Ekspert: Biznesdə daha çox klassik texnologiyaların tətbiqinə ehtiyac var
Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanda təchizat zəncirinin optimallaşdırılmasının generativ süni intellektlə həlli hələ də mümkün deyil, daha çox klassik texnologiyaların tətbiqinə ehtiyac var.
525.az xəbər verir ki, bunu "PAŞA Bank" ASC-nin Data şöbəsinin direktoru İlker Kurtuluş Bakıda keçirilən "E-Commerce day of Azerbaijan 2025" tədbirində bildirib.
O, qeyd edib ki, süni intellekt mətn və nitq sahələrində müsbət nəticələr göstərsə də, strukturlaşdırılmamış sorğular üçün hələ də ən yaxşı həll klassik versiyadır: "Bu texnologiyaların düzgün şəkildə ayrılması və tam fayda təmin edilməsi vacibdir".
O, əlavə edib ki, Azərbaycanda ən yaxşı müştəri geri qayıdan müştəridir: "Müştəri geri qayıdıb problemi göstərir və daxili komandalarla əlaqənin möhkəmlənməsinə kömək edir. Müştərilərin səsinin eşidilməsi üçün texnologiyanın əhəmiyyəti böyükdür. Müştərinin geri dönməsi artıq asanlıqla izlənilir və bu məlumatlardan necə faydalanmaq lazım olduğunu anlamaq daha da asanlaşıb. "Chatbot"ların istifadə artıb, amma burada əsas məsələ onların sadəcə suallara cavab verməsi deyil, müştərinin istədiyi həlli təklif etməsi və bu işi agentlə birlikdə yerinə yetirməsidir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 09 Aprel 2025 15:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















