-cü ildə anadan olub. Ərəb dili və ədəbiyyatı üzrə magistr dərəcəsini bitirib .

Suriyada sayılıb-seçilən nəslin nümayəndəsi olan Əhməd Şara ilə ailə həyatı quran Lətifə xanım 3 oğul anasıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 05 Fevral 2025 22:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri