Ekoloq: Çaylardakı yüksəlmə iqlim və mövsümi dəyişikliklərin nəticəsidir
Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.
Çaylarda müşahidə olunan faktiki vəziyyət açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, avtomat hidroloji stansiyaların mayın 29-u saat 9:00-a olan məlumatına əsasən Böyük Qafqaz ərazisindən axan Qarasuçayda 6 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Tərtərçay, Oxçuçayda 4 sm, Quruçayda 2 sm, Kür çayının aşağı axınında Kür-Zərdabda 8 sm, Kür-Surrada isə 6 sm artım qeydə alınıb.
Transsərhəd çay olan Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi ötən sutka ilə müqayisədə 14 sm artıb, su sərfi 475 m3/san olmaqla normanın 68%-ni təşkil edir.
Mövzu ilə bağlı fikirlərini bölüşən ekoloq Qorxmaz İbrahimli "Sherg.az"a bildirib ki, hesab edirəm ki, Kür çayında 14 sm yüksəlmə ciddi bir rəqəm deyil:

“Düşünürəm ki, bu səviyyə kritik həddə heç yaxınlaşmayıb. Hazırda çaylarda gursululuq dövrüdür və bu da tamamilə normal hal kimi qiymətləndirilməlidir. Bir azdan bu artımların hamısı azalacaq və sabitləşəcək. Çaydakı suyun səviyyəsinin artmasının əsas səbəbi son günlərdə bölgədə yağıntıların çoxalması ilə bağlıdır. Əslində, yaz-yay aylarının əvvəlində belə dalğalanmalar təbii su rejiminin bir hissəsidir. Çay hövzəsindəki qarların əriməsi və dağlıq ərazilərdə yağan intensiv yağışlar çayların səviyyəsinə qısamüddətli təsir göstərir. Bu kimi artımlar sel və daşqın riski yaratmırsa, təhlükəli hesab edilmir. Bu mərhələdə suyun səviyyəsindəki artım narahatedici deyil. Müşahidə olunan artım həm iqlim, həm də mövsümi dəyişikliklərin nəticəsidir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 29 May 2025 16:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















