Icma.az
close
up
RU
Əlaçı olub imtahanda niyə uğursuz olurlar? Əməkdar müəllimdən sərt AÇIQLAMA

Əlaçı olub imtahanda niyə uğursuz olurlar? Əməkdar müəllimdən sərt AÇIQLAMA

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Dövlət İmtahan Mərkəzinin (DİM) hesabatına görə ötən il əlaçı kimi məzun olan 513 şagird qəbul imtahanlarında 0–200 bal aralığında nəticə qazanıb. Onlardan 32 nəfəri isə ümumiyyətlə 0–100 bal aralığında nəticə qazanıb.

Ortaya sual çıxır: əlaçı olanlar niyə yüksək nəticə əldə edə bilmir?

Redaktor.az-a danışan Əməkdar müəlliim Sona Əliyeva bildirdi ki, həqiqətən maraqlıdır: əgər uşaq məktəbi əlaçı kimi bitiribsə, niyə qəbul imtahanında 0–200 bal aralığında bal toplayır, hətta 32 nəfərin 0–100 bal toplaması başqa müəmmadır.

"Burada statistikanı  şagirdin imtahan günü həyəcanlanması ilə əlaqələndirmək yalnış olar. Bu, məktəbdə illərlə qeyri-şəfaf qiymətləndirmə prosesinin aparılmasının göstəricisidir. Çünki qəbul imtahanı məktəbdə yazılan qiymətlərin  nə qədər real olduğunu yoxlayır. Əgər illərlə əlaçı sayılan şagird sonda minimum nəticə göstərə bilmirsə, deməli, haradasa uşağın bilik səviyyəsi düzgün ölçülməyib".

Müsahibimiz qeyd etdi ki, bütün məktəblərdə qiymət həmişə bilik göstəricisi deyil:

"Bəzən şagird intizamlıdır, dərsə gəlir, müəllimlə problemi yoxdur, valideyn məktəblə əlaqədədir və nəticədə ona yüksək qiymət yazılır. Bəzən də müəllim “yaxşı uşaqlara” yaxşı qiymət yazır. Bu isə şagirdi də, valdieyini də aldatmaqdır. Çünki məktəbdə yazılan yalançı qiymət imtahanda heç bir rol oynamır. DİM şagirdin necə sakit, tərbiyəli, məsuliyyətli olduğunu bilmir. Onlarla yalnız cavab vərəqi danışır. Əgər bilik real deyilsə, nəticə acı həqiqət olur. Digər tərəfdən, məktəbdə yaxşı oxumaqla qəbul imtahanında yüksək nəticə göstərmək eyni şey deyil. Məktəbdə uşaq çox vaxt müəllimin izah etdiyi mövzunu təkrarlayır, tanış suallara cavab verir, gündəlik dərsə hazırlaşır. Qəbul imtahanında isə vaxtla yarışır, məntiq qurur, biliyi tətbiq edir, stress altında qərar verir. Əgər məktəb şagirdi buna hazırlamırsa, o şagirdin gündəlik qiyməti yüksək olsa da, imtahanda çətinlik çəkməsi təəccüblü deyil".

Əməkdar müəllimin fikrincə, burada region və imkan fərqlərini də unutmaq olmaz:

"Böyük şəhərlərdə şagirdlərin repetitor, kurs, sınaq imtahanı imkanı daha genişdir. Rayon və kənd məktəblərində isə bir çox uşaq yalnız məktəb dərsinə güvənir. Əgər məktəbin verdiyi bilik qəbul imtahanının tələbinə çatmırsa, həmin uşaq yerli məktəbdə əlaçı ola bilər, amma respublika üzrə rəqabətdə geri qalır.O baxımdan, bu qiymətlərin hansı məktəblərdə və hansı tədris mühitində verilməsini də araşdırmaq lazımdır".

S.Əliyeva hesab edir ki, bu statistika məktəb qiymətləndirməsini ciddi müzakirə etmək üçün əsas olmalıdır:

"Məktəbdə yazılan qiymət həqiqətənmi uşağın real səviyyəsini göstərir? Yoxsa qiymətləndirmə prosesi əlavə təsirlərə məruz qalıb? Çünki, həmin 32 nəfərin 0-100 bal toplaması isə artıq funksional savadsızlığın və məktəbdəki daxili monitorinqin sıfır dərəcəsində olmasının birbaşa sübutudur".

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 İyun 2026 19:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see296

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see268

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see265

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see250

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see241

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see240

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see233

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see223

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see223

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see216

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see213

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see208

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see207

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see198

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see196

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see196

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see192

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see190

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri