Icma.az
close
up
RU
Qadından 82 min manatlıq dələduzluq Video

Qadından 82 min manatlıq dələduzluq Video

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Bir neçə nəfəri pensiya düzəltdirmək, işə yerləşdirmək və hərbi xidmətdən saxlatdırmaq vədləri ilə aldadaraq pul alan qadına hökm oxunub.
Bizim.Media xəbər verir ki, 1973-cü il təvəllüdlü, Gürcüstanın Qardabani rayonunda anadan olmuş Çimnaz Feyzullayeva qabaqcadan əlbir olduğu şəxslə birlikdə dələduzluqda təqsirli bilinib.
Məhkəmə araşdırması zamanı məlum olub ki, Ç.Feyzullayeva bir qadının anasına əlillik pensiyası düzəldəcəyini vəd edərək ondan 6 min manat alıb. Daha iki nəfərin həyat yoldaşlarını xəstəxanada tibb bacısı kimi işə düzəltmək adı ilə hərəsindən 2 500 manat alıb. O, zərərçəkmişləri bu işləri həll edə biləcəyinə inandırmaq üçün özünü TƏBİB-in vəzifəli əməkdaşı kimi təqdim edib.
Digər bir şəxsdən isə göz xəstəliyinə görə pensiya düzəldəcəyini vəd edərək 5 min manat alıb.
 

Qadının ən böyük dələduzluq epizodu isə tanışlarından biri ilə bağlı olub. O, həmin şəxsin dostunu hərbi xidmətdən saxlatdırmaq, Şəmkir rayonunda tikinti işləri aparmaq üçün icazə almaq, eləcə də bacısını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işə düzəltmək vəd ilə ümumilikdə 66 min manat pul alıb.


Beləliklə, məhkəmənin araşdırdığı epizodlar üzrə zərərçəkmişlərə vurulan ziyanın ümumi məbləği 82 min manata çatıb.
İttihama görə, Çimnaz Feyzullayeva aldığı pulları Tural adlı tanışına verdiyini deyib. O, həmin şəxsin vədlərinə əməl etmədiyini və pulları qaytarmadığını söyləyib. Qadın ittiham üzrə özünü qismən təqsirli bilib.
Məhkəmə prosesində zərərçəkmişlərdən dördü onunla barışdığını, dəymiş ziyanın ödənildiyini, şikayət və tələblərinin olmadığını bildirib.
Digər zərərçəkmişə dəymiş ziyanın bir hissəsinin ödənildiyi, qalan məbləğin isə altı ay ərzində qaytarılacağına dair öhdəlik verildiyi qeyd olunub.
 

Məhkəmə Çimnaz Feyzullayevaya Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edib. İstintaq dövründə 3 ay 8 gün həbsdə və ev dustaqlığında saxlanıldığı müddət nəzərə alınaraq, onun üzərində qəti olaraq 2 il 5 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.


O, saat 23:00-dan səhər 06:00-dək yaşayış yerini tərk edə bilməz. Həmçinin elektron nəzarət vasitəsi gəzdirməli, Sumqayıt şəhəri və Abşeron rayonunun hüdudlarını tərk etməməli, məhkəmənin qərarı olmadan yaşayış yerini dəyişdirməməlidir. (Qaynarinfo.az)

Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://bizim.media
archiveBu xəbər 02 Noyabr 2026 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see320

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see319

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see318

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see316

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see312

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see305

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see304

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see302

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see293

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see287

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see253

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see247

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see246

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see229

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see226

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see213

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see212

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see207

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see196

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri