Icma.az
close
up
RU
Taleyindən əziyyət çəkən Natavan PƏRVİZ YƏHYALI YAZIR

Taleyindən əziyyət çəkən Natavan PƏRVİZ YƏHYALI YAZIR

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Dövrü dönmüş, dövr dövran

Etmədi kamimcə, ah!

Düşmənimdir, bilməzsən kim,

Nə etmişəm dövranə mən!

O, 1832-ci ilin bir payız günü göz açmışdı dünyaya. Onun dünyaya gəlişi atasını hədsiz sevindirir.

Tarixə sonuncu Qarabağ xanı kimi düşən Mehdiqulu xan Cavanşir sevimli qızına öz anasının adını qoyur. Ata həm də öz ciyərparəsi Xurşidbanuya “tək incim” deyirdi. Bu dövr, o zaman kəsiyi idi ki, artıq Qarbağ xanlığının siyasi müstəqilliyi rus işğalı altına düşərək sona çatmışdı.

Mehduqulu xan Cavanşir istər 1806-1822- ci illərdə və istərsə də xanlığın ləğvindən sonrakı dönəmdə çarzmin yürütdüyü siyasətlə heç cür barışmır, siyasi fəaliyyətini zahirən dondursa da bütün varlığı ilə Qarabağın rus işğalından azad olacağına inanaraq gələcəyə böyük ümidlə baxırdı. O, sevimli qızının təlim və tərbiyəsinə çox ciddi yanaşır, qəlbini dərinliyində onu yenidən müstəqil olacaq Qarabağın idarəçisi kimi görürdü. Xurşidbanunun qayğısız, atalı günlərini fələk ona çox gördü.

”Tək inci” 13 yaşında, 14 may 1845-ci ildə atasını itirir. O, atasından qalma mal-mülkə təkbaşına rəhbərlik edir. Çox keçmir ki, Mehdiqulu xanın bədxahları mülk çəkişmələrində fəallaşır.

Gənç xanım Xurşidbanu Qafqaz canişinliyinin dəhlizlərinə öz ata-babasından haqq etdiyi torpaqların başqalarının əlinə keçməməsi üçün ayaq döyməyə başlayır.

Burada O, canişin Varatsovun köməkçisi əslən Dağıstandan olan Xasay Usmiyevlə tanış olur. Tezliklə Xasay Usmiyevlə ailə quran Xurşidbanunun çoxsaylı mülk cəkişmələrində rəqiblərinə üstün gəlməsinin səbəblərindən biri də elə bu izdivac olur. Rəqiblərin içərisində Mehdiqulu xanın qohumları da çox idi. Xasay və Xurşidbanu izdivacını ona görə də qohumlar yaxşı qarşılamadı.

Ərinin xidməti işi ilə bağlı Xurşidbanu Tiflis, Vladiqafqaz, Maxaçkala, Orenburq, Bakı və s. şəhərlərdə yaşasa da Qarabağdakı təsərrüfat işlərinə rəhbərlikdən bir gün də uzaq düşmür. Əldə olunan gəlir isə bir qayda olaraq xeyriyəçilik işlərinə yönəldilirdi. Xan qızı Şuşaya içməli su çəkdirir, Qarabağda məktəblərin maliyələşməsinə diqqət ayırır, əhalinin kasıb zümrəsinə əl tuturdu. Onun xeyriyəçilik işləri sırasında Bakının Şıx kəndinə yol çəkilməsi də var. Bu mesenatlığın tarixçəsi çox maraqlıdır. Ana olmaq arzusu ilə Xurşidbanu niyyət tutub, Bibiheybət məscidinə gedir. Bir müddət sonra onun ilk övladı dünyaya gəlir. Xan qızı atasının şərəfinə oğluna Mehdiqulu adını qoyur. Elə həmin il 1855-ci ildə Bibiheybət ərazisinin abadlaşdırılmasını və Şıx kəndinə gedən yolun çəkilişini təşkil edir. XlX əsrin 50-ci illərindən Xurşid təxəllüsü ilə şeirlər yazan Xan qızı Şuşadakı “ Məclisi-üns” ədəbi məclisinə başçılıq və himayədarlıq edir.

1856- ci ildə onun ikinci övladı, qızı Xanbikə dünyaya gəlir. 50-ci illərin sonlarında Qarabağda onun qohumlarının fitnə-fəsadı daha kəskin xarakter alır. Bu ara ailədaxili fikir ayrılıqları da özünü göstərir. Xurşidbanu həmin dövr ədəbi əsərlərində artıq Natavan təxəllüsü ilə tanınır. Köməksiz, əlacsız, qəmin dostu anlamını verən təxəllüsü seçməsi şairin heç şübhəsiz şəxsi həyatında ard-arda baş verən bitib-tükənməyən probremlərli ilə bağlı olub. Xurşidbanu 1864-ci ildə Xasay Usmiyevlə ayrılır. Bir müddət sonra isə əslən şuşalı olan sadə sənətkar Seyid Hüseynlə ailə qurur.

Bu dəfə Xan qızının kasıb bir papaqçı ilə ailə qurmasını bəhanə edən qohumları daha kəskin və hiddətlə onu qınayırlar. Qaraguruh qohumların ətrafında quyruq bulayan ermənilər də peyda olur. Onların bir qayda olaraq “qeyrət” davası mülkə sahib olma savaşına hesablanırdı. Natavan 1869-cu ildə Seyid Hüseynlə evləndikdən az sonra oğlu Mehdiqulu evdən gedir. Seyid Hüseynin atası olduğu üç övladdan biri Mir Abbas 16 yaşında vəfat edir. Daha sonra Mehdiqulı və Xanbikə yersiz iddialarla məhkəmələrdə torpaq tələbinə çıxırlar. Bütün bunlar az imiş kimi Xan qızının evinə oğrular ayaq açır. Onun qızıl və qıymətli daş-qaşdan ibarət sanduqələri oğurlanır. Acgöz, rüşvətxor hakimlərin rüşvət, bəxşiş tələbləri qiymətli əşyalarının hamısını həzm-rabedən keçirir. Onun bir çox xeyriyə işləri müflisləşmə ucbatından yarımçıq qalır. Arazdan Mil düzünə çəkdirdiyi arxın maliyə məsrəfi kəsildiyi üçün iş dayandırılır. Bəslətdiyi at ilxıları əlindən çıxır.

Səhətində ciddi problemlər yaranan Natavan 1897-ci ildə 65 yaşında keşməkeşli həyatının sonuna çatır. Onun ədəbi taleyi də ürəkaçan olmamışdır. Belək ki, ölmündən az sonra əlyazmalarının çoxu itib-batmış ya oğurlanaraq məhv edilmişdir. Natavanı əsərlərinin çox az bir hissəsi sonralar çap olunaraq yayılmışdır.

Başdan-başa ağrı-acı ilə dolu həyat yolu, niskil və iztirabların daim həmdəmi olduğu şairin ölmündən sonrakı taleyi də qəribə bəxtsizlik yaşayır. İnsan bütün şüurlu həyatını xeyixah əməllərlə insanlara xidmət etmiş, kasıbın, haqlının yanında durmuş, mənəvi zənginliyilə insanlığa ziya olmuşdur.

Bəs görən,niyə sağlığında şəxsi həyatında olmazın müsübətlərini çəkən bu xanımın ruhuna naqislər həmişə hörmətsizlik edir. Yaxşı, sağlığında ona xəbis ürəkli şarlatanlar paxıllıq edirdi. Bəs dünyadan köçmüş ruhu niyə bunca talesizdi görən.

1992- ci il 8 may. Natavanın babasının tikib-qurduğu Şuşa mənfur ermənilər tərəfindən işğal olunur. Quduz vandallar Xan qızının 1982-ci ildə, doğulduğu Şuşada qoyulan heykəlini təhqir edir, güllə atəşinə tuturlar. Digər görkəmli şəxsiyyətlər Üzeyr Hacıbəyli və Bülbülün güllənmiş abidələri ilə bərabər şərəfsiz erməni alçaqları Natavanın da tunc heykəlini pulla metal qırıntıları alan bir gürcüyə satır. Sonralar Azərbaycan dövləti pulla Tiflisdən həmin güllələnmiş abidələri alıb Bakıya gətirə bilir. Çox şükürlər olsun ki, həmin heykəllər bərpa olunaraq erməni əsirliyindən azad edilmiş Şuşaya qayıtdı.

1993 il iyul. Erməni simasızlığı Ağdamı əsir götürür. Natavanın İmarət qəbristanlığındakı qəbrüstü abidəsi təhqir edilir. Hətta şərəfsizlər onun sümüklərini belə qəbirdən çıxarırlar.

Növbəti dəfə fələyin insan cilidinə saldığı şeytan zühur edərək Belçikada peyda oldu. Natavanın Belçikanın Voterlo şəhərində 2016-cı ildə ucaldılmış abidəsini erməni vandalları təhqir etdi. Bu o ölkədir ki, parlamenti gözünün önündəki alçaq erməni əməlinə göz yumur, amma tarixə baş vuraraq 1915- ci ildə olmayan, əslində türkləri soyqırıma məruz qoyan ermənin guya genosudə məruz qalmasını tanıyır.

Niyə tanıyır? Çünki onun parlamentarilərini, hökumətinin üzvlərini cinayətkar erməni ünsürlərinin pulu satın alıb.

Fransa. Evian-le-Bən şəhəri. Natavanın 2017- ci ildə qoyulmuş abidəsi təhqir edilir. Yenə səciyyəvi erməni simasızlığının bariz nümunəsi. Fransa siyasi yetiklilərinin susqunluğu.

Bütün zamanlar üçün bir həqiqət var. Cinayəti edənlə, həmin cinayəti ört-basdır etməyə cəhd edən, etrazını bildirməyən eyni cavabdehlik daşıyır.

Xislətindən doğan alçaqlığı edən ermənidir. Həmən alçağa etrazını bildirməyən elə o cinayətkarla eynidir.

Düzdü, Natavanın yerinə həmin Avropa şəhərlərində Məhsətinin abidəsi olsaydı, erməni vandallığı yenə oxşar addım atacaqdı. Amma istər istəməz yenə də Natavanın yaxşılıqdan başqa bir əməli olmadığı halda niyə bunca ağrılara, sağlığında cisminə, əbədiyyətində ruhuna sayğısızlıq olması insanı təsirləndirir.

Bir həqiqət də var. Natavan incimiş ruhu ilə Avropanı fəth edir. Vandallar abidəsinə hücum edir. Demək abidə onları narahat edir. Demək Natavan güclüdü, böyükdü. Əgər o paxıllığa, gözügötürməməzliyə tuş gəlirsə,demək fəhmi ilə, ruhu ilə sürü psixologiyası ilə Avropada dolaşan erməni simasızları və onların əlaltılarına qalib gəlir. Lap mat edir. Hələ 1858-ci ildə Bakıda Aleksandır Dümanı mat etdiyi kimi. Amma… amma yenə də Natavanın öz dilindən

Rəqib töhməti etdi məni cüda ey dost!

Bu zülməti gördü cəfa, görməsin səfa ey dost!

Çağırıram allahımı, hal-Natavan ilə

Məgər ki, tez verə həq düşmənə cəza , ey dost!

Bəlkə də indi Natavanın ruhu dinclik tapıb.

Çünki, Şuşa azaddır!

Pərviz Yəhyalı 

Gununsesi.info 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:239
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 14 Yanvar 2026 09:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see312

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see301

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see288

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see277

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see276

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see256

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see247

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see239

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see230

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see229

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see226

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see223

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see217

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see216

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see208

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see191

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see182

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see176

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri