Icma.az
close
up
RU
Zəngəzurun ilhaqı: Naxçıvanın eksklav əraziyə çevrilməsi

Zəngəzurun ilhaqı: Naxçıvanın eksklav əraziyə çevrilməsi

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

1920-ci ilin aprelində Sovet ordusu tərəfindən Azərbaycan Cümhuriyyətinin varlığına son qoyulması Azərbaycanın Qarabağ, Zəngəzur və Naxçıvan bölgələrində yeni şərait yaratdı. Bu şərait Azərbaycanın ərazilərinin ermənilər tərəfindən işğalı təhlükəsi yaratmışdı. Azərbaycan İK 1920-ci il aprelin 29-da Qarabağ və Zəngəzurda yaranmış vəziyyəti müzakirə edərək Ermənistan hökumətindən dərhal öz qoşunlarını Qarabağdan və Zəngəzurdan çıxarmağı, öz sərhədlərinə çəkilməyi və millətlərarası qırğına son qoymağı tələb etdi. Ermənistanın daşnak hökuməti bu tələbləri yerinə yetirməkdən imtina edərək Qarabağ və Zəngəzur ərazilərinin Ermənistan ərazisi olduğunu iddia etmişdi. Azərbaycan Sovet hökuməti Qarabağda və Zəngəzurda hüquqlarını təyin etmək üçün müəyyən addımlar atmış, 1920-ci il mayın 12-də bu rayonlarda fövqəladə komissar vəzifəsi təsis edilmişdi. Lakin faktik olaraq Azərbaycan Zəngəzurun qərb hissəsinə nəzarəti tam itirmişdi. Qərbi Zəngəzurda Ermənistan ordusunun sayı beş mindən artıq nizami dəstələri var idi. Həmin ərəfədə Ermənistan ordusu Noraşen, Şahtaxtı kimi strateji məntəqələr də daxil olmaqla Şərur-Dərələyəz qəzasının böyük hissəsini işğal etmiş, müsəlman əhalini öz yerlərindən qovub çıxarmışdılar. Azərbaycanı işğal etmiş XI Qızıl ordu hissələri də ilk vaxtlarda bu rayonları nəzarətə ala bilməmişdilər.

Lenin hökuməti Azərbaycanı ələ keçirdikdən, Bakı neftinə sahib olduqdan sonra Cənubi Qafqazda aktiv hərbi əməliyyatlara ara verib daxili problemlərini həll etmək fikrində idi. Ona görə də bolşeviklər ilk vaxtlar Ermənistan və Gürcüstanla hələlik siyasi-diplomatik münasibətləri saxlamağı üstün tuturdular. Moskva sovet Azərbaycanının ərazi bütövlüyü məsələsində qəti mövqe tutmayaraq, digər Qafqaz respublikaları ilə qarşılıqlı münasibətlərdə manevr üçün onların iddia etdikləri Azərbaycan bölgələrini mübahisəli elan etmişdilər ki, bu bölgələr arasında Zəngəzur qəzası da var idi. Sovet Rusiyasında bu xəttin əsas tərəfdarı Xalq Xarici İşlər komissarı G.Çiçerin idi. Çiçerinin Cənubi Qafqazla bağlı mövqeyi sırf antitürk, ermənifil səciyyə daşıyrıdı və o, öz yazışmalarında bunu heç gizlətmirdi. O, Azərbaycanın Qarabağ və Zəngəzura dair iddialarını qəbul etmir və yazırdı ki, biz Ermənistanla işlərimizi səhmana salmalıyıq və Türkiyə bizə qarşı çevrildiyi təqdirdə, hətta, daşnak Ermənistanı belə, türk hücumuna qarşı bizim ön istehkamımız olacaq. N.Nərimanov başda olmaqla Azərbaycan sovet hökuməti ilk günlərdən Zəngəzurun və Azərbaycanın digər ərazilərinin mübahisəli ərazilər kimi tanınmasının Qafqazda inqilab işinə ziyan vuracağını, Zəngəzurun Azərbaycanla daha sıx iqtisadi əlaqələrə malik olması faktından çıxış edir, Zəngəzurun Ermənistana veriləcəyi təqdirdə Azərbaycanın çətin vəziyyətə düşəcəyini uyarırdılar. N.Nərimanov V.Leninə məktublarında Çiçerini Azərbaycana qarşı siyasət aparmaqda ittiham edirdi. İlk vaxtlar Azərbaycan rəhbərliyi Çiçerinin bu mövqeyinə qarşı etiraz etməkdə özündə cəsarət tapırdı. Lakin proseslərin sonrakı gedişi Azərbaycan bolşeviklərinin Zəngəzur, Qarabağ və Naxçıvanla bağlı bu prinsipial mövqeyindən tədricən uzaqlaşdıqlarını göstərdi.

1920-ci ilin yayında beynəlxalq və regional geosiyasətdə ciddi dəyişikliklər baş verməyə başladı. Antantanın avqustun 10-da Osmanlı imperiyası ilə bağladığı Sevr müqaviləsi, qərb dairələrinin Ermənistanı öz himayəsinə almaq cəhdləri, türk qoşunlarının daşnaklarla müharibədə qazandığı uğurlar Sovet Rusiyasını ciddi narahat edirdi. Bolşeviklər üçün Ermənistanın bu müharibədə məğlubiyyəti Türkiyənin Azərbaycanla birləşməsi artıq an məsələsi idi. Bunu nəzərə alan Sovet Rusiyası Ermənistanı öz tərəfinə çəkmək məqsədilə 1920-ci il avqustun 10-da daşnak hökuməti ilə tələsik saziş bağladı. Müqaviləyə görə Sovet Rusiyası Ermənistanın müstəqilliyini tanıyır, tərəflər arasında hərbi əməliyyatlar dayandırılır, sazişlə müəyyən olunmuş Ermənistan qoşunlarının yerləşdiyi zolaqlar istisna olmaqla, mübahisəli ərazilər sayılan Qarabağ, Zəngəzur və Naxçıvan Sovet Rusiyası qoşunları tərəfindən tutulurdu. Həmin müqaviləyə əsasən Qarabağ, Zəngəzur və Naxçıvan Ermənistanla Azərbaycan arasında mübahisəli ərazilər elan edilir, hər iki respublika arasında müqavilə bağlanana qədər bu ərazilər XI Qırmızı ordu hissələrinin nəzarəti altında qalırdı. Bu saziş Azərbaycanın iştirakı olmadan onun ərazilərinin güzəştə gedilməsi istiqamətində bolşeviklərin ilk addımlarından biri oldu.

1920-ci il oktyabrın əvvəllərində Njdenin başçılığı ilə Zəngəzurun qərbində Sovet hakimiyyətinə qarşı qiyam baş verdi. 1920-ci il noyabrın 11-də qiyamçılarla sovet qoşunlar arasında baş vermiş döyüşdən sonra Qərbi Zəngəzur tamamilə Njdenin qoşunlarının nəzarəti altına keçdi.

10 avqust sazişi Ermənistan Respublikasının türklər qoşunlarının qarşısını almaqda heç bir faydası olmadı. Türk qoşunlarının uğurları qarşısında Ermənistanın labüd məğlubiyyətinin qarşısını almaq üçün Sovet Rusiyası yeganə yolun Ermənistanın sovetləşdirilməsində gördülər. Yalnız bu yolla İ.Stalinin obrazlı sözü ilə, “Azərbaycanla Türkiyə arasına pərçim olmaq” mümkün idi. Türklərin hərbi uğurları hətta Zəngəzur məsələsində Azərbaycanin mövqeyini müdafiə edən G.Orconikidzenin öz mövqeyindən çəkilməsinə səbəb oldu. O türk qoşunlarının Bakını tuta biləcəyindən narahat olaraq bunun qarşısının alınmasına yeganə amilin Zəngəzurun Ermənistana verilməsində görürdü. Noyabrın 22-də Ermənistan KP MK üzvləri və N.Nəri­man­ovun iştirakı ilə keçirilmiş müşavirədə Q.Orconikidze dərhal Azərbaycanla Türkiyənin arasına girməyin zəruri olduğunu bildirdi. Onun bu mövqeyini İ.Stalin və V.Lenin müdafiə etmiş və beləliklə, Zəngəzurun taleyi həll olunmuş və onun Türkiyə ilə Azərbaycan arasında bir zolaq olması üçün Ermənistana verilməsi haqqında prinsipial razılığa gəlinmişdi. Beləliklə türk qoşunlarının Azərbaycana doğru irəliləməsi və Bakıya yaxınlaşmaq təhlükəsi (əlbəttə, Naxçıvandan və Zəngəzurdan keçməklə) bolşevik liderlər arasında Zəngəzurun mənsubluğu məsələsində fikir ayrılıqlarına son qoydu və Zəngəzurun Azərbaycandan qoparılması fikri üstünlük qazanaraq reallığa çevrildi.

1920-ci il noyabrın 29-da Ermənistanda sovet rejimi bərqərar olduqdan sonra ərazi məsələləri ilə bağlı bolşeviklərin Sovet Azərbaycanı rəhbərliyinə təzyiqləri daha da gücləndi. AK(b)P MK-nin siyasi və təşkilat bürolarının noyabrın 30-da keçirilmiş birgə iclasında Zəngəzurun Ermənistana keçməsi haqqında qərar qəbul olundu. Qəbul edilmiş qərarlarla bağlı bəyanatın səsləndirilməsi N.Nərimanova həvalə olundu. Dekabrın 1-də N.Nərimanov Bakı Sovetinin təntənəli iclasında çıxış edərək 30 noyabrda qəbul edilmiş qərarları rəsmən elan etdi. Bununla da Zəngəzurun Azərbaycandan qoparılması de-fakto baş verdi. Lakin nə AK(b)P MK-nin Zəngəzur məsələsi ilə bağlı qəbul etdiyi qərar, nə N.Nərimanovun səsləndirdiyi bəyanat rəsmi dövlət strukturlarının qərarları deyildi və deməli, legitim sayıla bilməz. Nə qədər təəccüblü olsa da, indiyə qədər Azərbaycan SSR tərəfindən Zəngəzurun Ermənistana verilməsi haqqında heç bir rəsmi sənəd yoxdur.

Dekabrın 2-də Sovet Rusiyası ilə Sovet Ermənistanı arasında bağlanmış razılaşmanın 3-cü bəndinə əsasən Rusiya Sovet Hökuməti İrəvan quberniyasını, Qars vilayətinin bir hissəsini, Zəngəzur qəzasını, Qazax qəzasının bir hissəsini, və Tiflis quberniyasının 1920-ci il oktyabrın 23-dək Ermənistanın ixtiyarında olan hissələrini şəksiz olaraq Ermənistan SSR ərazisinə daxil olduğunu tanıyırdı. Bununla da Azərbaycan əzəli torpaqları olan ərazilərini o cümlədən Zəngəzuru özünün iştirakı olmadan, iki başqa dövlət arasında bağlanmış müqavilə ilə rəsmən itirirdi. Maraqlıdır ki, Zəngəzurun Ermənistana verilməsi ilə bağlı bütün sənədlərdə söhbət bütün Zəngəzur qəzasının ərazisindən getsə də, faktik olaraq yalnız qəzanın qərb mahalları Ermənistana verildi.

Sovet hökumətinin əli ilə Zəngəzuru ələ keçirdikdən sonra Ermənistan Naxçıvanı da işğal etməyə cəhdlər göstərsə də, yeni Türkiyənin siyasi-hərbi rəhbərliyinin və Naxçıvan əhalisinin inadlı müqaviməti sayəsində öz məqsədinə nail ola bilmədi. Lakin Zəngəzurun əldən getməsi ilə Naxçıvan ərazicə Azərbaycandan ayrı salındı və o eksklav əraziyə çevrildi.                

Kamran İsmayılov,

tarix elmləri doktoru, dosent

Yazı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Savalan” Tarixi Araşdırmalar İctimai Birliyi tərəfindən həyata keçirilən “Zəngəzur dəhlizi: müasirlik tarixi kontekstdə” adlı layihəsi çərçivəsində çap olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:287
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 15 İyul 2025 00:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri