Icma.az
close
up
RU
Ekspert: Bağlanan banklar heç də güclü olmayıblar, zərərlə işləyiblər

Ekspert: Bağlanan banklar heç də güclü olmayıblar, zərərlə işləyiblər

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Ötən günlərdə Azərbaycanda daha bir bankın fəaliyyətini dayandıraraq bank olmayan kredit təşkilatına (BOKT) çevrildiyi ilə bağlı xəbər vermişdik.

Bununla da ölkədə yalnız 21 bank fəaliyyət göstərəcək.

Bəs görəsən, Azərbaycanda bankların bağlanmasına səbəb nədir? Bundan sonra daha neçə bank bağlana bilər? BOKT-ların faiz göstəriciləri niyə banklara nisbətdə çox daha yüksəkdir

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc Lent.az-a açıqlamasında bildirib ki, daha iki bank fəaliyyətini dayandıra bilər:

"Azərbaycanda bank sistemi növbəti inkişaf dövrünə qədəm qoyub. Bir çox analtiklər, o cümlədən beynəlxalq reyinq təşkilatları Mərkəzi Bankın bank sektorunu tənzimlənməsindəki rolunu yüksək qiymətləndirir. Son dövrlər görülən işlər də tənzimləmə siyasətinin uğurlarından xəbər verir.

Sıradan çıxan, bağlanan banklar heç də güclü olmayıblar, onlar zərərlə işləyən, problemli portfeli ağırlıq təşkil edən banklar olub. Fikrimcə, belə bankların bağlanması, formasını dəyişməsi zəruri idi. Bankların Bank Olmayan Kredit Təşkilatına (BOKT) çevrilməsi onların bugünə qədərki göstərdikləri fəaliyyətin davam etməsi və funksiyalarının başqa formada yerinə yetirilməsidir.
 

Yaxın zamanlarda daha iki bankın bağlanacağını söyləmək olar. Bunu müəyyənləşdirmək üçün banklar sistemini nəzərdən keçirmək kifayətdir. Çünki indiyə qədər bağlanan bankların tarixçəsində borc və maliyyə problemləri qabarıq olub.
BOKT-lar bir çox hallarda bankların müştəriləridir. Onlar banklardan aldıqları kapitalın üzərində müəyyən faiz qoymaqla əhaliyə satış edirlər. BOKT-ların əsas xüsusiyyəti odur ki, onlardan kredit götürmək hüquqi baxımdan daha tez başa gəlir. Buna görə də vətəndaşlar bir çox hallarda yüksək faizə önəm vermədən, prosesin tezliyi üçün BOKT-lara müraciət edir.
 

Kommersiya bankları likvidliyin qorunması üçün öz kredit siyasətlərində müəyyən mürəkkəbləşmə prosesi aparırlar. Buna görə də yüksək faizli BOKT-lar daha çox müştəri bazarına malikdirlər.
 

Həm banklar, həm də BOKT-lar kənardan, beynəlxalq donor təşkilatlarından satış üçün kapital əldə etsinlər. Bu həm ucuz başa gəlir, həm də faizlər ümumi məbləğə böyük təsir göstərmir. Daxili bazardan pul əldə etdikdə isə yüksək faizlər kreditin satışının əlçatanlığının aşağı olmasına səbəb olur”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://lent.az
archiveBu xəbər 12 Mart 2026 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri