Icma.az
close
up
RU
“Əl Quds” qəzetində Ümummilli Lider Heydər Əliyev barədə məqalə yayımlanıb

“Əl Quds” qəzetində Ümummilli Lider Heydər Əliyev barədə məqalə yayımlanıb

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Qahirə, 6 may, AZƏRTAC

Fələstinin “əl-Quds” qəzetində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə Heydər Əliyevin həyatı və fəaliyyəti, eləcə də Azərbaycan-Fələstin əlaqələrinin inkişafında rolu barədə məlumat verilir. Qeyd olunur ki, dövlət idarəçiliyində zəngin təcrübəyə malik Heydər Əliyev hüquqi dövlətin Azərbaycan modelini qurub. Prezident İlham Əliyev Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu siyasətini uğurla davam etdirir.

Eyni zamanda, məqalədə bildirilir ki, Heydər Əliyev İslam həmrəyliyinə, İslam ölkələri ilə əlaqələrin inkişafına həmişə böyük əhəmiyyət verib. Hətta 1982-1987-ci illərdə Sovet İttifaqının rəhbərliyində çalışarkən Misir, Suriya, İordaniya, Liviya, İraq, Yəmən, Pakistan və digər ölkələrə səfərləri onu bütün İslam dünyasının ən görkəmli siyasətçilərindən biri kimi tanıdıb.

Diqqətə çatdırılır ki, Heydər Əliyev Fələstin lideri Yasir Ərəfatla mühüm beynəlxalq tədbirlər çərçivəsində bir neçə dəfə görüşüb.

Azərbaycanla Fələstin arasında münasibətlər son illərdə inkişaf edir. Belə ki, 2010-cu ilin oktyabrında Azərbaycan Respublikasında Fələstinin səfirliyi açılıb, 2023-cü ilin sentyabrında isə Azərbaycan Respublikasının Fələstin Dövlətində Nümayəndəliyi fəaliyyətə başlayıb.

Məqalədə, həmçinin vurğulanır ki, Azərbaycan Qəzza zolağında əziyyət çəkən insanlara yardım üçün 2023-cü ildə 2 milyon ABŞ dolları məbləğində maliyyə töhfəsi verib. Azərbaycan Respublikası Fələstinin Nablus şəhərində 600 nəfərlik məktəbin tikintisini də öhdəsinə götürüb, 2024-2025-ci illər üzrə Fələstindən olan 15 tələbəyə “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” ayırıb. Adı çəkilən təhsil qrantı 2025-2026-cı tədris ili üçün də Fələstinli tələbələrə təqdim edilib.

Məqalədə, həmçinin Fələstin rəhbəri Mahmud Abbasın 2011-ci il iyunun 28-29-da ölkəmizə səfəri və bu kontekstdə keçirdiyi görüşlər barədə də məlumat verilir.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 May 2025 23:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see452

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see417

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see330

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see311

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see279

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see278

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see270

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see265

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see262

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see254

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see253

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see235

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see220

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see217

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see213

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see210

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see210

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see204

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see202

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri