Icma.az
close
up
RU
Ekspert: İntervalın azaldılması böyük bir hadisədir, amma cüzi bir addımdır

Ekspert: İntervalın azaldılması böyük bir hadisədir, amma cüzi bir addımdır

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

“Bakı Metropoliteni” QSC cari ilin may ayında fəaliyyətində mühüm yenilik edərək son 16 ildə ilk dəfə intervalın azaldılmasına nail olunub.

“Bakı Metropoliteni” QSC -dən Teleqraf-a verilən məlumata görə qatar cütlərinin sayı 30-dan 32-yə yüksəldilərək, yeni, daha sıx hərəkət cədvəli tətbiq edilib. Bu dəyişiklik nəticəsində pik saatlarda qatarlararası interval 1 dəqiqə 52 saniyəyə qədər azaldılıb.

Qeyd edək ki, metropoliten xətlərində qatar sayında sonuncu artım 2009-cu ildə olub və o vaxtdan sistem maksimal 30 cüt qatar/saat prinsipi ilə fəaliyyət göstərib. 2025-ci ildə atılan bu addım strateji əhəmiyyət daşıyan irəliləyiş hesab olunur.

Hazırda Bakı metropoliteni iş günlərində orta hesabla 740 minə yaxın sərnişinə xidmət göstərir. Qatarlar gün ərzində artan tendensiya ilə xəttə çıxarılaraq pik saatlarda 30 cütə çatdırılırdı. Artıq bu rəqəm 32-yə çatdırılıb. “Cüt qatar” anlayışı – bir saat ərzində müəyyən bir stansiyadan keçən qatar sayını bildirir və bu, infrastrukturun, xüsusən qatarların hərəkət təhlükəsizliyi sisteminin texniki imkanları ilə müəyyən olunur.

Yeni hərəkət qrafikinin hazırlanması çərçivəsində bir sıra mühüm yeniliklər həyata keçirilib. Köhnə, kağız əsaslı qrafikdən imtina edilib və onun yerinə rəqəmsal proqram təminatı istifadəyə verilib. Bu, qatarların hərəkətinin daha səmərəli təşkil olunmasına və əməliyyatların optimallaşdırılmasına imkan yaradıb.

İşarəvermə və idarəetmə sistemləri təkmilləşdirilib, stansiyalardakı giriş-çıxış və dayanma rejimləri optimallaşdırılıb. Bundan əlavə, maşinist heyətinə təlimlər keçirilib və stansiyalarda əlavə nəzarət tədbirləri görülüb.

Gündəlik səhər və axşam pik saatlarında (cəmi 3 saat ərzində) stansiyalardan əlavə 4 qatarın keçməsi sayəsində, 19 min əlavə sərnişin daşınması imkanı yaranıb. Bu, illik hesabla təxminən 5 milyon sərnişin artımına gətirib çıxara bilər.

Son 1 ay ərzində müvafiq normativ və təhlükəsizlik standartlarına riayət olunaraq keçirilən sınaqlar uğurla başa çatıb. Hazırda sərnişin sayında hələ ki, artım müşahidə olunmasa da, pik saatlarda platformalarda sıxlıq nisbətən azalıb.


Avtosfer.az saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı "Sherg.az”a bildirib ki, intervalın azaldılması sərnişin dövriyyəsini artırır və metroda sərnişin sıxlığını azaldır:


“İndiyə qədər əsas problemlərdən biridə interval idi ki, qatarların gec gəlməsi sərnişin sıxlığına səbəb olurdu. O baxımdan da düşünürəm ki, interval məsələsində qənaət müsbət bir nəticədir. Biz yaxınlarda metropolitenin rəisi Vüsal Aslanovla da görüşəndə intervala qənaət etmək, intervalı azaltmaq məsələsini də müzakirə etmişdik. Sadəcə hələ ki, daxili imkanlar hesabına müəyyən texniki dəyişikliklər edilməklə addımlar atılıb. Yeni vaqonlar alındıqdan, metrostansiyaların sayını artırdıqdan və yaşıl, qırmızı xətlərin ayrılmasından sonra intervalın daha da azalması müşahidə ediləcək. Bu, sərnişin sıxlığının qarşısını ala bilər. Bugünkü intervalın azaldılması böyük bir hadisədir, amma cüzi bir addımdır. Əsas olan odur ki, bu cüzi addımla böyük sərnişin axınını tənzimləmək olur. Yəni illik hesablama gedəndə milyonlarla sərnişinin daha tez mənzil başına çatmasından danışa bilərik. Yəni bu öz-özlüyündə çox müsbət bir haldır. Aylıq 10 minlər, 100 minlərdən söhbət gedir. sərnişin dövriyyəsinə təsir göstərir. Metropolitenin hazırkı yanaşması strateji, konkret hədəflərə yönəlmiş yanaşmadır. Ümid edirik ki, bu hədəflərə də vaxtında və dəqiq formada çatılacaq ki, metro ictimai nəqliyyatın ən gözəl növlərindən biri kimi sərnişinlərin diqqətini daim cəlb edə bilsin”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 May 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see256

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see171

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see165

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see163

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see162

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see160

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see160

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see159

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see159

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see157

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see157

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see156

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see156

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see155

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see154

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see154

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see152

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see151

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see150

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri