“Tehran hakimiyyətinin vəziyyəti günü gündən ağırlaşır” SİYASİ ŞƏRHÇİ
Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“İsrail və İran arasında indiki şəaitdə müharibə partiyası mümkün deyil. Vəziyyəti gərginləşdirmək üçün İsrail və ABŞ İranla bağlı müxtəlif bəyanatlar verir, İrana təzyiq göstərir və diplomatik danışıqlara əl uzadırlar. Bunun məqsədi İran daxilində ciddi qarşıdurmaların yaranmasına nail olmaqdır”.
Bu fikirləri Gununsesi.info-ya açıqlamasında Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildirib:
“Bu nəyi hədəfləyir? Birincisi, İran iqtisadiyyatının çökdürülməsi. İkincisi, İranda sosial vəziyyətin ağırlaşması. Üçüncüsü, hakimiyyət daxilində münasibətlərin gərginləşməsi.
İranın əsas güc strukturu, əsas dayağı olan İran İnqilab Keşikçiləri Qvardiyası daxilində qarşıdurmalar yaranır və İran bütövlükdə sərmayə, turizm və digər sahələr üçün riskli və təhlükəli ölkə hesab olunur. Bu isə İranın onsuz da yaxşı olmayan vəziyyətini daha da ağırlaşdırır.
İranda ənənəvi olaraq istefalar mümkündür və günah keçisi axtarışı davam edir. Məsələn, bir müddət əvvəl İran günah keçisi rolunda keçmiş Prezident Həsən Ruhani, Məhəmməd Xatəmi, hətta Prezident Məsud Pezeşkianın bir müddət müşavir müavini olmuş Məhəmməd Cavad Zərifini belə təqdim etməyə çalışdı. Amma bu günah keçilərin heç biri Tehran hakimiyyətini mövcud vəziyyətdən xilas edə bilməz”.
Sədrəddin Soldan qeyd edib ki, Tehran hakimiyyətini indiki vəziyyətdən xilas edə biləcək yeganə amil Qərbin irəli sürdüyü şərtləri qəbul etməsidir:
“Bu şərtlər isə bunlardır: ABŞ ilə birbaşa danışıqlara getmək, nüvə proqramını sıfırlamaq və zənginləşdirilmiş uranın yeri barədə məlumat vermək.
Bu şərtlər təmin olunmadığı halda, daxildə və İrana qarşı siyasi, diplomatik və iqtisadi təzyiqlər, sanksiyalar artacaq.
Düzdür, İranın ali rəhbəri Ayətullah Seyyid Əli Xamenei də danışıqlar üçün öz şərtlərini irəli sürüb. Onların arasında ABŞ-ın regiondan ordularını çıxarması, İsraili dəstəkləməkdən əl çəkməsi və region dövlətlərinin daxili işlərinə müdaxilə etməməsi kimi məsələlər yer alır.
Xamenei bəyan edir ki, bu şərtlər təmin olunduqdan sonra ABŞ ilə danışıqlar məsələsinə baxa bilərlər. Bütün hallarda, Tehran hakimiyyətinin vəziyyəti günü-gündən ağırlaşır. Məsələn, yaxınlarda İranın keçmiş daxili işlər naziri yazıb ki, mövcud hakimiyyət Xamenei İranı və İran cəmiyyətini dalana aparır. Bu dalandan çıxmaq isə ölkə üçün yeni faciələrə və problemlərə səbəb ola bilər.
Hakimiyyət onsuz da batır və bununla yanaşı, İran cəmiyyəti də çox ağır, çıxılmaz vəziyyətlərlə üzləşə bilər. Bütün hakimiyyət daxilindəki qavğalar və qarşıdurmalar buna hesablanıb.
Hətta Məsud Pezeşkianın islahat şüarları, hökumətin vəziyyətdən çıxış üçün hazırladığı proqramlar və s. İranın mövcud vəziyyətindən çıxış yolu deyil, İranın vəziyyətdən çıxmasının yeganə yolu ana yasanın, konstitusiyanın dəyişdirilməsi, Ayətullah Seyid Əli Xameneinin səlahiyyətlərinin məhdudlaşdırılması, ölkədə demokratik təsisatların formalaşması, mürtəcil qanunlardan imtina və cəmiyyətdə açıq müzakirələrin aparılmasıdır“.
Şəbnəm
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 21 Noyabr 2025 14:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















