Icma.az
close
up
RU
Elçin Əmirbəyov: “Dünya geosiyasi tarazlıqların yenidən qurulması prosesini yaşayır” VİDEO

Elçin Əmirbəyov: “Dünya geosiyasi tarazlıqların yenidən qurulması prosesini yaşayır” VİDEO

Icma.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

- Azərbaycanın Ermənistanla sülh sazişi imzalaması Qafqaz bölgəsinə necə təsir edəcək? Xüsusilə də prezident Tramp bu məsələdə çox səy göstərib...
- 8 avqustda Vaşınqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması baş tutub və bu, iki ölkə arasında münasibətlərin normallaşmasına doğru mühüm irəliləyişdir. Bununla belə, qeyd etmək vacibdir ki, bu mərhələdə söhbət yalnız paraflanmadan gedir, yekun imzalanmadan yox. Belə ki, sülh sazişinin imzalanması və həyata keçirilməsi üçün Ermənistan tərəfi konkret addımlar atmalıdır. Xüsusilə də, Ermənistan Konstitusiyasında Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə zidd olan, qəbuledilməz ərazi iddialarını ifadə edən müddəalar hələ də qalmaqdadır. Buna görə, davamlı sülhün bərqərar olunması üçün, Ermənistanın əsas qanunu hər iki ölkə tərəfindən artıq paraflanmış sülh sazişin mətni və ruhu ilə uyğunlaşdırılmalıdır.

Bununla belə, sazişin paraflanması özü özlüyündə böyük irəliləyiş sayılır. Bu, ikitərəfli formatda aparılmış konstruktiv dialoqun, hər iki tərəfin siyasi iradəsinin və əlbəttə ki, bir sıra beynəlxalq tərəfdaşların konstruktiv dəstəyinin nəticəsidir. Xüsusi olaraq, ABŞ Prezidenti Donalrd Trampın şəxsi töhfəsini və səylərini yüksək qiymətləndiririk. Əgər bu proses ciddi və qətiyyətlə davam edərsə, Cənubi Qafqaz tarixində əməkdaşlıq, sabitlik və ortaq rifaha əsaslanan yeni bir səhifə açıla bilər.
- Ölkəniz və onun Prezidenti getdikcə daha çox vasitəçi rolunu oynayır. Azərbaycan həm İranın, həm də İsrailin dostudur. Bir-birinə düşmən olan bu iki rejimin baxışlarını necə uzlaşdırırsınız, xüsusilə də İranın İsrailin məhvini istədiyi halda?
- Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra hər zaman çoxşaxəli, praqmatik və milli maraqlara söykənən xarici siyasəti yürüdüb və digər ölkələrlə, o cümlədən İran və İsrail ilə qarşılıqlı hörmət, suverenlik və qarşılıqlı maraqlara əsaslanan ikitərəfli əlaqələr qurur. Bizim məqsədimiz bu ölkələr arasında fikir müxtəlifliyi kontekstində tərəf tutmaq deyil, əksinə konstruktiv rol oynamaq və mümkün olduğu təqdirdə onların bir-birlərini qarşılıqlı şəkildə anlamasına töhfə verməkdir. Biz qətiyyətlə inanırıq ki, regional gərginliklər dialoqa mane olmamalıdır və gizli diplomatiya bəzən yumşalmaya doğru gözlənilməz yollar aça bilər. Biz, məhz bu ruhda hərəkət edirik: ehtiyatlı, tarazlı və məsuliyyətli şəkildə.
- Qəzzada müharibənin davam etdiyi bir vaxtda, İsrail ilə Fələstin arasında iki dövlətli həll yeganə çıxış yoludurmu?
- “İki dövlət” həlli bir çox beynəlxalq aktorlar kimi bizim də gözümüzdə israillilər və fələstinlilər arasında ədalətli sülh üçün etibarlı və dayanıqlı əsas olaraq qalır. Qəzzada davam edən münaqişə bu həlli daha uzaq və kövrək edir, lakin onun aktuallığını aradan qaldırmır. Əksinə, bu faciə bizə beynəlxalq hüquqa, hər kəsin təhlükəsizliyi və ləyaqətinə əsaslanan danışıqlar yolu ilə siyasi həllin təcililiyini xatırladır. Beynəlxalq ictimaiyyətin rolu bu istiqamətdə istənilən inandırıcı təşəbbüsü fəal şəkildə dəstəkləməkdən ibarətdir.
- Biz Çin, Rusiya və Hindistanın bir tərəfdə, ABŞ, NATO və Avropanın isə digər tərəfdə olduğu təhlükəli bir parçalanmanın şahidi olmuruqmu?
- Dünya həqiqətən də geosiyasi tarazlıqların yenidən qurulması prosesini yaşayır. Amma geriyə dönüşü mümkün olmayan parçalanma haqqında danışmaq hələ tez olardı. İqtisadi qarşılıqlı asılılıq və iqlim, sağlamlıq və təhlükəsizlik kimi qlobal çağırışlar bizə xatırladır ki, əməkdaşlıq nəinki mümkün, həm də qaçılmaz olaraq qalır. Qarşıdurma məntiqini qidalandırmaqdansa, hər bir aktorun legitim maraqlarına hörmətlə yanaşan inklüziv multilateralizmi təşviq etmək vacibdir. Müstəqil, balanslı və dialoqa açıq bir ölkə olaraq Azərbaycan yaxınlaşma səylərinə töhfə verməyə hazırdır.
- Dünya getdikcə daha çox çalxalanır. Siz üçüncü dünya müharibəsinin astanasında olduğumuzdan qorxmursunuzmu?
- Narahatlığınız başa düşüləndir və çoxları da eyni qorxunu yaşayır. Doğrudur ki, dünya yüksək gərginlik dövrünü yaşayır. Bununla belə, qorxuya boyun əyməkdənsə, dialoqu, çoxtərəfliliyi və qabaqlayıcı diplomatiyanı gücləndirmək üçün səylərimizi ikiqat artırmalıyıq. Tarix bizə öyrədib ki, böyük böhranlar həm də əməkdaşlıq tərzimizə yenidən baxmağımız üçün fürsətə çevrilə bilər. Buna görə də, eskalasiyanın qarşısını almaq və sülhü qorumaq üçün müdrik, ehtiyatlı və qətiyyətlə hərəkət etmək bizim kollektiv məsuliyyətimizdir.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:65
embedMənbə:https://azvision.az
archiveBu xəbər 08 Sentyabr 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri