Icma.az
close
up
RU
“EkoSfera” EkolojiSosial Mərkəzi COP29 tədbirində ekoloji proqramlarını təqdim edib FOTO

“EkoSfera” EkolojiSosial Mərkəzi COP29 tədbirində ekoloji proqramlarını təqdim edib FOTO

Icma.az, Milli.az saytına istinadən bildirir.

2024-cü il noyabrın 11-də COP29-da Yaşıl Zonada Milli QHT Forumunun pavilyonunda "EkoSfera" Ekoloji-Sosial Mərkəzi İctimai Birliyinin yan tədbiri çərçivəsində uşaq və gənclərlə bağlı ekoloji proqramların təqdimatı keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, təqdimat təhsil sahəsində çalışan, ölkənin biomüxtəlifliyinin qorunması üzrə mütəxəssislər, habelə ekoloji cəhətdən təmiz və sertifikatlaşdırılmış qida məhsulları ilə məşğul olan şəxslər üçün nəzərdə tutulub.

COP29 Təşkilat Komitəsinin üzvü, "EkoSfera"nın rəhbəri Firuzə Sultanzadə bildirib ki, proqramların məqsədi uşaq və gənclərdə ekoloji bilik və bacarıqların inkişaf etdirilməsi, ekoloji təmiz qidalanma mədəniyyətinin formalaşdırılması və ölkənin aqrobiomüxtəlifliyinin qorunması istiqamətində davamlı fəaliyyətin aparılmasıdır.

İlk olaraq, "Carbon/Plastic Free Eco Food Truck" layihəsinin təqdimatını olub. Qeyd olunub ki, layihə Azərbaycanda dayanıqlı həyat tərzini təşviq etmək və ekoloji problemləri həll etmək üçün innovativ yanaşma əsasında hazırlanıb.

"Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik" proqramının təqdimatı zamanı Firuzə Sultanzadə bildirib ki, proqram 2015-ci ildən həyata keçirilir və bu günə qədər respublika üzrə 4000-dən artıq şagirdin bu proqramda iştirakı qeydə alınıb.

"Orqanik Məktəb Bağı" Konsepsiyasının təqdimatı zamanı isə vurğulanıb ki, layihə Azərbaycanda 4 pilot məktəbdə tətbiq edilib. Bu proqram regionlarda məktəblərin həyətyanı sahələrində xüsusi orqanik bağların salınmasını, məktəblilər və onların valideynləri arasında ekoloji təmiz kənd təsərrüfatının təbliğini, ekoloji cəhətdən sağlam və təhlükəsiz qida istehsalının vacibliyi haqqında məlumatlılığı artırmağı hədəfləyir.

Təqdimatlardan sonra iştirakçıların sualları cavablandırılıb.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 11 Noyabr 2024 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see246

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see219

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see219

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see213

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see200

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see196

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see189

“O vaxtlar ikimiz də evli idik, bu, ona sərhəd deyildi” İddialar böyüyür

17 Dekabr 2025 23:18see187

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see172

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see169

Telefon qablarından istifadəni dayandırın Mütəxəssis açıqladı

18 Dekabr 2025 03:05see158

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see154

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see151

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see148

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see147

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see147

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see147

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see147

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see145

Ayça həmin mağazadan 700 min tələb edir

18 Dekabr 2025 04:01see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri