Icma.az
close
up
RU
Ekspertdən yeni direktorlara tənqid: “Tamahkarlıq, qeyri etik davranış geniş yayılıb

Ekspertdən yeni direktorlara tənqid: “Tamahkarlıq, qeyri etik davranış geniş yayılıb

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

"Azərbaycanda məktəb direktorlarının yeni qaydalarla təyin olunmasının üzərindən on il keçsə də, təhsil sistemində ciddi keyfiyyət dəyişikliyi baş verməyib. Əksinə, bu islahatların gözlənilən nəticəni vermədiyi, hətta bəzi hallarda təhsilə mənfi təsir göstərdiyi artıq açıq-aşkar görünür. İlk illərdə bu prosesin müsbət tərəfləri qabardıldı: yeni direktorların daha savadlı, peşəkar, şəffaf və ədalətli olacağı gözlənilirdi. Lakin bu gün gəldiyimiz nöqtədə aydın olur ki, yeni sistem köhnə problemləri həll etmək əvəzinə, sadəcə başqa formalarda onları davam etdirir". 

"Cebheinfo.az" xəbər verir ki, bu fikirləri təhsil üzrə ekspert Kamran Əsədov bildirib. 

Ekspertin fikrincə, məktəb direktorlarının təyinat mexanizmi ilə bağlı əsas problem onun rəsmi prosedurlarının real nəticələrlə üst-üstə düşməməsidir: 

"Hansı meyarlara əsasən direktorların seçildiyi, onların fəaliyyətinin hansı prinsiplər üzrə qiymətləndirildiyi və nə dərəcədə effektiv işlədikləri ilə bağlı ciddi suallar var. Sənəddə göstərilən tələblər nə qədər şəffaf görünsə də, real tətbiq zamanı vəziyyət tam fərqli şəkil alır. Bu gün məktəblərdə rəhbər vəzifəyə gələnlərin əksəriyyəti nə peşəkarlıq, nə də etik dəyərlər baxımından əvvəlki direktorları üstələyə bilmir. Əksinə, köhnə nəsil direktorların savad və idarəetmə bacarıqları zəif olsa da, onlar arasında ən azından müəyyən mənəvi dəyərləri qoruyanlar var idi. İndi isə yeni rəhbərlər arasında tamahkarlıq, qeyri-etik davranışlar və şəxsi maraqları ön plana çəkmək daha geniş yayılıb". 

Ekspert qeyd edib ki, islahatların uğursuzluğunun əsas səbəblərindən biri təhsil idarəçiliyinin öz funksiyasını yerinə yetirə bilməməsidir: 

"Mərkəzi və regional təhsil idarəetmə orqanlarının məktəblərdə real vəziyyətlə maraqlanmadığı aydındır. İstər monitorinqlər, istər intizam tədbirləri formal xarakter daşıyır və ciddi problemlərin həllinə yönəlmir. Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin pozulduğu, məktəblərdə peşəkar və sağlam pedaqoji mühitin qalmadığı açıq-aşkar görünür. Bunun əsas səbəbi isə nəzarət mexanizminin işləməməsi və təhsil sistemində qərar verən şəxslərin real məktəb həyatından tamamilə xəbərsiz olmasıdır". 

Kamran Əsədovun sözlərinə görə, təhsil sistemindəki digər ciddi problem müəllimlərin işə qəbul mexanizminin də bu cür qeyri-effektiv olmasıdır: 

"Son on ildə müəllimlərin işə qəbulu (MİQ) prosesi rəsmi şəkildə rüşvətsiz və şəffaf elan olunsa da, bu yanaşma təhsilin keyfiyyətini yüksəltməyə kifayət etmədi. Müəllimlərin maaşlarına verilən əlavələr, müxtəlif imtiyazlar və motivasiyaedici mexanizmlər də nəzərdə tutulan nəticəni vermədi. Nəinki keyfiyyət artmadı, əksinə, məktəblərdə savadsız müəllimlər və qeyri-peşəkar yanaşmalar daha çox yayıldı. Artıq məktəblərdə yalnız dərs saatlarını doldurmaq üçün müəllimlərə ehtiyac var, onların həqiqi pedaqoji missiya daşıyıb-daşımadıqları isə önəmli hesab edilmir". 

Ekspert deyir ki, müəllim və direktor təyinatlarının keyfiyyətsiz olmasının nəticəsində məktəblərdə təhsil və tərbiyə arasındakı vəhdət tamamilə itib: 

"Bu gün məktəblərin qapısını açan hər kəs orada xaotik və qeyri-səmimi bir mühit görür. Təhsil ocaqlarının əsas məqsədi olan şagirdlərin intellektual və mənəvi inkişafı unudulub, onun yerini isə bürokratik prosedurlar və mənasız göstəricilər alıb. Rəhbər şəxslər üçün əsas olan məktəblərin real vəziyyəti yox, kağız üzərində göstərilən rəqəmlər və saxta hesabatlardır. 

Bütün bu proseslərin kökündə dayanan əsas problem ölkədə layiqli kadrların rəhbər vəzifələrə gəlməməsidir. İstər məktəb direktorları, istərsə də müəllimlər arasında yüksək peşəkarlığa malik şəxslər ya prosesə qoşulmaq istəmir, ya da mövcud şərait onlara imkan vermir. Mövcud idarəetmə sistemi elə qurulub ki, real bacarıqlı şəxslər ya sıxışdırılır, ya da ümumiyyətlə sistemdən uzaq qalır. 

Nəticədə isə təhsil sahəsi yalnız şəxsi maraqları güdən, məktəbi kommersiya mənbəyi kimi görən şəxslərin əlinə keçir. Təhsil siyasətində ən vacib olan məqam insan faktorudur. Əgər rəhbər şəxslər məktəbin idarə edilməsində vicdanlı, savadlı və işini bilən kadrları seçmək əvəzinə, mövcud mexanizmləri formal şəkildə həyata keçirməyə davam edəcəklərsə, o zaman vəziyyət ildən-ilə daha da pisləşəcək. Təhsil sisteminin uçuruma getdiyini görmək üçün dərsliklərin, məktəblərin və müəllimlərin vəziyyətinə nəzər salmaq kifayətdir. 

Amma ən təhlükəlisi odur ki, bu prosesdən cavabdeh olan şəxslər nəinki həqiqəti görmək istəyir, hətta ölkə təhsilinin hansı istiqamətdə getdiyini belə anlamırlar. İslahatlar yalnız yeni adlar və dəyişikliklər gətirməklə deyil, mahiyyətcə keyfiyyət dəyişikliyi yaratmaqla effektiv ola bilər. Əks halda, təhsildə atılan hər bir yeni addım köhnə problemlərin davamı olacaq və bu sistem tamamilə çökəcək. Azərbaycan təhsili artıq formal islahatlarla idarə olunacaq səviyyəni çoxdan keçib və ciddi struktur dəyişikliklərinə, keyfiyyətə əsaslanan yanaşmalara ehtiyac var. Əks halda, gələcəyin nəinki peşəkar, hətta elementar səviyyədə bilik sahibi olan bir nəsli belə yetişməyəcək". 

Nigar Abdullayeva 
"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Mart 2025 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see151

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see144

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri