Elbrus Rzayev: Hakimlərin haqsızlığı nəticəsində gümüş medalla kifayətləndik
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycanın gənclərdən ibarət milli boks komandasının baş məşqçisi Elbrus Rzayev yetirmələrinin Monteneqroda keçirilmiş dünya birinciliyində finaldakı məğlubiyyətini hakimin haqsız qərarları ilə əlaqələndirib.
Bu barədə yığmanın çalışdırıcısı vətənə qayıtdıqdan sonra "Report"a deyib.
Komandasının nəticələrindən razı qalan baş məşqçi final döyüşlərinin gərgin keçdiyini vurğulayıb:
"Özbəkistanlı idmançılara məğlub oldular. Deməzdim, məğlub oldular. Döyüş eyni səviyyədə keçmişdi. Hakimlərin bizə bir balaca haqsızlığı oldu. Ona görə də gümüş medalla kifayətləndik".
Xatırladaq ki, Monteneqronun Budva şəhərində gənclər arasında keçirilmiş dünya birinciliyində yüksək nəticə əldə etmiş Azərbaycanın gənc boksçuları ötən gecə vətənə qayıdıblar.
Baxış sayı:60
Bu xəbər 07 Noyabr 2024 06:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















