“Ekran vaxtı” uşaqların və gənclərin ürək sağlamlığına təhlükə yaradır ARAŞDIRMA
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 6 avqust, AZƏRTAC
Amerika Ürək Dərnəyinin jurnalında dərc olunan yeni tədqiqata görə, uşaqlar və gənclər arasında uzunmüddətli “ekran vaxtı” yüksək qan təzyiqi, xolesterin və insulin müqaviməti kimi kardiometabolik riskləri artıra bilər.
AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, Danimarkada 1000-dən çox iştirakçı üzərində araşdırma aparılıb. Məlum olub ki, gündəlik əyləncə məqsədli “ekran vaxtı” (TV, oyun, telefon, planşet, kompüter) nə qədər çox olsa, risk də o qədər artır. Gec və az yatmaq “ekran vaxtı”nın riskini daha da gücləndirir. “Ekran vaxtı” ilə riskin təxminən 12 faizi yuxu müddətinin azlığı ilə əlaqələndirilir. Bundan başqa, qanda “ekran vaxtı barmaq izi” kimi metabolik dəyişikliklər aşkarlanıb. Bu, ekran vərdişlərinin bioloji təsirini sübut edir.
Mütəxəssislər tövsiyə edirlər ki, “ekran vaxtı”nı, xüsusilə yatmazdan əvvəl tədricən azaltmaq lazımdır. Yuxu rejimini normallaşdırmaq və sağlam ekran vərdişləri yaratmaq önəmlidir. Həmçinin valideynlər nümunəvi davranışla uşaqları buna yönləndirməlidirlər. Çünki uzunmüddətli “ekran vaxtı” uşaqlarda və gənclərdə ürək və metabolik sağlamlıq üçün ciddi risklər yaradır. Balanslı gündəlik rejim və keyfiyyətli yuxu bu risklərin qarşısını almaqda mühüm rol oynaya bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 06 Avqust 2025 18:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















