Icma.az
close
up
RU
Əhmədzadələrin toxunulmazlıq tilsimi qırıldı: Növbədə kimdir?

Əhmədzadələrin toxunulmazlıq tilsimi qırıldı: Növbədə kimdir?

Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Bu günlərdə DTX-nın keçirdiyi əməliyyatla Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev saxlanıldı. Artıq məhkəmə onun 4 aylıq həbsi barədə qərar verib. Sabiq başçı korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinir.

Qeyd edək ki, DTX-nın əməliyyatı zamanı onunla bərabər Qax Bələdiyyəsinin sədri Eyvaz Orucov və digər şəxslər də da saxlanılıb.

Həbslərdən sonra yalnız sabiq icra başçısı Musa Şəkiliyevin deyil, Eyvaz Orucovun da illərdir Qax-Zaqatala bölgəsində hökmranlıq edən Əhmədzadələrin qohumu olduqları üzə çıxdı. Belə ki, Musa Şəkiliyev Meliorasiya və Su Təsərrüfatı ASC-nin sabiq rəhbəri, Baş nazirin köməkçisi Əhməd Əhmədzadə və qardaşı, Zaqatalanın hazırkı icra başçısı Mübariz Əhmədzadənin xalası oğlu, Eyvaz Orucov isə Mübariz Əhmədzadənin bacanağıdır. Yeri gəlmişkən, Eyvaz Orucov Qaxda "Kitayski Əhmədzadə" ləqəbi ilə tanınır.

Beləliklə, bir daha aydın olur ki, Qax-Zaqatala bölgəsində vəzifəyə təyinatlar heç də kadrların peşəkarlığı ilə deyil, qohumluq əlaqələri prinsipi ilə aparılırmış.

Həbslərdən sonra Musa Şəkiliyevin rayonda, ölkədə, hətta Avropada biznesinin olduğuna dair məlumatlar tirajlandı. İndi isə aydın olur ki, onun ən yaxın adamlarından olan Eyvaz Orucov da rayon bələdiyyəsinin sədri kimi ciddi qanun pozuntularına yol verib. Belə ki, zaman-zaman Qax və Zaqatalada meşələrin talan edilməsi ilə bağlı məsələ gündəmə gəlirdi. Son məlumatlara görə, bu məsələdə sabiq icra başçısı Eyvaz Orucovla birlikdə hərəkət edib. Onu da qeyd edək ki, Musa Şəkiliyev uzun müddət - 1981-ci ildən 2010-cu ilə qədər (təqribən 30 il) şimal zonasında meşələrə nəzarət edib. Belə ki, 1981-ci ildə Meşə Təsərrüfatı İdarəsində meşə ustası kimi işə başlayan Musa Şəkiliyev 1986–1987-ci illərdə Qax Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsində Mülki Müdafiə Qərargahının rəisi, 1987–1989-cu illərdə isə İlisu Dövlət Qoruğunun direktoru vəzifələrində çalışıb.

1989–2002-ci illərdə Qax Meşə Təsərrüfatı İdarəsinin direktoru, 2002–2010-cu illərdə isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin Mühafizəsi və Bərpası İdarəsində rəis əvəzi, daha sonra Meşələrin İnkişafı Departamentində direktor müavini olub.

Meşələrə yaxşı bələd olan Musa Şəkiliyev səlahiyyətləri daha da genişlənəndən sonra meşə fondunu da öz biznesinin tərkibinə qata bilib.

“Kitayski Əhmədzadə” ləqəbli Eyvaz Orucov rayonda digər qanunsuz əməlləri ilə də tanınır. Yerli sakinlər onun adını təkcə qohumluq bağlantıları ilə deyil, həm də vətəndaşlardan alınan qanunsuz “rüsumlar”, torpaq sahələrinin bölüşdürülməsində şəffaf olmayan yanaşma ilə eyniləşdirirlər.

Onun Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Sadiq Məmmədovun anası Səadət Məmmədovadan pay torpağı üçün 3500 manat rüşvət istədiyi də mediada böyük əks-səda doğurmuşdu.

Onu da qeyd edək ki, sabiq icra başçısı rayona 15 ildir rəhbərlik edirdisə, Eyvaz Orucovun "stajı" daha çox idi. Belə ki, o, 2005-ci ildən etibarən hər dəfə Qax Bələdiyyəsinə sədr "seçilirdi". Əldə etdiyimiz məlumatlara görə, 20 illik vəzifə səlahiyyəti dövründə bələdiyyə sədrinin əmlak və torpaq vergisi, mərasim (xeyr-şər) çadırlarının icarəyə verilməsi, dəfn xidmətləri və sahibkarlıq subyektlərindən, eləcə də səyyar ticarətdən daxil olan ödənişlərin bir qismini mənimsəyib. Onun habelə bələdiyyəyə məxsus torpaq sahələrinin satışı və icarəsindən də xeyli qazanc əldə etdiyi bildirilir.

Yeri gəlmişkən, Qaxın sabiq başçısı və bələdiyyə sədrini himayə edən

Zaqatala rayonunun icra başçısı Mübariz Əhmədzadə də 16 ildir icra başçısı vəzifəsində çalışır. 2009-cu ilə qədər isə Mübariz Əhmədov Qax rayon İcra Hakimiyyətinin başçısı idi.

Ancaq son vaxtlar baş verənlər göstərir ki, Əhmədzadələr yavaş-yavaş toxunulmazlığını itirir. Əhməd Əhmədzadə faktiki olaraq, simvolik vəzifə daşıyır. Onun qudası Elman Rüstəmov da çoxdan Azərbaycan Mərkəzi Bankının rəhbərliyindən uzaqlaşdırılıb. Hazırda isə Əhmədzadələrin qohum-əqrəbasının çətin günləri başlayıb. Və bu dalğanın Mübariz Əhmədzadəyə çatacağı da zaman məsələsidir.

Aysel,

BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:508
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 23 İyun 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri