Icma.az
close
up
RU
İşə gecikən işçiyə cərimə yazıla bilərmi? Açıqlama

İşə gecikən işçiyə cərimə yazıla bilərmi? Açıqlama

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Paytaxt Bakıda hər səhər  yaranan  nəqliyyat sıxlığı minlərlə insanın işə vaxtında çatmasını çətinləşdirir. 

Bəs işə gecikən işçiyə cərimə yazıla bilərmi?

Bu barədə Moderator.az-a açıqlama verən əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov bildirib ki, qanunvericilikdə işə gecikməyə görə cərimə tətbiq olunması nəzərdə tutulmayıb.

Onun sözlərinə görə, Əmək Məcəlləsinin 186-cı maddəsinə görə, işçi əmək funksiyasını yerinə yetirmədikdə, əmək müqaviləsinin şərtlərini və ya müəssisədaxili intizam qaydalarını pozduqda ona intizam tənbehi verilə bilər:

“Bu tədbirlər töhmət, sonuncu xəbərdarlıqla şiddətli töhmət, kollektiv müqavilədə nəzərdə tutulduğu halda əmək haqqının dörddə birindən çox olmamaq şərti ilə cərimə və ya Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinin ləğvi ola bilər. Cərimə yalnız o halda tətbiq edilə bilər ki, müəssisədə kollektiv müqavilə mövcud olsun və həmin müqavilədə əmək və intizam qaydalarının pozulmasına görə cərimənin tətbiqi nəzərdə tutulsun. Əgər müəssisədə kollektiv müqavilə yoxdursa və ya kollektiv müqavilə mövcud olsa da, orada işə gecikməyə görə cərimənin tətbiqi nəzərdə tutulmayıbsa, işçiyə cərimə tətbiq edilə bilməz”.

Bəs işə gecikmə halında hansı tədbirlər görülə bilər? 

Ekspert qeyd edib ki, işə gecikmə əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi hesab olunur:

“Çünki əmək müqaviləsində işçinin müəyyən edilmiş iş vaxtında iş yerində olması tələb olunur. Bu baxımdan, gecikmə intizam pozuntusu kimi qiymətləndirilə və işçiyə intizam tənbeh tədbiri tətbiq edilə bilər. Lakin sırf maliyyə cəriməsi yalnız kollektiv müqavilədə nəzərdə tutulduğu halda mümkündür”.

Nüsrət Xəlilov həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinə diqqət çəkib:

“Həmin maddəyə əsasən, əmək haqqı işçinin faktiki olaraq yerinə yetirdiyi əmək funksiyasına görə ödənilir. Məsələn, aylıq iş norması 168 saatdırsa və işçi ay ərzində müxtəlif vaxtlarda ümumilikdə 5 saat işə gecikibsə, işəgötürənin həmin 5 saat üçün əmək haqqını ödəməmək hüququ var. Başqa sözlə, əgər işçi normalda 168 saat işlədiyi halda 1000 manat əmək haqqı almalı idisə, amma faktiki olaraq 165 saat işləyibsə, maaş da bu göstəriciyə uyğun şəkildə hesablanacaq:  1000 manat bölünsün 168 saat, vurulsun 165 saat . Bu həmin saatlar üçün əmək haqqının ödənilməməsidir. Məsələn, işçinin saatlıq maaşı 5 manatdırsa, işəgötürənin “yarım saat işə gecikən işçidən 30 manat cərimə tutulur” kimi qayda müəyyən etməsi qanunvericiliyin tələblərinə uyğun deyil. Lakin bu cür yanaşma qanunvericiliyə ziddir və hüquqi qüvvəyə malik deyil”.

Mehin Mehmanqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:298
embedMənbə:https://moderator.az
archiveBu xəbər 14 Yanvar 2026 09:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see320

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see319

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see318

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see316

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see312

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see305

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see304

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see302

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see293

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see287

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see253

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see247

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see246

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see229

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see226

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see213

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see212

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see207

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see196

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri