Icma.az
close
up
RU
Ekspert: Ekoloji fəlakətlər və iqlim dəyişikliyi artıq fors major deyil, strateji idarəetmə məsələsidir

Ekspert: Ekoloji fəlakətlər və iqlim dəyişikliyi artıq fors major deyil, strateji idarəetmə məsələsidir

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 17 noyabr, Səbinə Əlizadə, AZƏRTAC

Son onilliklərdə iqlim dəyişikliyi və ekoloji fəlakətlərin intensivləşməsi artıq yalnız ətraf mühitə təsir göstərən proses kimi deyil, dövlətlərin strateji planlaşdırma və xarici siyasətinin əsas müəyyənedici amillərindən biri kimi dəyərləndirilir. Qlobal səviyyədə müşahidə olunan quraqlıqlar, daşqınlar, ekstremal hava hadisələri və təbii fəlakətlərin artması bir çox ölkələri enerji təhlükəsizliyi, iqtisadi inkişaf, sosial müdafiə və regional əməkdaşlıq strategiyalarına yenidən baxmağa məcbur edir.

Ekspertlərin fikrincə, ekoloji fəlakətlər yalnız təbiət hadisəsi deyil, həm də siyasi qərarların və idarəetmə mexanizmlərinin yenilənməsini şərtləndirən strateji təhdiddir. Bu reallıq dövlətləri daha dayanıqlı infrastrukturun qurulmasına, yaşıl enerji keçidinin sürətləndirilməsinə və iqlim diplomatiyasının gücləndirilməsinə sövq edir.

Azərbaycan da bu prosesdə özünü qlobal iqlim gündəliyinin fəal iştirakçısı kimi təqdim edərək, həm milli səviyyədə yaşıl enerji strategiyasını inkişafına təkan verir, həm də beynəlxalq təşəbbüslərdə liderlik nümayiş etdirir.

Mövzu ilə bağlı AZƏRTAC-a açıqlamasında Ankara Yıldırım Beyazit Universitetinin Beynəlxalq İqtisadi İnteqrasiya kafedrasının əməkdaşı, iqtisadçı-ekspert Kənan Aslanlı bildirib ki, ekoloji fəlakətlər və iqlim dəyişikliyi prosesi müasir dövrdə, sadəcə, fövqəladə hallar kimi deyil, davamlı şəkildə idarə edilməli olan strateji risklər kimi qiymətləndirilir. Bu istiqamətdə aparılan tədqiqatlar və beynəlxalq hüquqi sənədlər göstərir ki, iqlim dəyişiklikləri dövlətlərin siyasi qərarlarına, iqtisadi prioritetlərinə və hüquqi çərçivələrinə birbaşa təsir edən əsas amillərdən birinə çevrilib.

Onun sözlərinə görə, dövlətlərin strateji planlaşdırması artıq iqlim risklərini nəzərə almağı zəruri edir: “Yeni reallıq hökumətləri məcbur edir ki, infrastrukturun daha dayanıqlı qurulması, təbii ehtiyatlardan istifadə prinsiplərinin dəyişdirilməsi, sığorta və maliyyələşmə mexanizmlərinin gücləndirilməsi kimi məsələləri dövlət siyasətinin tərkib hissəsi etsin”.

Ekspert bildirib ki, bu istiqamətdə qlobal səviyyədə qəbul edilən ən mühüm sənədlərdən biri 2019-cu ildə BMT-nin Fəlakət Riskinin Azaldılması üzrə Üçüncü Qlobal Konfransında qəbul olunmuş Sendai Bəyannaməsidir. Sənəd fəlakətlərin təsirinin artdığını və risklərin mürəkkəbləşdiyini etiraf etməklə yanaşı, yeni hüquqi və institusional çərçivənin yalnız kollektiv səylər nəticəsində həyata keçirilə biləcəyini vurğulayır.

Kənan Aslanlı qeyd edib ki, Azərbaycan neft-qazla zəngin ölkə olmaqla yanaşı, iqlim dəyişikliyi risklərinin yüksək olduğu coğrafiyada yerləşir. Bu səbəbdən, ölkənin beynəlxalq hüquqi sənədlərə uyğun milli uyğunlaşma strategiyasına və sektoral səviyyədə fəaliyyət mexanizmlərinə ehtiyacı var.

“Azərbaycan 2015-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına uyğun olaraq “Milli səviyyədə Müəyyən edilmiş Töhfələr” (NDC) sənədini hazırlayıb. Ölkəmiz, həmçinin iqlim dəyişikliyi ilə mübarizə xərclərinin açıqlanması və “yaşıl büdcə” mexanizmlərinin tətbiqi sahəsində təcrübəyə malikdir”, - deyə ekspert vurğulayıb.

O qeyd edib ki, yeni mərhələdə NDC sənədinin təkmilləşdirilməsi, milli uyğunlaşma strategiyasının praktiki tətbiqi, həmçinin iqlim təşəbbüslərinin maliyyələşdirilməsi ilə bağlı hüquqi çərçivənin gücləndirilməsi Azərbaycanın prioritet istiqamətləri sırasında olmalıdır.

“İqlim dəyişikliyi artıq yalnız ekoloji məsələ deyil, həm də iqtisadi, hüquqi və təhlükəsizlik kontekstində strateji idarəetmə tələb edən prosesdir. Bu səbəbdən, Azərbaycanın adaptasiya siyasəti milli və beynəlxalq səviyyədə daha sistemli şəkildə davam etdirilməlidir”, - deyən Kənan Aslanlı fikrini tamamlayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Noyabr 2025 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see277

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see200

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see189

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see153

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see153

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see142

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see140

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see139

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see134

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri