Icma.az
close
up
RU
Ehtiram Quliyev: Üzücü səbəb o oldu ki...

Ehtiram Quliyev: Üzücü səbəb o oldu ki...

Icma.az bildirir, sport24.az portalına istinadən.

"Maraqlı oyun oldu. Matçın əvvəlində bizim oyun alınmadı. Çempionatımız elə mərhələyə gəlib ki, hər matç çox vacibdir. Təbii ki, üzgünük. Azarkeşlərimizin qarşısında məğlub olmaq bizi məyus edir. Amma növbəti oyunlara baxacağıq. Çempionat uzun marafondur. Ümid edirəm ki, lazım olan xalları yığacağıq".

Bu sözləri "Turan Tovuz" klubunun İdarə Heyətinin sədri Ehtiram Quliyev deyib. Misli Premyer Liqasının 25-ci turunun "Zirə" ilə görüşündən sonra jurnalistlərə açıqlama verən Quliyev Sport24.az Tovuza ezam olunmuş əməkdaşının suallarını cavablandırıb.

- İntizam Komitəsi "Turan Tovuz"u 20 min manat cərimələdi. Sizcə, haqlı idi?

- AFFA-nın qərarını anlayışla qarşılayırıq. Ölkə futboluna onlar nəzarət edir. Biz də klubun maraqlarını qorumaq üçün mövqeyimizi bildiririk, bildirəcəyik. Üzücü səbəb o oldu ki, AFFA ilə dialoqumuzun ən gözəl vaxtında belə hal baş verdi. Buna görə üzgünük. İstər futbol ictimaiyyəti, istər azarkeşlərimiz tərəfindən elə hesab olundu ki, qarşıdurma var. Əslində qarşıdurma yoxdur. Bir çox mövzularda AFFA-nın bizə dəstəyi var. Dialoqumuz yüksək səviyyədə davam edir. Qərarın haqsız olduğu düşüncəsindəyik. Amma anlayışla qarşılayırıq. Nə ilk cəza alan bizik, nə də sonuncu biz olacağıq.

- Apellyasiya müraciət edəcəksiz?

- Düşünmürük. Səbəbi haqsız olmağımız deyil. Sadəcə süni gərginlik yaranmaması, azarkeşlərimizin fikrinin oyunlara yönəlməsi baxımından belə uyğun hesab elədik. Yenə İdarə Heyəti bununla bağlı toplanacaq.

- İctimaiyyətdə belə fikir formalaşa bilər ki, bu məsələdə haqlı tərəf AFFA-dır...

- Biz elə düşünmürük. Klubun fikirlərini dilə gətirdik ki, oyun təxirə salınsın. İstədiyimiz çox böyük bir şey deyildi. Ola bilər ki, uyğun zamanda, uyğun mövqedə olmadı, başqa səbəblər var idi. AFFA da ölkə futboluna nəzarət edir. Yəqin ki, belə uyğun hesab elədilər. Böyüdüləsi bir mövzu deyil.

- Mənim şəxsi fikrimdir ki, "Turan Tovuz"un bəyanatı AFFA-ya, "CBC Sport"a, PFL-ə qarşı deyildi, sırf şübhəli hakim qərarlarına idi...

- VAR sistemi niyə gətirilib? Hakim də insandır, görməyə bilər. Biz əsla qərəz düşünmədik. Haqsızlığın qarşısını almaq üçün belə bəyanat verdik. Klubun istəyidir də, dünyanın sonu deyil ki. Biz istədik, onlar da yox dedi.

- AFFA hakim səhvləri ilə bağlı sübut istəyir...

- Onlar yəqin konkret oyunla bağlı istəyirdilər. Ondan sonra görüşümüz, normal şəkildə dialoqumuz olub. AFFA-nın yeni baş katibi ilə görüşmüşük, nüanslara aydınlıq gətirmişik. Ciddi bir mövzu yoxdur. Azarkeşlərimizə də səslənirəm ki, narahat olmasınlar, "Turan Tovuz"un fanatlarını hansı şəraitdə olur-olsun qoruyacağıq. Böyüdüləsi bir səbəb yoxdur. Bu cəriməyə görə narahat olmasınlar.

- AFFA-nın qərarından sonra belə fikir var ki, sponsoru futboldan küsdürə bilərlər...

- Əsla. Üzüldüyüm şey o oldu ki, bunlar dialoqumuzun ən yaxşı vaxtında oldu. Orada peşəkar insanlar işləyir. Yeni qərarlar qəbul olunub. Biz klublar olaraq dəstək olmalıyıq. Biz özümüzə qarşı qərəzli mövqe hiss etmirik. Əksinə, daha müsbət, daha pozitiv addımlar hiss edirik. Bir çox sahədə bizə dəstək olurlar. Bundan sonra da hakim nöqsanları olsa, mövqeyimizi, etirazımızı bildirəcəyik. "Zirə" ilə matçda normal hakimlik oldu. Yaxşı şeyləri o qədər az dilə gətiririk ki, insanlar mövqe seçir. Əvvəl Hakimlər Komitəsinə təyinatla bağlı fikir bildirmişdim. Bu gün də deyirəm, çox gözəl təyinatdır. Keçən illə bu ili müqayisə etmək lazımdır. Çox dəyişikliklər olub. Hakimlər Komitəsi açıq-aydın fikrini deyir. Bəzən demirlər, onları da anlayışla qarşılayırıq. Biz sual veririk. Hər şey cavablana bilməz. Onların səssiz durması belə bizə mesajdır, əmin oluruq ki, haqlı mövqedəyik. UEFA-nın təlimatları var, hakimlərin səhvləri çox şişirdilməsin. Ona görə də hər şeyə reaksiya verilməməsini anlayışla qarşılayırıq. "CBC Sport" komandası ilə bağlı mənfi fikirlərimiz yox idi, hava şəraitini biz də görürdük. Oyuna mən də gedə bilməmişdim. Onlar çox əziyyət çəkirlər. Oyun azarkeşlər üçündür. İstəyirdik ki, həm bizim, həm rəqibin azarkeşləri oyuna baxsınlar. Böyüdüləsi bir səbəb yoxdur. Hamımıza təşəkkür edirəm.

- Klub rəhbəri olaraq komandanın göstərdiyi oyun sizi nə dərəcədə qane edir?

- Bu dəqiqə bizi futboldan daha çox nəticələr düşündürür. Nəticə verməliyik, iboyu çəkilən əziyyətlərin bəhrəsini görməliyik. Zədələr, əskiklərimiz oldu. Yavaş-yavaş toparlanırıq. Ümid edirəm ki, qış transferlərimiz də var komandaya uyğunlaşandan sonra daha yaxşı olacağıq. Az qaynağımızı əlverişli istifadə etdik. Gün keçdikcə komanda yaxşı olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://sport24.az
archiveBu xəbər 05 Mart 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see770

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see513

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see302

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see290

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see278

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see272

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see255

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see245

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see230

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see229

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see228

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see223

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see222

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see221

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see214

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see205

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see193

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see180

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see179

Afrika futbolunda tarix yazıldı: Nigeriya ilk dəfə dünya çempionu oldu

08 Noyabr 2026 05:15see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri