Eksklav anklavlar həll edilməli olan məsələdir Paşinyan
Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Eksklav-anklavlar həll edilməli olan məsələdir. Qarşılıqlı münasibətlərdə belə ərazilər, xüsusən Tavuş bölgəsində, eləcə də digər bölgələrdə mövcuddur".
"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasından sonra jurnalistlərlə keçirdiyi brifinqdə deyib.
Baş nazir buna misal kimi Başkəndi (Gədəbəy) misal çəkib: "Hətta mən və Ermənistan hökuməti, eləcə də Ermənistanın heç bir hökuməti eksklav-anklavlar məsələsindən imtina edə bilmərik, çünki bizdə Artsvaşen var.
Onların suveren ərazilər olduğunu vurğulamağınıza gəlincə, bütün ərazilər suverendir və 1991-ci il Almatı Bəyannaməsində qeyd olunur ki, Sovet Ermənistanı bütün inzibati ərazisi və sərhədləri ilə müstəqil Ermənistana, Sovet Azərbaycanı isə inzibati sərhədləri ilə müstəqil Azərbaycana çevrilir.
Yəni ilk dəfə 2022-ci il oktyabrın 6-da Praqada qeydə alınan müqavilə belədir və biz onun institusionallaşması yolundayıq və bu yolda davam edəcəyik".
Ağarza Elçinoğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 28 Avqust 2025 13:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















