Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

İsrail bu aviabazadan personalı təxliyə edir

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Sumqayıt ın Antalya toplanışı

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

Ekoloji faciə, siyasi cinayət... Tehran hakimiyyətinin qəsdən Urmu dəryasını qurutduğuna illər boyunca şahid olduq

Ekoloji faciə, siyasi cinayət... Tehran hakimiyyətinin qəsdən Urmu dəryasını qurutduğuna illər boyunca şahid olduq

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

BMT-nin İrandakı İnsan Haqları üzrə Xüsusi Məruzəçisi xanım May Sato Azərbaycan İnsan Haqları Cəmiyyətinin ev sahibliyi etdiyi konfransda Urmu gölünün qurumasının sosial və insani nəticələrinə toxunaraq gölün hazırkı vəziyyətini İrandakı ekoloji ədalətsizliyin bariz nümunəsi kimi qiymətləndirib. “Urmu gölünün kritik vəziyyəti səmərəsiz idarəçiliyin və ətraf mühitin idarə olunmasında şəffaflığın olmamasının nəticəsidir. Azərbaycan cəmiyyəti hazırda Urmu gölünün qurumasının geniş təsirləri ilə üz-üzədir və bu prosesin davam etdirilməsi düzəlməz zərərlərə səbəb ola bilər” - May Sato bildirib.

Güneyli siyasi şərhçi Mehsa Mehdili Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, o, Urmiya gölünə 15 dəqiqəlik məsafədə yaşayıb.

Mehsa Mehdili

“Urmiya gölünə yerli əhali "dərya" deyir. Ora bizim dəryamız idi. Tehran hakimiyyətinin qəsdən Urmu dəryasını qurutduğuna illər boyunca şahid olduq.

Dəryanın içində kiçik adalar var idi. Adaların çoxu bəziləri dağ şəklindəydi, Zənbil dağı kimi… Çoxunu partladıb, dəryanın dibinə yatırdılar. Burada suyun təbii hərəkəti vardı. Adaların dəryanın dibinə yatırılması bu axına mane oldu.

Dəryanı qidalandıran bir çox çayın üstünə barajlar qurdular və bir çox suları çəkən quyulara izin verdilər. Bunu bilərəkdən etdilər.

Cənubi azərbaycanlıların istər təbiət fəalları, istər milli fəalları dəfələrcə uyarı sadəcə fəallar deyil, mütəxəssislər xəbərdarlıq edirdi ki, "belə davam etsəniz Urmu dəryası quruyacaq". Bu barədə hələ 25 il əvvəl də xəbərdarlıq edilirdi. Bütün xəbərdarlıqlara rəğmən geri addım atılmırdı.

Düşünün, bir dövlət təbiətə meydan oxuyur və fars bölgələrinin çöllərinə belə xortumlarla su çəkir. Urmiya dəryasını qurutmaq üçün bütün imkanlarını səfərbər elədi. Ona görə deyirəm ki, bu, qəsdən atılmış bir addım idi.

Digər məsələ Urmu gölünün qurudulması məsələsi ilə bağlı bəlkə də mindən çox insan həbs edilib. 15 ildən çoxdur ki, Urmu gölünün qurudulması ilə bağlı etiraz aksiyaları keçirilirdi. Uşaqlı-böyüklü hər kəs bu aksiyalara qatılırdı. Qulaq asmaq və problemi həll etmək əvəzinə, “bizim dəryamızı qurutmayın” deyənlərin hamısını mühakim edib, işdən uzaqlaşdırıb ağır cəzalara məhkum edirdilər. Şallaq cəzası, 2-3 il həbs cəzası alanlar var. Onlar nə edirdilər?Daş belə atmayıblar. Sadəcə dəryanın kənraın toplanıb deyirdilər ki, “dəryamızı qurutmayın, dəryamız bizim gələcəyimizdir”… Bu şüarlara isə zorbalıqla cavab verirdilər. Xalqı güllə ilə, zindanla, işdən atmaqla, sosial həyatını əngəlləməklə cavab verirdilər. Bütün bunlara baxanda deyirik ki, onlar Urmu dəryasını qurutmaqda qərarlı idilər.

Urmu dəryası Türkiyə ilə Cənubi Azərbaycanı birləşdirən torpaq üzərindədir. Orada bəzi terror qruplarının tarix boyunca və indi də, 100 il bundan əvvəl də torpaq iddiaları olub.

Ora üçün fərqli xəritələr də çəkilib. Orada demoqrafik sturukturu da Tehran hakimiyyəti güney azərbaycanlılarının, türklərin əleyhinə dəyişdirmək istəyib. Bu proses qəsdən həyata keçirilib”-deyən siyasi şərhçi qeyd edib ki, bu hadisə ciddi mənada bir insanlıq cinayətidir, çünki xalqı susduraraq və aldadaraq qurutmağa davam etdilər.

“İnanın, mən bu barədə danışanda içim yanır. Mən bir gün torpağıma gedə bilsəm,  mənim dəryam yerində olmayacaq. Böyük bir dərya yerində deyil. Bu, ekoloji faciə ilə yanaşı, öncə ictimai-psixoloji olaraq həqiqətən bir millətin psixologiyasına açılan bir savaşdır. Mənim uşaqlığım orada keçib. Urmiya kiçik bir dərya deyildi, üzərində gəmilər üzürdü. Bu başdan o başa gəmi ilə gedilirdi. Kiçik bir yer deyildi.

Mütəxəssislərin fikrincə, dəryanın qurudulması ekoloji balansı pozacaq. Milyardlarla ton duz qalacaq və bu duzlar bizim tarlalarımıza, əkin yerlərimizə yayılacaq. Orada olan ekosistem pozulduqdan sonra əkinçilik və heyvandarlıq bitəcək. Mən 14 il əvvəl oradan çıxmışam Bizim orada torpaqlarımız vardı. O zamanlar dəryanın yarısı çəkilmişdi. 20 il öncə deyirdilər ki, yerləri su basıb. O qədər yağıntı olardı ki, dərya daşardı. Urmu gölü bütün bəşəriyyətin mirası idi. Orada olan bitkilər və heyvanların həyatları hədəfə alındı”-deyə Mehsa Mehdili bildirib.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 10 Oktyabr 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see274

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see253

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see251

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see249

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see216

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see206

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see184

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see180

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see174

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see170

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see169

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see169

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see158

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see155

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see142

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see141

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see139

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see138

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri