Icma.az
close
up
RU
Əkiz uşaqlarda bu risklər daha yüksəkdir Pediatr səbəbləri açıqladı

Əkiz uşaqlarda bu risklər daha yüksəkdir Pediatr səbəbləri açıqladı

Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son illər müasir tibbin inkişafı nəticəsində əkiz hamiləliklər əvvəlki illərlə müqayisədə daha çox qeydə alınır.

Bununla yanaşı, əkiz hamiləlik həm hamiləlik dövründə, həm də doğuşdan sonrakı mərhələdə xüsusi tibbi nəzarət tələb edən hallardan hesab olunur.

Bu səbəbdən cəmiyyətdə əkiz uşaqların sağlamlığı ilə bağlı müxtəlif suallar yaranır.

Xüsusilə, onların tək doğulan uşaqlarla müqayisədə xəstəliklərə daha meyilli olub-olmaması valideynləri maraqlandıran məsələlərdən biridir.

Mövzu ilə bağlı danışan pediatr Qoşqar İsmayılov bildirib ki, əkiz hamiləlikdə müşahidə olunan bəzi risk faktorları uşaqların sağlamlığına da təsir göstərə bilər:

"Əkiz uşaqlarda bəzi sağlamlıq problemlərinin yaranma riski tək doğulan uşaqlarla müqayisədə daha yüksək ola bilər. Bunun əsas səbəbi əkiz hamiləliyin özünəməxsus xüsusiyyətləri və risk faktorlarıdır. Bu risk faktorlarına vaxtından əvvəl doğulma (37-ci həftədən əvvəl), aşağı doğum çəkisi ilə doğulma (2500 qramdan az) və gestasiya yaşına uyğun olmayan çəki daxildir. Bu amillər uşaqlarda müxtəlif sağlamlıq problemlərinin yaranmasına səbəb ola bilər. İntrauterin inkişaf geriliyi də əkiz uşaqlarda sağlamlıq çətinliklərinə gətirib çıxara bilər. Xüsusilə uşağın doğum çəkisi 2 kiloqram yarımdan aşağı olduqda, onlarda nevroloji problemlərin, sarılığın, hipoqlikemiyanın (qanda şəkərin aşağı olması) və digər fəsadların yaranma riski tək doğulan uşaqlarla müqayisədə daha yüksək olur".

Pediatrın sözlərinə görə, bu risklər bütün əkiz uşaqlarda eyni dərəcədə müşahidə olunmur və hamiləliyin gedişindən asılı olaraq dəyişə bilər:

"Risk mövcuddur, lakin mütləq demək olmaz ki, uşaq əkiz doğulubsa, onda mütləq ciddi sağlamlıq problemləri olacaq. Sadəcə, bu hallarda müəyyən risklər daha yüksək olur. Xüsusilə anadangəlmə ürək qüsurlarının rastgəlmə ehtimalı artır. Eyni zamanda, əkiz hamiləliyə xas problemlərdən biri də əkizdən-əkizə transfuziya sindromudur. Bu hal əsasən eyni plasentanı paylaşan əkizlərdə müşahidə olunur. Belə vəziyyətlərdə əkizlərdən birində inkişaf geriliyi ola bilər. Məsələn, biri normal çəkidə doğulduğu halda, digəri xeyli aşağı çəkidə dünyaya gələ bilər".

Fəridə Əsədzadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 20 İyul 2026 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see794

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see546

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see328

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see306

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see300

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see300

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see285

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see273

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see271

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see262

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see256

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see249

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see244

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see239

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see214

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see214

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see202

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see197

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see194

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri