Icma.az
close
up
RU
Elçibəyin Zəngəzur planı üzə çıxdı: 1993 ci ildə Ankaradakı görüşdə... Gizlinlər açılır

Elçibəyin Zəngəzur planı üzə çıxdı: 1993 ci ildə Ankaradakı görüşdə... Gizlinlər açılır

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Zəngəzur dəhlizi məsələsi son illərin geosiyasi gündəmində xüsusi yer tutsa da, bu, yeni mövzu deyil. 1990-cı illərin əvvəllərində də Zəngəzurla bağlı diplomatik təşəbbüslər və regional müzakirələr aparılıb.

Sabiq baş nazir Pənah Hüseynin Prime TV-ə verdiyi açıqlamada bu barədə maraqlı informasiyalar açıqlayıb. Onun sözlərinə görə, 1992-ci ildə o zamankı prezident Əbülfəz Elçibəy onu bu məsələ ilə bağlı danışıqlar aparmaq üçün Türkiyəyə göndərib. Həmin dövrdə Türkiyə mətbuatında Zəngəzur dəhlizi ilə bağlı geniş müzakirələrin yer aldığını, eyni zamanda Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahında Azərbaycanın təkliflərinin dəyərləndirildiyini bildirir.

Bu hadisə həqiqətən baş veribmi? O dövrdə Zəngəzur dəhlizi ilə bağlı konkret hansı məsələlər müzakirə olunurdu? Türkiyənin və Azərbaycanın rəsmi yanaşması nədən ibarət idi? Və nə üçün həmin vaxt bu dəhlizin açılması mümkün olmadı?

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov (Oqtay bəy prezident Əbülfəz Elçibəyin köməkçisi olub-red.) deyib ki, verilən məlumatlar həqiqətə uyğundur. Sözügedən danışıqlar 1992-ci ildə deyil, 1993-cü ilin aprel-may aylarında aparılıb:

“Müzakirələr iki əsas istiqamətdə həyata keçirilmişdi:

1.Ermənistanla atəşkəs və sülh müqaviləsi məsələləri:

Həmçinin oxuyun:

Trampın ABŞ hərbçilərini Qafqaza göndərmək niyyəti… – Patrik Uolş gizlinləri açdı

Danışıqlar əsasən Ermənistanla atəşkəsin əldə olunması, Kəlbəcərin boşaldılması və genişmiqyaslı sülh müqaviləsinin bağlanması ətrafında gedirdi. Bu prosesə Türkiyə, ABŞ və Rusiya vasitəçi qismində qoşulmuşdu. Danışıqlar “3+2” formatı adlanan model üzrə aparılırdı — yəni, Türkiyə, ABŞ, Rusiya, Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı ilə.


Oqtay Qasımov

Müzakirələrin gündəliyində Zəngəzur üzərindən dəmir yolu və avtomobil yollarının açılması, həmçinin neft və gələcəkdə qaz kəmərlərinin bu ərazidən keçməsi məsələləri də yer alırdı. Tərəflər arasında prinsipial razılaşmalara çox yaxınlaşılmışdı. Lakin danışıqların son mərhələsində Rusiya tərəfi bu prosesdən narahat olaraq, sülh müqaviləsinin imzalanacağı təqdirdə bölgədəki nüfuzunun azalacağından ehtiyat edərək prosesi pozdu. Nəticədə Azərbaycan ərazisindəki beş rayon — Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilanın işğalında Rusiya bilavasitə iştirak etdi.

2. Azərbaycan və Türkiyə arasında strateji əlaqələr:

Paralel olaraq Azərbaycan Türkiyə ilə də danışıqlar aparırdı. Azərbaycanın əsas təklifi belə idi: əgər Ermənistan, Rusiyanın dəstəyi ilə Kəlbəcərdən sonra digər istiqamətlərdə hücuma keçərsə, Azərbaycan da Naxçıvanla quru əlaqə yaratmaq planını işə salacaq. Bu məsələ Türkiyə ilə aktiv şəkildə müzakirə olunurdu və strateji əhəmiyyət daşıyırdı.

Azərbaycan Baş Qərargahında bu istiqamətdə konkret hərbi planlar mövcud idi. Lakin sonrakı hadisələr və vəziyyətin dəyişməsi bu planların reallaşdırılmasına mane oldu”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:45
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 İyul 2025 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see243

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see162

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see139

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri