Ehtiyata keçirilən şəxslərin tibbi müayinə üçün yaş həddi azaldılır
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ehtiyata keçirilən şəxslərin hərbi komissarlıqlarda tibbi müayinəyə cəlb edilməsinin yaş həddi azaldılır.
Modern.az xəbər verir ki, məsələ “Hərbi vəzifə və hərbi xidmət haqqında” Əsasnaməyə dəyişiklikdə öz əksini tapıb.
Hazırda ehtiyata keçirilən şəxslər vaxtaşırı rayon (şəhər) hərbi komissarlıqlarında yaradılan tibbi müayinə komissiyalarında tibbi müayinəyə cəlb edilirlər. Bu halda hərbi və ya alternativ xidmət keçmədən xəstəliyinə görə ehtiyata keçirilmiş hərbi vəzifəlilər 35 yaşına çatanadək hərbi xidmət keçməyə yararlı sayıldıqda çağırışçıların uçotuna qaytarılır (Azərbaycan Respublikasının müvafiq qanunları ilə nəzərdə tutulmuş hallar istisna olmaqla) və onlar ümumi qayda üzrə müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Dəyişikliyə əsasən 35 yaş həddi 30-a endirilir.
Baxış sayı:62
Bu xəbər 13 Dekabr 2024 15:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















