Icma.az
close
up
RU
ƏHMƏD VƏLİYEV DEPUTAT OĞLUNU NAZİR ETMƏK İSTƏYİR? Samir Vəliyev YAP ın böyük tədbirlərində başa çəkilir

ƏHMƏD VƏLİYEV DEPUTAT OĞLUNU NAZİR ETMƏK İSTƏYİR? Samir Vəliyev YAP ın böyük tədbirlərində başa çəkilir

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ötən il keçirilən parlament seçkisi öncəsi ən aktual mövzulardan biri bir neçə köhnə deputatın və məmurun öz övladlarını parlamentə yerləşdirməsi cəhdi ilə bağlı idi. Bu cəhdlərdən 3-ü “uğurlu” alındı ki, bunlardan da biri Odlar Yurdu Universitetinin rektoru və sahibi, sabiq deputat Əhməd Vəliyevin oğlu Samir Vəliyevi deputat etməsi oldu.

Həmin vaxt çoxları bunu sadəcə, Milli Məclisdə “varislik prinsipi” formalaşmasının göstəricisi kimi qəbul etdi. Lakin indi belə görünür ki, vəliyevlər deputat mandatı ilə kifayətlənmək fikrində deyillər. Parlament seçkisindəki məlum yolla əldə edilən “uğur” Əhməd Vəliyevi daha böyük hədəflərə həvəsləndirib. “İştah yemək vaxtı gələr” deyiblər...

Saytımıza daxil olan məlumata görə, Əhməd Vəliyev YAP siyahısı üzrə parlamentə saldığı oğlunu Təhsil naziri vəzifəsində görmək istəyir və bu istiqamətdə aktiv fəaliyyətdədir. Bunu təsdiqləyən əlamətlərdən biri deputat seçilənə qədər hər hansı ictimai-siyasi fəallığı olmayan, xüsusi siyasi bilikləri, natiqliyi, siyasi diskussiya qabiliyyətilə seçilməyən, ən əsası isə YAP-ın formalaşmasında və gündəlik fəaliyyətində hər hansı rolu görünməyən Samir Vəliyevin son zamanlar ciddi cəhdlə hakim partiyanın mötəbər tədbirlərində önə çəkilməsidir.

Məsələn, bu il martın 5-də Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Bəsirətin Zəfəri” mövzusunda tədbir keçirilib. Sən demə, tədbirin adı təsadüfən “Bəsirətin Zəfəri” qoyulmayıbmış. Bu, Samir Vəliyevin yazdığı deyilən və ölkə başçısına həsr olunmuş “Bəsirətin Zəfəri” kitabının adından götürülüb. Belə kitabların necə yazıldığını xüsusi izah etməyə yəqin ki, ehtiyac yoxdur.

Kitabın adına gəlincə isə məlum olur ki, Əhməd Vəliyevin özü daha öncə eyni mövzuda “Bəsirətin ünvanı” kitabını yazıbmış. Oğlunun yazdığı iddia olunan yeni kitab da onun davamıdır. Ölkə başçısının bu cür kitablara ehtiyacının olmadığı yaxşı məlum ikən YAP “Konstitusiya və Suverenlik İli” ilə bağlı böyük bir tədbirini Samir Vəliyevin kitabının təqdimatına və şəxsən onun reklamına, piarına həsr etmiş olub. Deyilənə görə, həmin tədbir partiyada zəhməti olmuş bir çox YAP-çıların narazılığına səbəb olub, hətta bəzilərinin bu səbəbdən tədbiri tərk etdiyi bildirilir.

Buna baxmayaraq, tədbirdə Əhməd Vəliyevlə bərabər YAP Sədrinin müavini, YAP Mərkəzi Aparatının rəhbəri Tahir Budaqov, AMEA Prezidenti İsa Həbibbəyli, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov və digərləri çıxış edərək, böyük ehtimalla tam oxumadıqları kitabı ağız dolusu tərifləyiblər.


S.Vəliyevin özünə gəlincə, onun əsas “nailiyyətləri” atasının yaratdığı Odlar Yurdu Universitetinin Müşahidə Şurasının sədri, yenə atasına aid “Muğanbank”ın əsas səhmdarı olması olub. Bu universitetin reputasiyası bəllidir. “Muğanbank” isə əhalini və bank sektorunu aldadaraq, maliyyə vəziyyətinin yaxşı olduğu barədə yalan hesabatlar verdiyi halda, günlərin birində bağlandı. Bu fırıldaqla həm adi əmanətçiləri, həm də sahibkarları, şirkətləri pis, ağır vəziyyətdə qoydu.


Samir Vəliyevin özünün adı bundan öncə mətbuatda “diplom biznesi” də daxil omaqla bir çox “əyri-üyrü” işlərdə hallanıb. Onun deputat olana qədər bircə dəfə də olsun publik çıxışına, siyasi təhlilinə, hansısa jurnalistə siyasət mövzusunda sərbəst müsahibəsinə, müxalifətlə debatına, ölkənin keçmişi və gələcəyinə dair fikirlərinə və s. rast gəlinməyib. Buna baxmayaraq, YAP siyahısından parlamentə salındı, Azərbaycan reallıqları yenə öz sözünü dedi...

Yeri gəlmişkən qeyd edək ki, Əhməd Vəliyevin oğlunu qabağa çəkmək, parlamentə salmaq üçün əvvəlcə Azərbaycan Respublikaçılar Partiyası adlı kiçik partiyaya üzv edərək, onun xidmətindən istifadə etməyə çalışdığı deyilir. Lakin bu variant alınmayandan sonra oğlunu YAP-a, partiyanın deputatlığa namizədlər siyahısına, oradan da parlamentə sala bilib.


Yuxarıda qeyd etdiyimiz YAP-ın az qala bütünlüklə vəliyevlərə həsr etdiyi tədbirə gəlincə, bunun özü də onu göstərir ki, Ə.Vəliyevin oğlunun yüksək vəzifəyə çəkilməsinə çalışdığı barədə deyilənlər təsadüfi deyil və bunun üçün o, YAP-dakı, eləcədə hakimiyyətdəki əlaqələrindən istifadə etməkdədir. Onun əlaqələri və imkanları isə hakim partiyanın böyük bir tədbirini oğlunun kitab təqdimatına, piarına həsr etməsinə nail olmağa yetəcək qədərmiş. Deməli, onun düşüncəsinə görə, oğlunu nazir etməsi də mümkünsüz deyil. Niyə də olmasın? Parlamentə salmaq alındısa, nazir etmək nədən alınmasın?...

C.Məmmədov

“AzPolitika.info” 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 03 Aprel 2025 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see231

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see205

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see180

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see150

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see148

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see146

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see142

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see141

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see141

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see137

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see136

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see136

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see134

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see131

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see129

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see128

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see128

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see128

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see127

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri