Icma.az
close
up
RU
Elçin Əmirbəyov: Cənubi Qafqaz həm çağırışlar, həm də imkanlarla üzləşir

Elçin Əmirbəyov: Cənubi Qafqaz həm çağırışlar, həm də imkanlarla üzləşir

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Matias Romero İnstitutundakı çıxışında Bakının strateji prioritetləri, Ermənistanla sülh müqaviləsinin perspektivləri və Meksika ilə münasibətlərin inkişafı barədə danışıb.

“Ölkə.az” xəbər verir ki, bu barədə məqalə Meksikanın “Revista Mundo Internacional” nəşrində dərc edilib.

Meksikaya rəsmi səfəri zamanı Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Matias Romero İnstitutunda tələbələr, diplomatlar və dəvət olunmuş qonaqlar qarşısında açıq mühazirə ilə çıxış edib. Tədbirdə Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov da iştirak edib.

Əmirbəyov üç mövzuya diqqət yönəldib: Azərbaycan – Meksika əlaqələrinin inkişafı, Cənubi Qafqazda geosiyasi dəyişikliklər və Ermənistanla sülh sazişi üzrə danışıqlar prosesi.

“Coğrafi uzaqlığa baxmayaraq, beynəlxalq məsələlərdə ortaq mövqelərə əsaslanan çevik və konstruktiv siyasi dialoq inkişaf etdirmişik”, – deyə diplomat Azərbaycan – Meksika münasibətilərini şərh edərkən söyləyib. Onun sözlərinə görə, BMT çərçivəsində diplomatik əlaqələr həmişə beynəlxalq hüquqa qarşılıqlı hörmətlə fərqlənib.

O, xüsusilə ADA Universiteti ilə Matias Romero İnstitutu arasında Anlaşma Memorandumuna diqqət çəkərək akademik əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Onun fikrincə, bu anlaşma “müəllim və tələbə mübadiləsi vasitəsilə cəmiyyətlərimizi yaxınlaşdırmağa imkan verəcək”.

İqtisadi məsələlərə gəlincə, Əmirbəyov ölkələr arasında ticarət həcminin 239 milyon dollar olduğunu, lakin potensialın daha çox olduğunu qeyd edib. “Ticarəti gücləndirmək üçün maraq sahələrini müəyyən etməliyik”, – Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi söyləyib.

Cənubi Qafqaz regionundakı transformasiyaları şərh edən diplomat yeni dünya nizamının yarandığını bildirib. Onun sözlərinə görə, ənənəvi ittifaqlar dəyişir, yeni konfiqurasiyalar meydana çıxır. “Regionumuz həm çağırışlar, həm də imkanlarla üzləşir”, – Əmirbəyov açıqlayıb.

O, ölkənin Şərqlə Qərb arasında enerji təchizatçısı və nəqliyyat qovşağı kimi strateji rolunu vurğulayıb.

Diplomatın sözlərinə görə, hərbi bloklara qoşulmama siyasəti və müstəqil xarici siyasətin dəstəklənməsində davamlılıq “bizi etibarlı, proqnozlaşdırıla bilən və etimad qazanmış tərəfdaş edir”: “Biz həmçinin regionlar arasında əlçatan danışıqçı, tez-tez nüfuzlu vasitəçi kimi çıxış edirik. Konsensusun qurulmasına dair bu öhdəlik Bakıda COP29-un ev sahibi kimi seçilməyimizə səbəb oldu və burada biz körpülər qurmaq və əsas qlobal oyunçular arasında vasitəçilik etməklə tarixi razılaşmalara kömək etdik”.

Ermənistanla sülh müqaviləsindən danışarkən Əmirbəyov qeyd edib ki, tərəflər onun bağlanmasına heç vaxt olmadığı qədər yaxındırlar. Bununla belə, bu yolda “iki maneəni aradan qaldırmaq lazımdır”. Birincisi, onun fikrincə, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarıdır. İkincisi, o, hazırda köhnəlmiş və səmərəsiz hesab olunan “vasitəçilik institutlarını ləğv etməyi” zəruri olduğunu vurğulayıb.

Diplomat gələcək sülhün mühüm hissəsi kimi Azərbaycanın əsas ərazisini Naxçıvanla birləşdirəcək 40 kilometrlik Zəngəzur dəhlizinin açılmasını qeyd edib. Diplomatın sözlərinə görə, bu, regionun logistika xəritəsini dəyişəcək və sabitliyi gücləndirəcək.

Sonda o, sülh sazişinin imzalanmasının bütün Cənubi Qafqaz üçün yeni bir səhifə açacağına əminliyini ifadə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://olke.az
archiveBu xəbər 26 İyun 2025 22:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri