Icma.az
close
up
RU
Ekspert: İctimai nəqliyyatın inkişafı Bakının hərəkət xəritəsini dəyişəcək

Ekspert: İctimai nəqliyyatın inkişafı Bakının hərəkət xəritəsini dəyişəcək

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 30 yanvar, AZƏRTAC

Dövlət proqramında nəzərdə tutulan bütün bəndlər üzrə icra olunan layihələr paytaxtın ümumi hərəkətliliyinə mühüm töhfə verəcək, xüsusilə reysli ictimai nəqliyyat növlərinə sərnişin axınının artmasına səbəb olacaq. Bu isə hazırda mövcud olan yüklənmənin mərhələli şəkildə aradan qaldırılmasına imkan yaradacaq.

Bunu AZƏRTAC-a açıqlamasında nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev bildirib.

Onun sözlərinə görə, indiyədək paytaxtda nəqliyyat yükünün qeyri-bərabər paylanması müşahidə olunurdu.

“Bir nəqliyyat növünə həddindən artıq tələbat yaranırdı, digər alternativlər isə yetərincə cəlbedici deyildi. Bununla yanaşı, şəhərin küçə-yol şəbəkəsində mövcud olan struktur boşluqları, xüsusən Bakıda dairəvi yolların olmaması uzun illər ciddi problem kimi qalırdı. Yeni dövlət proqramı çərçivəsində bu çatışmazlıqlar sistemli şəkildə aradan qaldırılır. Layihələrə əsasən üç dairəvi avtomobil yolunun tikintisi nəzərdə tutulub ki, onlardan birinin artıq bu il istifadəyə verilməsi planlaşdırılır. Lakin ən önəmli məqam fərqli ictimai nəqliyyat növlərinin paralel və əlaqəli şəkildə inkişaf etdirilməsidir. Bura dəmir yolu nəqliyyatı, metro xətlərinin genişləndirilməsi, yüngül reysli tramvay sisteminin qurulması, avtobus parkının yenilənməsi, eləcə də, piyada infrastrukturunun təkmilləşdirilməsi daxildir. Bu tədbirlərin hər biri paytaxtın hərəkətliliyinə müsbət təsir göstərəcək”, – deyə R.Ağamirzəyev vurğulayıb.

Ekspertin sözlərinə görə, hazırda paralel şəkildə icra olunan iki mühüm dövlət proqramı xüsusilə diqqətəlayiqdir. Bir tərəfdən Bakı və şəhərətrafı ərazilərdə nəqliyyat hərəkətliliyinin təmin edilməsinə yönəlmiş proqram həyata keçirilir, digər tərəfdən isə yeraltı kommunikasiyaların – su, kanalizasiya və yağış sularının idarə olunması sistemlərinin eyni vaxtda yenidən qurulması təmin olunur: “Bu, görülən işlərin uzunmüddətli və dayanıqlı olmasına zəmin yaradır. Əvvəlki dövrlərdə yol infrastrukturu ilə yeraltı kommunikasiyalar arasında uzlaşmanın olmaması ciddi problemlər yaradırdı. Müxtəlif qurumlar tərəfindən fərqli vaxtlarda aparılan qazıntı işləri yeni salınmış yolların qısa müddətdə sıradan çıxmasına səbəb olurdu. Hazırda isə bu proseslər əlaqələndirilmiş şəkildə icra olunur. Xüsusilə yağışlı havalarda müşahidə edilən su basmalarının aradan qaldırılması nəqliyyatın iflic vəziyyətinə düşməsinin qarşısını alacaq. Yeni dövlət proqramı bu problemi də kompleks şəkildə həll edir və hesab edirəm ki, nəticələri mərhələli olaraq qısa müddətdə hiss olunacaq”.

R.Ağamirzəyev əlavə edib ki, yağış sularının effektiv idarə olunması həm fərdi, həm də ictimai nəqliyyatın fəaliyyətini xeyli asanlaşdıracaq.

“Hazırda bir transformasiya dövrü müşahidə olunur və bu dəyişikliklər şəhər sakinlərinin gündəlik həyatına birbaşa təsir göstərəcək. Nəqliyyat əlçatanlığının artması gündəlik səfər planlamasına, eyni zamanda, şəhər iqtisadiyyatına və biznes aktivliyinə müsbət təsir edəcək. Metro xətlərinin çəkilməsi, yeni dəmir yolu xətlərinin bərpası və mövcud xətlərin hərəkət intensivliyinin artırılması insanların fəaliyyət coğrafiyasını genişləndirəcək. Nəqliyyat imkanlarının artması nəticəsində insanlar şəhərin müxtəlif ərazilərində işləmək və yaşamaq imkanına malik olacaqlar. Bu baxımdan dəmir yolu layihələri xüsusi əhəmiyyət daşıyır. Xüsusilə Keşlə yük stansiyasından Böyükşor stansiyasına qədər sərnişin qatarlarının hərəkətini nəzərdə tutan layihə Abşeron dairəvi dəmir yolunun tam funksional fəaliyyətini təmin edəcək. Şimal istiqamətindən gələn sərnişinlər Xırdalan və Biləcəri istiqamətlərindən Koroğlu, Bakıxanov, gələcəkdə isə Qala, Hövsan, Binə və digər istiqamətlərə rahat şəkildə hərəkət edə biləcəklər. Bu, avtomobil yollarından asılılığı azaltmaqla yanaşı, paytaxt sakinləri üçün real və davamlı alternativ nəqliyyat modeli formalaşdıracaq”, - R.Ağamirzəyev əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Yanvar 2026 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri