Icma.az
close
up
RU
Ekoloq: İqlim dəyişikliklərinin əsas səbəbkarı, şübhəsiz ki, insandır

Ekoloq: İqlim dəyişikliklərinin əsas səbəbkarı, şübhəsiz ki, insandır

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Ötən il Azərbaycanın COP29-a ev sahibliyi etməsi çox mühüm addım idi. 

Teleqraf xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Bakı Dövlət Universiteti (BDU), “EkoSfera” Ekoloji-Sosial Mərkəz İctimai Birliyi və “Sea Breeze” istirahət mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən I Gənclərin lokal konfransında (LCOY2025 Azərbaycan) deyib.

O bildirib ki, COP30-a gedən müddət ərzində gənclərin fikirləri, ideyaları nəzərə alınmalıdır.

"Bu fürsətdən istifadə edilməlidir. İqlim dəyişmələri hazırda dünya üçün ciddi bir təhdiddir, çağırışdır. Amma eyni zamanda gənclər üçün də böyük bir fürsətdir", - o əlavə edib.

BDU-nun rektoru Elçin Babayev isə bildirib ki, Azərbaycanın dövlət siyasəti iqlim dəyişmələri ilə mübarizə və “yaşıl inkişaf” prinsiplərinin tətbiqi üzərində qurulub.

"Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bərpa olunan enerji mənbələrinin inkişafını prioritet elan edib. Qarabağ və Şərqi Zəngəzur bölgələri “yaşıl enerji zonası” kimi müəyyənləşdirilib. Bu siyasət Azərbaycanın COP29-a ev sahibliyi etməsi ilə beynəlxalq miqyasda daha da güclənib. İqlim dəyişikliyi bu gün bəşəriyyətin üzləşdiyi ən böyük qlobal təhlükələrdən biridir. 

Bu böhranın qarşısında ən böyük güc isə gənclərin enerjisi, onların təşəbbüskarlığı və innovativ düşüncə tərzidir".

BMT-nin İqlim üzrə lideri Nigar Arpadarai qeyd edib ki, iqlim dəyişikliyinin təsirləri bəzi ölkələrdə daha çox hiss olunur.

"İqlim dəyişikliyi ilə mübarizə tək dövlətlərin, özəl sektorun işi deyil. Bu, hər kəsin işidir".

Ekoloq Qorxmaz İbrahimli “Sherg.az”a bildirdi ki, son 20–30 ildə iqlim dəyişiklikləri ilə bağlı dünyada ciddi həyəcan və narahatlıqlar müşahidə olunmaqdadır:


“Bu, yalnız narahatlıqla məhdudlaşmır, eyni zamanda, nəticələri də aydın şəkildə görünməkdədir. Azərbaycanın özündə də iqlim dəyişiklikləri açıq şəkildə müşahidə olunur: havaların dəyişməsi, qış mövsümünün qısalması, qışda yağıntıların azalması, dağlıq və dağətəyi rayonlarda qarın az yağması, buzlaqların sahəsinin sürətlə kiçilməsi və bu prosesin təhlükəli vəziyyətə çevrilməsi danılmaz faktdır. Bu reallığı görməmək və etiraf etməmək düzgün olmaz. İqlim dəyişiklikləri Azərbaycanda ilk növbədə Xəzər dənizinin səviyyəsinin aşağı düşməsində özünü göstərir. Havaların istiləşməsi təbii hal sayılsa da, əsas problem yağıntıların azalması, buxarlanmanın çoxalması və səhralaşma proseslərinin artmasıdır. Bütün bunlar iqlim dəyişikliklərinin əlamətləridir. Dağ çaylarının sularında da nəzərəçarpacaq azalma müşahidə olunur. Məsələn, Kür çayı transsərhəd çay olmasına baxmayaraq, əvvəlki dövrlərdə Xəzər dənizinə böyük həcmdə su gətirirdi. Hazırda suyun azalmasının əsas səbəbi iqlim dəyişiklikləri ilə yanaşı, Türkiyə və Gürcüstan ərazilərindən keçərkən suvarmaya geniş şəkildə cəlb olunmasıdır. Nəticədə Azərbaycan ərazisinə daxil olan sular da azalmaqdadır. İqlim dəyişikliklərinin əsas səbəbkarı, şübhəsiz ki, insandır. Bu, yalnız Azərbaycan insanı ilə məhdudlaşmır, ümumilikdə, iri sənaye dövlətlərinin fəaliyyəti, təbiətin hədsiz istismarı və digər antropogen təsirlər iqlim böhranının formalaşmasında mühüm rol oynayır. Məsələn, ötən il COP29 konfransında da vurğulandığı kimi, Azərbaycan xüsusilə ada dövlətlərini dəstəkləyib. Ada dövlətləri dünya okeanının səviyyəsinin qalxması nəticəsində ciddi təhlükə ilə üz-üzədirlər, bir çoxu isə yox olmaq riski daşıyır”.


Ekoloqun sözlərinə görə belə şəraitdə maarifləndirmə xüsusi əhəmiyyət kəsb edir:

“İlk növbədə, insanların ekoloji duyarlığa malik olmaları təmin edilməlidir. Bu istiqamətdə maarifləndirmə işləri aparılmalı, cəmiyyətə ekoloji problemlər barədə bilgilər verilməlidir. İnsanlar nə qədər məlumatlı olsalar və ətraf mühitə zərər vurmaqdan çəkinərlərsə, ekosistemlərin qorunması da bir o qədər səmərəli olar. İqlim dəyişiklikləri ekosistemlərin də tədricən məhv olmasına səbəb ola bilər. Ekosistem anlayışı müəyyən ərazidə mövcud olan heyvan və bitki örtüyünü əhatə edir. İqlim dəyişikliyi nəticəsində bu sistemlərin ya tamamilə yox olması, ya da başqa formalarla əvəzlənməsi müşahidə olunur. Yağıntıların azalması da ekosistemlərə ciddi təsir göstərir. Bununla yanaşı, ekoloji problemlərin qarşısının alınması üçün müxtəlif tədbirlər vacibdir. Yaşıllıqların qorunması, meşə yanğınlarının qarşısının alınması, yeni ağacların əkilməsi mühüm əhəmiyyət kəsb edir. Məsələn, Bakı ətrafında və Şamaxı yolu boyunca ağacların vaxtında əkilməsi halında bu gün daha çox fayda görmək mümkün olardı. Hərçənd, bu işlər bir qədər gecikmiş olsa da, davam etdirilməsi zəruridir. Xüsusilə ibtidai sinif dərsliklərinə və məktəbəqədər hazırlıq proqramlarına diqqət yetirilməlidir. Uşaqlar süni deyil, onların anlayacağı sadə və məntiqli dildə hazırlanmış biliklərlə təmin olunmalıdır. İbtidai sinif şagirdləri nə qədər məlumatlı olsalar, gələcəkdə həm valideynlərə və böyüklərə təsir göstərə biləcək, həm də ekoloji duyarlığa malik vətəndaşlar kimi formalaşacaqlar”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://sherg.az
archiveBu xəbər 01 Sentyabr 2025 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri