Icma.az
close
up
RU
Ekranlar göz sağlamlığınızı təhdid edir: Rəqəmsal göz yorğunluğu sindromu nədir?

Ekranlar göz sağlamlığınızı təhdid edir: Rəqəmsal göz yorğunluğu sindromu nədir?

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

Müasir dövrdə rəqəmsal ekranlar həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin bu cihazlardan uzun müddət istifadə göz sağlamlığına ciddi təsir göstərir. 

Qaynarinfo-nun məlumatına görə, daxili xəstəliklər üzrə mütəxəssis, professor İbrahim Arif Koytak bildirib ki, kompüter, telefon və planşet ekranlarına uzun müddət baxmaq "göz yorğunluğu sindromu"nu yaradır. Bu vəziyyət görmə pozğunluğu, baş ağrısı və fokuslanma çətinliyi kimi problemlərə səbəb ola bilər.

Dr. Koytakın sözlərinə görə, yaxın məsafəyə davamlı olaraq diqqət yetirmək hər yaşda göz əzələlərini yorur:

"Göz əzələləri daima işlədiyindən bir müddət sonra yorulmağa başlayır. Normalda insan dəqiqədə 15–20 dəfə göz qırpar, amma ekranlara diqqətlə baxanda bu say 5–6-ya düşür. Bu da göz quruluğunu artırır".

O, həmçinin ekranların dəyişən işıq intensivliyinin də gözləri yüklədiyini vurğulayıb. Səhifələr arasında keçidlər və ya sürüşdürmə zamanı gözlər müxtəlif işıq səviyyələrinə məruz qalır, bu da gözün daxili əzələlərini əlavə gərginliyə salır. Gündə iki saatdan çox ekran qarşısında qalan şəxslərdə bu əlamətlər qabarıq şəkildə müşahidə olunur.

Araşdırmalara əsasən, işləyən əhalinin 70–80 faizində bu sindrom qeydə alınır. İnsanlar gündə orta hesabla 6–8 saat ekran qarşısında vaxt keçirirlər. Sindrom qalıcı ziyan verməsə də, iş məhsuldarlığının azalmasına və performans itkisinə gətirib çıxara bilər. Müalicə olunmadıqda isə uzunmüddətli mənfi təsirlərə səbəb ola bilər.

Mütəxəssislər rəqəmsal göz yorğunluğunun qarşısını almaq üçün məsləhət görür:

* ekran qarşısında fasiləsiz qalma müddətini məhdudlaşdırmağı,

* mütəmadi göz istirahəti və sadə göz məşqləri etməyi,

* işıqlandırmanı düzgün tənzimləməyi,

* göz sağlamlığını dəstəkləyən gündəlik vərdişlər qazanmağı tövsiyə edirlər.

Belə qaydalara əməl etməklə uzun müddətdə sağlam görmə qabiliyyətini qorumaq mümkündür.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 31 Avqust 2025 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri